Menyu

Quyuların əsaslı və yeraltı təmiri sahəsində çalışan mütəxəssislər

Kateqoriya: Neft-qaz və neft-kimya texnologiyaları Müddət: 5 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Müxtəlif istehsalat obyektlərində quyuların əsaslı və yeraltı (cari) təmiri sahəsində çalışan mütəxəssislər

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat obyektlərində quyuların əsaslı və yeraltı (cari) təmiri sahəsində çalışan mütəxəssislərin peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, onlara quyuların cari və əsaslı təmirinin müasir texnika və texnologiyalarını, layların hidravlik yarılması prosesini, təmir zamanı baş verə biləcək mürəkkəbləşmələrin və fontana qarşı mübarizə tədbirlərinin mahiyyətini sistemli şəkildə öyrətmək, həmçinin qazma simulyatoru vasitəsilə quyuların qazılması prosesinin, “Top Driver” avadanlığının idarə olunmasının və qazma parametrlərinə nəzarətin praktik əsaslarını aşılamaqla onların istehsalat şəraitində təhlükəsiz, səmərəli və müstəqil fəaliyyət göstərmələrini təmin etməkdən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar
 

Təşkilata faydalası

Bu təlimin təşkilata faydası ondan ibarətdir ki, quyuların əsaslı və yeraltı (cari) təmiri sahəsində çalışan mütəxəssislərin peşəkar bilik və praktiki bacarıqları artırılaraq istehsalat proseslərinin daha təhlükəsiz, səmərəli və fasiləsiz icrası təmin olunur, təmir işləri zamanı baş verə biləcək qəzaların və mürəkkəbləşmələrin qarşısının alınması gücləndirilir, fontan və digər riskli hallara qarşı operativ və düzgün müdaxilə qabiliyyəti formalaşdırılır, müasir texnika və texnologiyaların tətbiqi genişləndirilir, nəticədə avadanlıqların istismar müddəti uzadılır, dayanmaların və itkilərin minimuma endirilməsi ilə ümumi istehsal göstəriciləri və əməliyyat effektivliyi yüksəldilir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim proqramı iştirakçılar üçün quyuların əsaslı və yeraltı (cari) təmiri sahəsində nəzəri biliklərin və praktiki bacarıqların sistemli şəkildə inkişaf etdirilməsinə şərait yaradır, onların müasir texnika və texnologiyalar, o cümlədən layların hidravlik yarılması, fontana qarşı mübarizə tədbirləri və qazma simulyatoru vasitəsilə proseslərin idarə olunması üzrə səriştələrini artırır, istehsalat zamanı yarana biləcək riskləri düzgün qiymətləndirmək və operativ qərar vermək qabiliyyətini formalaşdırır, nəticə etibarilə isə iştirakçıların öz vəzifələrini daha təhlükəsiz, effektiv və müstəqil şəkildə icra etmələrinə, peşəkar inkişaflarına və karyera imkanlarının genişlənməsinə töhfə verir.

Təlim Proqramı (Günlər Üzrə)

1 Quyuların yeraltı (cari) təmirinin texnika və texnologiyası
1.1 Quyuların cari təmiri və təmirin növləri
1.2 Fontan, kompressor və dərinlik nasos quyularında cari təmir işləri
1.3 Yerüstü qurğular və quyuların cari təmiri zamanı istifadə edilən alət və avadanlıqlar
1.4 Quyularda qum tıxacının ləğvi prosesi. Quyuların yuyulması
2 Quyuların əsaslı təmirinin texnika və texnologiyası
2.1 Quyuların əsaslı təmiri, təmirin növləri və işlərin təşkili
2.2 Quyuların əsaslı təmiri zamanı istifadə edilən yerüstü qurğular və avadanlıqlar
2.3 Quyu lüləsinin tədqiq edilməsi və istismar kəmərində zədələrin aradan qaldırılması üsulları
2.4 Quyuların istismarı və təmiri zamanı əmələ gələn qəzaların növləri və xarakateristikası
2.5 Tutucu alətlər və onların təsnifatı. Tutma işlərinin aparılması qaydaları
2.6 Təmir-təcrid işləri. Quyuların sementlənməsi
2.7 İkinci lülənin kəsilməsi və qazılması prosesi
3 Qazma simulyatorunun iş prinsipi
3.1 Qazma simulyatoru ilə tanışlıq 
3.2 Qazma simulyatoru vasitəsilə “Top Driver” avadanlığının idarə edilməsi prosesi ilə tanışlıq
3.3 Simulyatorda quyunun qazılması prosesinin icra edilməsi
3.4 Simulyatorda quyunun qazılması zamanı göstəricilərə nəzarət edilməsi
4 Layların hidravliki yarılması və quyudibi zonaya təsir üsulları
4.1 Layların hidravliki yarılmasının texnologiyası
4.2 Quyudibi zonanın müxtəlif turşularla işlənməsi prosesi
5 Quyuların cari və əsaslı təmiri zamanı fontana qarşı mübarizə
5.1 Quyuların cari və əsaslı təmiri zamanı əmələ gələn təzahürlərin səbəbləri
5.2 Quyuların cari və əsaslı təmiri zamanı baş verə biləcək fontana qarşı qabaqlayıcı tədbirlər
6 Biliklərin yoxlanılması