Təhlükəsizlik bilikdən başlayır, praktiki hazırlıqla güclənir!
SOCAR-ın Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzində (CTCC) “Umid Babek Operating Company” (UBOC) şirkətinin 170 əməkdaşı üçün Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET) uğurla keçirilib.
Təlim iştirakçıların dənizdə fəaliyyət zamanı qarşılaşa biləcəkləri fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinə, təhlükəsizlik biliklərinin möhkəmləndirilməsinə və həyati əhəmiyyət daşıyan praktiki bacarıqların inkişafına yönəlib.
Təlimin əsas istiqamətləri
🛡️ Təhlükəsizliyə giriş
🚁 Helikopter təhlükəsizliyi və xilasolma
🌊 Dənizdə sağqalma və ilk yardım
🔥 Yanğınsöndürmə və özünü xilasetmə
Təlim çərçivəsində iştirakçılar helikopterlə dəniz səfəri zamanı baş verə biləcək fövqəladə hallarda təhlükəsiz davranış, helikopterdən təxliyə və xilasolma, dənizdə sağqalma, ilk yardım, yanğınsöndürmə və özünüxilasetmə üzrə nəzəri bilik və praktiki bacarıqlar əldə ediblər.
🌟 Təhlükəsizliyə birlikdə töhfə veririk
CTCC olaraq, sənaye müəssisələrinin ehtiyaclarına uyğun praktiki yönümlü, müasir və yüksək keyfiyyətli təlimlərin təşkili istiqamətində fəaliyyətimizi davam etdiririk.
UBOC şirkətinə CTCC-yə göstərdiyi etimada və əməkdaşlığa görə təşəkkür edir, əməkdaşlarının təhlükəsizliyinə və peşəkar inkişafına verdiyi önəmi yüksək qiymətləndiririk.
170 əməkdaş | 4 əsas istiqamət | Praktiki bacarıqlar | Təhlükəsiz gələcək