- Təlim mərkəzlərinə şagird qəbulu və müraciət elektron formada aparılır. Namizədlər socar.az saytında “Karyera” bölməsi vasitəsilə “Təlim mərkəzlərinə sənəd qəbulu” hissəsinə daxil olub, elektron ərizə formasını doldurmalıdırlar. Müraciət etdikdən sonra namizədlər müsabiqədən (test, müsahibə və s.) keçirlər. Yalnız uyğun namizədlər qəbul edilir.
- Peşələr üzrə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşları, 29 yaşı tamam olmayan, ali, orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olanlar (hazırda təhsilini davam etdirən gənclər müraciət edə bilməzlər)
- Müraciət təsdiqləndikdən sonra müəyyən olunmuş tarixdə müsahibələrə gələrkən şəxsiyyət vəsiqəsi, məcburi köçkün və ya qaçqınlıq haqqında sənəd, hərbi bilet, sağlamlıq haqqında arayış (forma 86), attestat (orta-texniki, ilk-peşətəhsilli və ali təhsilli olanlar - diplom) və rentgen müayinəsi (flüoroqrafiya) təqdim edilməlidir.
- Təhsilini müvəffəqiyyətlə başa vuran məzunlara xüsusi sertifikatlar təqdim olunur.
- Təkrar təlimdə iştirak etmək üçün əvvəlki təlimi bitirdiyinizi təsdiq edən, LEEA, OPITO və digər ekvivalent qurumlar tərəfindən verilmiş, etibarlılıq müddəti bitməmiş və ya etibarlılıq müddəti 6 aydan çox keçməmiş “Siqnalçı və İlməkçi” sertifikatı olmalıdır.
- Dinləyicilərin bilik və bacarıqları kompüter əsaslı test (çoxvariantlı suallar olmaqla), həmçinin simulyator və ya ssenari əsaslı qiymətləndirmə (xüsusilə “Qazmaçı” və “Supervayzer” səviyyələri üçün tətbiq edilir) metodları ilə qiymətləndirilir.
- “Dənizdə sağ qalma” təlimində iştirak etmək üçün OPITO akkreditasiyalı “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET), “Batmaqda olan helikopteri tərketmə üzrə təlim” (HUET) və “Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim” (FOET) kurslarına müraciət etmək tələb olunur.
- Xeyr, birbaşa mümkün deyil. IADC tərəfindən tətbiq olunan WellSharp sistemində səviyyələr arasında ardıcıllıq prinsipi (“Giriş” → “Qazmaçı” → “Supervayzer”) var və bu, həm bilik, həm də praktiki təcrübə ilə bağlıdır. Buna görə də, “Supervayzer” səviyyəsi üzrə kursda iştirak etməzdən əvvəl “Qazmaçı” səviyyəsi üzrə kursu başa vurmaq və müvafiq sertifikata malik olmaq tələb olunur.
- “Təhlükəsiz İdarəetmə” (Managing Safely) kursu menecerlər və supervayzerlər üçün nəzərdə tutulmuş əməyin mühafizəsi və təhlükəsizlik üzrə təlimdir. IOSH sertifikatlarının rəsmi bitmə müddəti yoxdur (müddətsizdir). Lakin biliklərin aktual saxlanılması üçün hər 3 ildən bir təkrar (refresher) kurs keçmək tövsiyə olunur.
- SOCAR əməkdaşlarının təlimlərdə iştirakı struktur bölmə rəhbərləri tərəfindən və ya İnsan Resursları şöbələri vasitəsilə edilən rəsmi müraciət əsasında həyata keçirilir. Kənar müştərilər təlimlərdə iştirak etmək üçün təlim mərkəzlərinə birbaşa müraciət etməli (veb sayt, e-mail və ya telefon vasitəsilə) və ya rəsmi sifariş / müqavilə əsasında əvvəlcədən qeydiyyatdan keçməlidirlər.