Menyu

Təhlükəli və zərərli yüklərin daşınması

Kateqoriya: SƏTƏM Format: Əyani Təlim dili: İngilis, Azərbaycan, Rus

Kimlər üçündür?

  • Gəmi kapitanı
  • Komandir və sıravi heyət üzvləri və qeyri dənizçilər

Niyə bu təlim?

“Təhlükəli və zərərli yüklərin daşınması” təliminin məqsədi iştirakçılara təhlükəli yüklərin beynəlxalq təsnifatını (1–9 siniflər) mənimsətmək, bu yüklərin düzgün qablaşdırılması, işarələnməsi, etiketlənməsi və plakatlaşdırılması üzrə standartlara uyğun bilik və bacarıqlar qazandırmaqdır.

Eyni zamanda təlim, təhlükəli yüklərin gəmiyə təhlükəsiz şəkildə yüklənməsi, ayrılması və yerləşdirilməsi qaydalarını öyrətməyi, fövqəladə hallarda düzgün cavab tədbirlərinin görülməsi və müvafiq sənədləşmənin aparılması üzrə səriştələrin formalaşdırılmasını təmin etməyi hədəfləyir.

Sertifikatlaşdırma

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi

CTCC və RİNN DDLA

Təlim necə keçirilir?

Mühazirələr
Praktiki məşğələlər

Təşkilata faydalası

Bu təlim təşkilatda təhlükəli yüklərlə bağlı risklərin effektiv idarə olunmasını təmin edərək qəza, sızma, yanğın və partlayış kimi halların başvermə ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Nəticədə insan həyatı, ətraf mühit və maddi resurslar daha etibarlı şəkildə qorunur.

Eyni zamanda, təlim beynəlxalq tələblərə (xüsusilə IMDG Code və digər dənizçilik standartlarına) uyğunluğun təmin edilməsinə kömək edir, audit və yoxlamalara hazırlıq səviyyəsini artırır və hüquqi riskləri minimuma endirir.

Təlim keçmiş heyət sayəsində yüklərin düzgün qablaşdırılması, işarələnməsi və yerləşdirilməsi təmin olunur ki, bu da əməliyyatların daha təhlükəsiz və səmərəli icrasına şərait yaradır. Bundan əlavə, fövqəladə hallara operativ və düzgün reaksiya verilməsi təşkilatın nüfuzunun qorunmasına, maliyyə itkilərinin azalmasına və ümumi təhlükəsizlik mədəniyyətinin güclənməsinə müsbət təsir göstərir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçıya təhlükəli yüklərin düzgün tanınması və təsnif edilməsi üzrə peşəkar biliklər qazandıraraq onun iş mühitində riskləri daha dəqiq qiymətləndirməsinə imkan yaradır. İştirakçı təhlükəli yüklərin qablaşdırılması, işarələnməsi və etiketlənməsi üzrə beynəlxalq tələbləri praktiki şəkildə tətbiq etməyi öyrənir.

Eyni zamanda, o, yüklərin təhlükəsiz şəkildə yüklənməsi, ayrılması və yerləşdirilməsi proseslərini düzgün idarə etmə bacarığı əldə edir, bu da əməliyyat zamanı səhvlərin qarşısını almağa kömək edir. Təlim iştirakçının fövqəladə hallarda operativ və düzgün qərar vermək, hadisələrə effektiv reaksiya göstərmək və müvafiq sənədləşməni düzgün aparmaq səriştəsini inkişaf etdirir.

Bundan əlavə, iştirakçı beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnərək peşəkar kompetensiyasını artırır, təhlükəli yüklərlə işləmək üzrə etibarlı mütəxəssis kimi formalaşır və karyera imkanlarını genişləndirir.

Təlim Proqramı (Günlər Üzrə)

1. Ümumi təyinlər və təlim (IMDG Məcəllə Bölmə 1)
2. Təsnifat  (IMDG Məcəllə fəsil 2.0 – 2.10)
3. Təhlükəli yüklər siyahısı (IMDG Məcəllə Bölmə 3)
4. Qablaşdırma və tank qaydaları (IMDG Məcəllə Bölmə 4)
5. Göndərmə prosedurları (IMDG Məcəllə Bölmə 5)
6. Qablaşdırmanın konstruksiyası və sınaqdan Keçirilməsi (IMDG Məcəllə Bölmə 6) 
7. Nəqliyyat əməliyyatlarına aid qaydalar (IMDG Məcəllə Bölmə 7)
8. Kursun  nəzərdən  keçirilməsi
9. Qiymətləndirmə