Menyu

“Yanğınsöndürmənin əsasları”

Kateqoriya: SƏTƏM Müddət: 2 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

Bu kurs ilkin yanğın halları ilə mübarizəyə səfərbər edilə biləcək şəxslər üçün nəzərdə tutulmuşdur.

Niyə bu təlim?

Təlimin məqsədi kurs iştirakçılarını yanğın təhlükələrinin səbəbləri və onların qarşısının alınması yolları barədə zəruri bilik və bacarıqlarla təmin etmək, ilkin yanğınsöndürmə vasitələrindən düzgün və təhlükəsiz istifadə vərdişlərini formalaşdırmaq, yanğın zamanı yarana biləcək partlayış, dağıntı, yüksək temperatur, zəhərli qazlar və yanğının sürətlə yayılması kimi risklərin minimuma endirilməsi üzrə düzgün davranış qaydalarını aşılamaq, eləcə də fövqəladə hallarda operativ və təhlükəsiz müdaxilə bacarıqlarını inkişaf etdirməklə müəssisədə yanğın təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə və SOCAR-ın əsas korporativ dəyərlərindən olan TƏHLÜKƏSİZLİK prinsipinin nəzəri və praktiki əsaslarının möhkəmləndirilməsinə nail olmaqdır.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlimin keçirilməsi nəticəsində müəssisədə yanğın təhlükəsizliyi səviyyəsi yüksəlir, yanğın hadisələrinin başvermə ehtimalı və onların fəsadları minimuma endirilir, fövqəladə hallara hazırlıq və operativ reaksiya qabiliyyəti gücləndirilir. Eyni zamanda, işçi heyətin ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadəsi təmin olunmaqla insan həyatı və sağlamlığının qorunması, maddi itkilərin və istehsalat fasilələrinin azaldılması mümkün olur.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçılara yanğın təhlükələrinin yaranma səbəblərini anlamaq, riskləri vaxtında müəyyən etmək və onların qarşısını almaq bacarıqları qazandırır. İştirakçılar ilkin yanğınsöndürmə vasitələrindən düzgün və təhlükəsiz istifadə etməyi, fövqəladə hallarda operativ və düzgün qərar verməyi, eləcə də özünün və ətrafdakıların təhlükəsizliyini təmin etməyi öyrənirlər. Nəticə etibarilə onların praktiki bacarıqları, təhlükəsizlik mədəniyyəti və məsuliyyət hissi inkişaf edir, real iş şəraitində yanğın hadisələrinə daha hazırlıqlı və effektiv reaksiya vermək qabiliyyəti formalaşır.

Təlim Proqramı (Günlər Üzrə)

1. Qanunvericiliyin xülasəsi / Neft, qaz və neft kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları
2. Yanğın nəzəriyyəsi / Yanğının təhlükəli faktorları
3. İlkin yanğınsöndürmə vasitələri / Avtomatik yanğınsöndürmə sistemləri və yanğın xəbərvericiləri
4. Könüllü yanğından mühafizə dəstəsinin üzvlərinin funksiyaları / Yanğın profilaktikası və yanğınsöndürmə taktikası
5. Yanğına qarşı su təchizatı / Yanğınsöndürmə lövhələri / Nəfəsalma aparatlarının təyinatı  və onlardan istifadə qaydaları
6. Yanğınsöndürmə balonlarının növləri, quruluşu, yoxlanması və təyinatına uyğun təhlükəsiz istifadə qaydaları
7. Yanğın zamanı zərərçəkənlərə ilk yardım
Dinləyicilərin iştirakı ilə praktiki tapşırıqlar:
8. Yanğınsöndürmədə istifadə edilən yanğın   ləvazimatları və fərdi mühafizə vasitələrinin  praktiki istifadəsi
9. Biliklərin qiymətləndirilməsi