Menyu

Liderlik və birgə iş fəaliyyəti

Kateqoriya: Davranış-idarəetmə və yumşaq bacarıqlar Müddət: 3 gün Format: Əyani Təlim dili: İngilis, Azərbaycan, Rus

Kimlər üçündür?

  • Gəmi kapitanı
  • Komandir
  • Sıravi heyət üzvləri
  • Qeyri dənizçilər

Niyə bu təlim?

"Liderlik və birgə iş fəaliyyəti" təliminin məqsədi məqsədi iştirakçıların liderlik və komanda daxilində effektiv əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək, heyətin düzgün idarə olunmasını və təşkilati yanaşmaların tətbiqini təmin etməkdir. Təlim çərçivəsində iştirakçılar komanda daxilində effektiv ünsiyyətin qurulması, resursların səmərəli bölüşdürülməsi və tapşırıqların icrasına nəzarət üzrə bilik və bacarıqlar əldə edirlər. Bununla yanaşı, qərarvermə prosesində risklərin düzgün qiymətləndirilməsi, iş yükünün effektiv idarə olunması və yorğunluğun təsirinin azaldılması üsulları öyrədilərək, təhlükəsiz və məhsuldar iş mühitinin formalaşdırılmasına töhfə verilir.

Sertifikatlaşdırma

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi

CTCC və RİNN DDLA

Təlim necə keçirilir?

Mühazirələr
Praktiki məşğələlər

Təşkilata faydalası

Bu təlim təşkilatda komanda işinin gücləndirilməsinə və idarəetmə effektivliyinin artırılmasına əhəmiyyətli töhfə verir. Liderlik bacarıqlarının inkişafı nəticəsində heyətin fəaliyyəti daha düzgün koordinasiya olunur, əməkdaşlar arasında ünsiyyət və əməkdaşlıq səviyyəsi yüksəlir. Resursların səmərəli bölüşdürülməsi və tapşırıqlara nəzarətin gücləndirilməsi əməliyyatların daha planlı və effektiv həyata keçirilməsini təmin edir.

Bununla yanaşı, qərarvermə prosesində risklərin düzgün qiymətləndirilməsi və iş yükünün balanslı idarə olunması qəza və insidentlərin qarşısının alınmasına kömək edir, iş mühitində təhlükəsizlik səviyyəsini artırır. Yorğunluğun idarə olunması üzrə yanaşmaların tətbiqi isə işçi performansının davamlılığını təmin edir və ümumi məhsuldarlığın yüksəlməsinə səbəb olur.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçının liderlik və komanda daxilində effektiv fəaliyyət göstərmək bacarıqlarını inkişaf etdirərək onun peşəkar səriştəsini artırır. Təlim nəticəsində iştirakçı heyətin idarə olunması, tapşırıqların düzgün bölüşdürülməsi və icrasına nəzarət üzrə praktiki biliklər əldə edir, komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq qabiliyyətini gücləndirir.

Bununla yanaşı, iştirakçı qərarvermə zamanı riskləri düzgün qiymətləndirməyi, iş yükünü balanslı şəkildə idarə etməyi və yorğunluğun təsirini azaltmaq üsullarını mənimsəyir. Bu bacarıqlar onun həm təhlükəsiz, həm də məhsuldar iş mühitində daha inamlı və effektiv fəaliyyət göstərməsinə, karyera inkişafına və məsuliyyətli qərarlar qəbul etməsinə şərait yaradır.

Təlim Proqramı (Günlər Üzrə)

1. Giriş
2. Gəmi heyətinin idarə olunması və təlimi üzrə praktiki biliklər
3. Beynəlxalq Konvensiyların tələbləri, tövsiyələr və milli qanunvericilik
4. Vəzifə və tapşırıqların tətbiqinin idarə edilməsi bacarığı
5. Effektiv idarəetmə resurslarının tətbiq edilməsi
6. Qərar qəbul etmə üsullarının tətbiq edilməsi
7. Nəticə və qiymətləndirmə