Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- “Texnoloji qurğuların təmiri üzrə çilingər” peşəsində çalışan işçi heyət
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində işləyən təmirçi çilingərlərə müasir və mütərəqqi texnologiyalar əsasında hazırlanmış texnoloji avadanlıqların konstruktiv quruluşlarını, işləmə xüsusiyyətlərini, texniki xarakteristikalarını, onlara göstərilən texniki xidmət qaydalarını, müasir təmir texnologiyalarını, avadanlıqların təmirə dayandırılması və təmirdən sonra işə salınmasının texnoloji ardıcıllığını öyrətməklə onların bilik və bacarıqlarını artırmaq, iş prosesində baş verə biləcək qəzaların minimuma endirilməsinə nail olmaq və təhlükəsizlik prinsiplərinin nəzəri əsaslarını möhkəmləndirərək istehsalatda təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasını təmin etməkdir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlim kursunun təşkilata faydası texnoloji avadanlıqların etibarlı və fasiləsiz işləməsinin təmin olunması, planlı və keyfiyyətli təmir işləri sayəsində avadanlıqların istismar müddətinin uzadılması, qəza və nasazlıqların sayının azalması, istehsalatda dayanma hallarının minimuma endirilməsi, işçi heyətin peşəkarlıq səviyyəsinin artırılması, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasının gücləndirilməsi, həmçinin ümumi istehsalat səmərəliliyinin və təşkilatın nüfuzunun yüksəldilməsindən ibarətdir.
İştirakçı üçün yaratdığı dəyər
Bu təlim kursu iştirakçılar üçün texnoloji qurğuların quruluşu, işləmə prinsipləri və təmir texnologiyaları üzrə bilik və bacarıqların artırılmasını təmin edir, onların avadanlıqların nasazlıqlarını düzgün aşkar etmə və aradan qaldırma qabiliyyətlərini inkişaf etdirir, təhlükəsiz və səmərəli işləmə vərdişlərini formalaşdırır, riskləri düzgün qiymətləndirmək və qəza hallarında operativ qərar vermək bacarıqlarını gücləndirir, eyni zamanda peşəkar inkişaf imkanlarını genişləndirərək daha məsuliyyətli və ixtisaslı mütəxəssis kimi fəaliyyət göstərmələrinə şərait yaradır.
Təlim Proqramı (Günlər Üzrə)
1. Texnoloji qurğular haqqında ümumi məlumat. Texnoloji qurğuların təsnifatı, konstruktiv quruluşu və istismar xüsusiyyətləri
2. Texnoloji qurğularda istifadə olunan nasoslar, onların təsnifatı, konstruktiv quruluşları və istismar xüsusiyyətləri
3. Texnoloji qurğularda istifadə olunan kompressorlar, onların təsnifatı, konstruktiv quruluşları və istismar xüsusiyyətləri
4. Texnoloji boru kəmərləri. Texnoloji boru kəmərlərində istifadə olunan armaturların təsnifatı və tətbiq sahələri
5. Fontan armaturları haqqında məlumat və texniki xidmət işləri
6. Texnoloji qurğularda istifadə olunan nasosların əsaslı təmiri və təmirdən sonra normativ sənədlərə əsasən təhvil verilməsi
7. Texnoloji nasoslarda istifadə olunan araqatları, valboyu kipləşdiriciləri və soyutma sistemləri haqqında məlumat
8. Porşenli kompressorların əsaslı təmiri və təmirdən sonra normativ sənədlərə əsasən təhvil verilməsi
9. Mərkəzdənqaçma kompressorlarının əsaslı təmiri və təmirdən sonra normativ sənədlərə uyğun təhvil verilməsi
10. Kompressorlarda istifadə olunan yastıqlar və onların təmir texnologiyası
11. Kompressor stansiyasında istifadə olunan köməkçi avadanlıqların təsnifatı, konstruktiv quruluşu və istismar xüsusiyyətləri
12. Kompressor və nasosların istismarında istifadə olunan nəzarət ölçü cihazları və növləri
13. Kalonların və istilikdəyişdiricilərin təmir texnologiyası
14. Mexaniki avadanlıqların yağlama sistemləri və yağlama texnologiyası
15. Biliklərin qiymətləndirilməsi