Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Siqnalçı və ilməkçi peşəsi üzrə çalışan işçilər, yükqaldırma sahəsinə cəlb edilmiş işçilər
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan “Siqnalçı və İlməkçi”lərin yükqaldırıcı kranların quruluşu, iş prinsipləri və təhlükəsiz istismarı qaydaları üzrə biliklərinin artırılması, həmçinin yükqaldırma əməliyyatlarının təhlükəsiz və səmərəli yerinə yetirilməsi üçün zəruri praktiki bacarıqlarının formalaşdırılmasını təmin etməkdir.
Sertifikatlaşdırma
CTCC və FHN
Təlim necə keçirilir?
Təşkilata faydalası
“Siqnalçı və İlməkçi” ixtisası üzrə təlim kursunun təşkilata əsas faydası yükqaldırma əməliyyatları zamanı təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və bədbəxt hadisələrin qarşısının alınmasıdır. Bu təlim vasitəsilə istehsalat proseslərində mövcud olan risklər minimuma endirilir, təhlükəli vəziyyətlərin düzgün və operativ idarə olunması təmin edilir. Eyni zamanda, əmək mühafizəsi və sənaye təhlükəsizliyi üzrə beynəlxalq standartların tələblərinə uyğunluq gücləndirilir, qəza və nasazlıqlardan yaranan maliyyə itkiləri və iş dayanma halları azalır.
İştirakçı üçün yaratdığı dəyər
“Siqnalçı və İlməkçi” ixtisası üzrə təlim kursu iştirakçılara yükqaldırma əməliyyatlarının təhlükəsiz və düzgün icrası üçün zəruri olan nəzəri bilik və praktiki bacarıqlar qazandırır. Təlim zamanı iştirakçılar yükqaldırıcı kranların quruluşu və iş prinsiplərini, istifadə olunan qaldırıcı avadanlıqları və aksessuarları, onların düzgün seçilməsi və tətbiqi qaydalarını mənimsəyirlər.
Eyni zamanda, siqnalvermə üsulları, radio rabitədən düzgün istifadə, yükün çəkisinin və ağırlıq mərkəzinin müəyyən edilməsi kimi vacib bacarıqlar formalaşdırılır.
Təlim Proqramı (Günlər Üzrə)
1 Nəzəri hissə
1.1 Dinləyicilərin qeydiyyatı və İlkin təlimatın keçirilməsi. Yükqaldırma əməliyyatları haqqında ümumi məlumat
1.2 LOLER qaydaları haqqında ümumi məlumat (İzahı, Tətbiqi)
1.3 Güc və sabitlik. İnsan qaldıran yükqaldırma avadanlıqları
1.4 Yerləşdirmə və Quraşdırma. İşarələnmə. İşin təşkili və Planlaşdırma. Əsaslı yoxlama və inspeksiya
1.5 Yükqaldırma əməliyyatları zamanı Siqnalçının və İlməkçinin vəzifə və öhdəlikləri. Siqnalçı və ilməkçinin təhlükəsizliyi
1.6 Yükqaldırma əməliyyatları zamanı istifadə olunan rabitə vasitələrindən düzgün istifadə qaydaları
1.7 Əməliyyatlar zamanı ən çox istifadə və tövsiyə olunan əl işarələri
1.8 Troslar, Zəncirlər, Lifli burazlar, Sırğalar, Rımboltlar, Qarmaqlar, Lövhə qapmaları, vertikal lövhə qapmaları və qaldırıcı tirlər haqqında məlumat
1.9 Mobil və Tırtıllı kranlar, manipulyatorlar, mobil və daşına bilən yükqaldırma mexanizmləri haqqında məlumat. Növləri. Fərqləri
1.10 Istifadədən öncə yoxlama, limitlər, pazlı sıxaclar
1.11 Təhlükəsiz yük indikatoru, yük cədvəli və radius. Çəkilər və ölçü vahidləri
1.12 Qoşqu nöqtələrinin sayına görə aksesuarın SWL - WLL-nin təyin olunması
1.13 İlgəklərin növləri. İlgəklərin istifadə qaydaları. İlgəklərin düzgün istiqaməti. Qoşqu nöqtələri üçün tələblər
1.14 Fərqli konfiqurasiyalarda TİY-də (SWL) dəyişikliklər. Həddən artıq yükləmə
1.15 Nəzəri biliklərin yoxlanılması
2 Praktiki hissə
2.1 Siqnalçının aparılacaq əməliyyat haqqında iş öncəsi təlimat keçməsi. İşin planlaşdırılması. Vəzifə bölgüsü. Risklərin düzgün qiymətləndirilməsi
2.2 Fərdi qoruyucu vasitələrdən düzgün istifadə (əlcək, dəbilqə, qoruyucu ayaqqabı və s.).Yükün çəkisini və mərkəzini düzgün qiymətləndirmək. Ərazinin baryerə alınması
2.3 Düzgün əl işarələrindən istifadə. Yükə uyğun aksesuarın seçilməsi. Avadanlığın yükə uyğunluğunun yoxlanması
2.4 Ağırlıq mərkəzi fərqli yüklərin düzgün ilməklənməsi. Kor əməliyyatlar. Yüklərin maneələrdən keçirilməsi
2.5 Yükqaldırma əməliyyatlarından öncə aksesuarların yoxlanılması. Yükün düzgün ilməklənməsi. Atəş xətti
2.6 Kəndirlərdən düzgün istifadə. Siqnalçının göstərişlərinə əməl olunma
2.7 Yükün qoyulacaq yerinin hazırlanması. Əməliyyatın sonunda aksesuarların yoxlanıb anbara təhvil verilməsi
2.8 Praktiki biliklərin yoxlanılması