Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- İstehsalat sahələrində çalışan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlərin 3-cü dərəcədən 4-cü dərəcəyə ixtisas səviyyəsinin artırılmasını təmin etmək, onlara müasir nəzarət-ölçü cihazlarının və avtomatika sistemlərinin konstruktiv quruluşunu, işləmə prinsiplərini, texniki xarakteristikalarını, texniki xidmət və təmir texnologiyalarını, eləcə də sistemlərin işə salınması və dayandırılmasının texnoloji ardıcıllığını öyrətməklə peşəkar bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu ixtisasartırma kursu nəticəsində təşkilatda nəzarət-ölçü cihazları və avtomatika sahəsində çalışan çilingərlərin peşə dərəcəsi yüksəlir, onların müasir texnologiyalar və avadanlıqlarla işləmə bacarıqları təkmilləşir. Bu isə istehsalat proseslərində dəqiqliyin və operativliyin artmasına, avtomatika sistemlərinin fasiləsiz və etibarlı fəaliyyətinin təmin olunmasına şərait yaradır. Kurs nəticəsində texniki xidmət və təmir işlərinin keyfiyyəti yüksəlir, nasazlıqların vaxtında aşkar olunması və aradan qaldırılması təmin edilir, qəza və dayanma hallarının sayı azalır.
İştirakçı üçün yaratdığı dəyər
Bu ixtisasartırma kursu iştirakçıların nəzarət-ölçü cihazları və avtomatika sahəsində bilik və bacarıqlarını daha yüksək səviyyəyə qaldıraraq onların 3-cü dərəcədən 4-cü dərəcəyə yüksəlməsini təmin edir. İştirakçılar müasir cihaz və sistemlərin quruluşunu, işləmə prinsiplərini, texniki xidmət və təmir texnologiyalarını dərindən mənimsəyir, nasazlıqların diaqnostikası və operativ aradan qaldırılması üzrə praktiki vərdişlər əldə edirlər. Eyni zamanda təhlükəsizlik qaydalarına düzgün əməl etmə, istehsalatda riskləri qiymətləndirmə və düzgün qərarvermə bacarıqları formalaşır.
Təlim Proqramı (Günlər Üzrə)
1. XÜSUSİ TEXNOLOGİYA
1.1 Texniki ölçmələr, ölçü vahidləri haqqında ümumi məlumat
1.2 Təzyiq, temperatur və sərf haqqında ümumi məlumat
1.3 Temperatur şkalaları, onların tətbiq sahələri
1.4 Nəzarət-ölçü cihazları və avtomatika qurğuları
1.5 Nəzarət-ölçü cihazlarının təmiri texnologiyası
1.6 Nəzarət-ölçü cihazlarının quraşdırılması, sökülməsi və sazlanması
1.7 Ölçü vasitələrinin metroloji təminatı
1.8 Neft və qaz çıxarma müəssisələrinin avtomatlaşdırılmasının prinsipial texnoloji sxemi
1.9 Neft və qaz çıxarma müəssisələrinin obyektlərinin telemexanizasiyası, məlumat-nəzarət və idarəetmə sistemləri
1.10 Təzyiqin, temperaturun, maye və qazların sərfinin ölçülməsi üçün nəzarət-ölçü cihazları
1.11 Yanğın təhlükəsizliyinə, partlayış təhlükəli qazların konsentrasiyasına və sanksiyasız müdaxilədən qorunmaya nəzarət qurğu və sistemləri
1.12 Çilingərlik işi
1.13 Materialşünaslıq
2. ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI
2.1 Təhlükəsizlik texnikası
2.2 Elektrik təhlükəsizliyi
2.3 İlk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası
2.4 Yanğından mübarizə
2.5 Dəniz təhlükəsizliyi
2.6 Ətraf mühitin mühafizəsi
3. İSTEHSALAT TƏCRÜBƏSİ
3.1 Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırma
3.2 Nəzarət-ölçü cihazlarının yığılması, təmiri və sazlanması
3.3 Elektrik və istilik ölçü cihazlarının təmiri
3.4 Neft və qaz quyularının qazılmasında avtomatik idarəetmə sistemləri
3.5 Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərin sərbəst işi