Menyu

“Microsoft Office paketi (MS Word, MS Excel, MS PowerPoint)”

Kateqoriya: İnformasiya Texnologiyaları (İT) bacarıqları Müddət: 10 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Rəhbər heyət
  • Mühəndislər
  • Texniki işçilər

Niyə bu təlim?

“Microsoft Office paketi (MS Word, MS Excel, MS PowerPoint)” təkmilləşdirmə kursunun məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən mühəndis-texniki işçilərə Microsoft Office paketinə daxil olan Microsoft Word, Microsoft Excel və Microsoft PowerPoint proqramlarının funksional imkanlarını sistemli şəkildə öyrətmək, onların sənədlərin hazırlanması, məlumatların emalı və təhlili, eləcə də təqdimatların peşəkar səviyyədə qurulması üzrə bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Kurs çərçivəsində iştirakçılara müasir ofis proqramlarında effektiv işləmə metodları, məlumatların strukturlaşdırılması, hesabatların hazırlanması və vizuallaşdırılması, eləcə də iş proseslərinin optimallaşdırılması istiqamətində praktik vərdişlər aşılanır. Təlimin sonunda dinləyicilərin gündəlik iş fəaliyyətində proqramlardan səmərəli istifadə etmə, müxtəlif təyinatlı sənədləri müstəqil şəkildə hazırlama və təqdim etmə bacarığının formalaşdırılması nəzərdə tutulur.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

“Microsoft Office paketi (MS Word, MS Excel, MS PowerPoint)” təkmilləşdirmə kursu təşkilatda sənədlərin hazırlanması, məlumatların emalı və təqdim edilməsi proseslərinin daha səmərəli və standartlara uyğun şəkildə həyata keçirilməsinə şərait yaradır. Təlim nəticəsində əməkdaşlar Microsoft Office paketinə daxil olan Microsoft Word, Microsoft Excel və Microsoft PowerPoint proqramlarından peşəkar səviyyədə istifadə edərək iş proseslərini sürətləndirir və optimallaşdırırlar.

Bu isə təşkilat daxilində hesabatların, rəsmi sənədlərin və təqdimatların keyfiyyətinin yüksəlməsinə, məlumatların daha dəqiq təhlil olunmasına və qərarvermə prosesinin effektivliyinin artmasına gətirib çıxarır. Eyni zamanda, işlərin avtomatlaşdırılması və düzgün planlaşdırılması nəticəsində vaxt itkisi və əməliyyat xərcləri azalır, daxili kommunikasiya və informasiya mübadiləsi daha sistemli şəkildə qurulur. Nəticə etibarilə, təşkilatın ümumi məhsuldarlığı, operativliyi və rəqabət qabiliyyəti artır.

İştirakçı üçün yaratdığı dəyər

“Microsoft Office paketi (MS Word, MS Excel, MS PowerPoint)” təkmilləşdirmə kursu iştirakçıların Microsoft Office proqramlarından səmərəli və peşəkar istifadə bacarıqlarını inkişaf etdirərək onların gündəlik iş fəaliyyətində daha məhsuldar və çevik olmalarına şərait yaradır. Təlim nəticəsində dinləyicilər Microsoft Word proqramında rəsmi sənədlərin düzgün tərtibatını, Microsoft Excel proqramında məlumatların emalı, təhlili və hesabatların hazırlanmasını, Microsoft PowerPoint proqramında isə təsirli və peşəkar təqdimatların qurulmasını öyrənirlər.

Kurs iştirakçılara məlumatları strukturlaşdırmaq, analitik düşünmək, vizual təqdimat bacarıqlarını inkişaf etdirmək və iş proseslərini daha effektiv idarə etmək imkanı verir. Eyni zamanda, onların müstəqil işləmə qabiliyyəti, problem həll etmə bacarıqları və rəqəmsal savadlılığı artır.

Təlim Proqramı (Günlər Üzrə)

1. MS Word proqramının əsas menyuları, proqramın komponentlərinin sazlanması. Sənədin yaradılması, saxlanması və açılması. 
2. MS Word proqramının pəncərəsinin görünüş formaları, miqyasın təyini.
3. MS Word proqramında şriftlərin seçilməsi, mətn ölçülərinin dəyişdirilməsi və mətnə müxtəlif formatların tətbiqi   
4. MS Word proqramında mətnin yığılması və müxtəlif formalı sənədlərin hazırlanmasının əsas prinsipləri (praktiki iş)
5. Səhifə (Page) parametrlərinin təyin edilməsi, Abzas (Paragraph) və Simvol (Symbol) anlayışları. Sənədin işlənməsində stillərin tətbiqi
6. Əsas redaktə əmrləri (klaviatura və alət düymələri).  Mətn hissəsinin axtarışı və əvəz edilməsi. Mətndə orfoqrafiyanın və qrammatikanın yoxlanılması və s.
7. Sənədin tərtibatında səhifənin kəsilməsi (Page Break) və bölmələrin (Section) tətbiqi. Kolontitullardan (Header, Footer) istifadə. 
8. Sənədə şəkillərin, fiqurların, dekorativ mətnlərin əlavə edilməsi. 
9. Müxtəlif təyinatlı diaqramların yaradılması
10. Cədvəlin qurulması, sətirlər və sütunlar və birləşdir panelləri, konstruktor və maket menyularının əmrlərinin tətbiqi
11. Cədvəlin redaktə edilməsi (“Xananın ölçüsü”) və mətnin cədvəldə düzləndirilməsi (“Düzləndirmə” paneli). Cədvəlin formatlaşdırılması (“Cədvəl üslubları” və “Sərhədləri çək” panelləri)
12. İstinadlar (Şəkilaltı yazılar, ədəbiyyat və s.).
13. Stillər. Sənədin stillər vasitəsilə tərtib edilməsi və onun strukturlanması Mündəricatın qurulması
14. Sənədin çapa hazırlanması, çap parametrlərinin təyinatı, printerlərin seçilməsi  və sazlanması
15. Keçilən materialın mənimsənilməsinin yoxlanması (praktik iş)
16. MS Excel proqramının əsas menyuları. MS Excel proqramının təyinatı. Sənədin yaradılması, saxlanması və açılması. Excel-in əsas anlayışlar: sətir, sütun, xana, nisbi və mütləq ünvanlar.
17. Formulların daxil edilməsi. Səhifələr arasında əlaqənin yaradılması.
18. Funksiyalar
19. Mürəkkəb məntiqli hesablamalar. (praktik iş) 
20. Verilənlərin sıralanması və süzülməsi
21. Müxtəlif təyinatlı diaqramların yaradılması 
22. MS Excel proqramında cədvəl sahəsinin çapa hazırlanması, çap parametrlərinin təyinatı, printerlərin seçilməsi  və sazlanması
23. Keçilən materialın mənimsənilməsinin yoxlanması (praktik iş)
24. MS Power Point proqramının əsas menyuları. Slaydların redaktə edilməsi. “Slaydlar” paneli
25. Slaydın tərtibatının dəyişdirilməsi. “Tərtibat” səhifəsi
26. Slaydlara multimedia komponentlərinin (animasiya, səs) əlavə edilməsi
27. Slaydlar ararası keçidin idarə edilməsi  
28. Slaydların nümayişi zamanı vaxt bölgüsü
29. Slayda səsin yazılması. Slaydların nümayişi
30. Biliklərin yoxlanması