Menyu

Qazma əməliyyatları üçün-“Qazmaçı” səviyyəsi üzrə quyuya nəzarət

Kateqoriya: Neft-qaz və neft-kimya texnologiyaları Müddət: 8 gün Format: Əyani Təlim dili: İngilis, Azərbaycan

Kimlər üçündür?

  • Qazmaçı köməkçiləri
  • Qazmaçılar (quyuların əsaslı təmiri və coiled tyubinq qazmaçıları daxil olmaqla)

Niyə bu təlim?

Qazma əməliyyatları üçün “Qazmaçı (Driller)” səviyyəsi üzrə quyuya nəzarət kursunun məqsədi, iştirakçılara qazma və quyuya nəzarət avadanlıqlarının əməliyyatlara düzgün hazırlanması və idarə olunması üzrə bilik və bacarıqlar qazandırmaqdır.

Təlim çərçivəsində iştirakçılara təzahür (kick) hallarında ilkin və düzgün qərarların qəbul edilməsi, o cümlədən quyunun bağlanması, quyunun bütövlüyünün təmin edilməsi, quyunu boğmaq üçün zəruri məlumatların toplanması və məsul şəxslərin vaxtında məlumatlandırılması öyrədilir.

Bununla yanaşı, iştirakçılarda stress və qəza şəraitində soyuqqanlı və operativ davranış bacarıqları formalaşdırılır, well control hesablamalarının real ssenarilər əsasında tətbiqi və təzyiq göstəricilərinin təhlil edilərək düzgün əməliyyat qərarlarına çevrilməsi təmin edilir.

Təlim zamanı quyunu boğma üsullarının (Driller’s Method, Engineer’s Method, Volumetric Method və Lubricate and Bleed texnikası) mahiyyəti və tətbiqi daha dərindən izah olunur, həmçinin kill sheet-in düzgün doldurulması və istifadə edilməsi bacarıqları inkişaf etdirilir.

Sertifikatlaşdırma

International Association of Drilling Contractors

International Association of Drilling Contractors

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar
Qrup işləri və müzakirələr

Təşkilata faydalası

“Qazmaçı” səviyyəsi üzrə quyuya nəzarət təlimi təşkilata daha yüksək səviyyədə quyu təzyiqinin idarə olunmasını və mürəkkəb vəziyyətlərdə düzgün qərarverməni təmin edir. Bu, qəza risklərini minimuma endirir, əməliyyatların fasiləsizliyini artırır və potensial maliyyə itkilərinin qarşısını alır.

İştirakçı üçün yaratdığı dəyər

İştirakçılar real ssenarilər əsasında well control hesablamalarını tətbiq etməyi, təzyiq göstəricilərini təhlil etməyi və quyunun təhlükəsiz şəkildə idarə olunması üçün əsas kill (boğma) metodlarını mənimsəyirlər.

Təlim Proqramı (Günlər Üzrə)

1-ci gün 
• Qazma, Əsaslı təmir, Tamamlama Planı-Ümumi məlumatlandırma
• Quyuya Nəzarətin Konsepsiyaları

2-ci gün
• Qazma məhlulu və qazma məhlulu çənlərinə nəzarət və idarəedilməsi
• Əvvəlcədən məlum olan məlumatlar
• Təzahürün səbəbləri

3-cü gün
• Baryerlər
• Dayaz dərinlikdə yerləşən qaz layı, su axınları (təzahürləri) və quyunun yuxarı seksiyasının (dayaz dərinlik-başlanğıc) qazılması
• Anomal yüksək təzyiqin xəbərdaredici nişanələri
• Quyuya nəzarət üzrə təlim məşqləri

4-cü gün
• Təzahürün aşkarlanması
•  Quyunun bağlanması prosedurları və təsdiqlənmələr
• Quyu bağlandıqdan sonra aparılan müşahidələr və fəaliyyətlər

5-ci gün 
• Quyuya nəzarət metodları (Quyunu boğma üsulları)
• Qoruyucu kəmər endirilməsi və sementləmə əməliyyatları zamanı mümkün ola bilən mürəkkəbləşmələrin nəzərə alınması

6-cı gün
• Avadanlıq
• Nəzarət edilən təzyiqlə qazma

7-ci gün
• Ev tapşırıqlarının yoxlanılması və əlavə sualların cavablandırılması
• Simulyator biliklərinin yoxlanılması

8-ci gün
• Dinləyicilərə giriş və parolların verilməsi
• Onlayn biliklərin yoxlanılması