Menyu

Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET)

Kateqoriya: Dənizdə sağqalma Müddət: 1 gün Format: Əyani Təlim dili: İngilis, Azərbaycan, Rus

Kimlər üçündür?

  • Dəniz neft-qaz platformalarında işləməyə davam edən əməkdaşlar

Niyə bu təlim?

Bu təlim dəniz qurğuları ilə əlaqədar spesifik təhlükəsizlik texnikası məsələləri və qaydaları barədə məlumat vermək, fövqəladə hallara və qəza vəziyyətlərinə hazırlıq qabiliyyətini təlimlərdə təkmilləşdirmək üçün nəzərdə tutulub. Təlimin məqsədi təcili ilk yardım və yanğınla mübarizə bacarıqlarını təkmilləşdirmək, sıxılmış hava ilə qəza nəfəsalma sistemindən istifadəni praktiki surətdə tətbiq etmək, vertolyotda təhlükəsizlik və onu tərketmə texnikasını nümayiş etdirmək, dəniz neft-qaz qurğuları üzrə spesifik ümumi təhlükələri və potensial riskləri müəyyənləşdirmək, tüstü ilə dolmuş ərazilərdə özünü xilasetmə üsullarını tətbiq etmək və ilkin yanğınsöndürmə vasitələrindən effektiv istifadəni göstərməkdən ibarətdir.

Sertifikatlaşdırma

Offshore Petroleum Industry Training Organization

OPITO (Offshore Petroleum Industry Training Organization)

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar
Qrup işləri və müzakirələr

Təşkilata faydalası

FOET təlimi təşkilat üçün əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təlim nəticəsində işçi heyəti qəza və fövqəladə vəziyyətlərdə daha düzgün, operativ və koordinasiyalı reaksiya vermə bacarığı əldə edir ki, bu da insan itkisi və xəsarət risklərinin azalmasına səbəb olur.

Bununla yanaşı, yanğın, təxliyə və ilk yardım kimi kritik hallarda düzgün davranışın təmin edilməsi əməliyyatların təhlükəsizliyini artırır, mümkün qəza nəticələrinin təsirini minimuma endirir və iş fasilələrinin qarşısını alır.

İştirakçı üçün yaratdığı dəyər

FOET təlimi iştirakçılar üçün dəniz neft-qaz qurğularında baş verə biləcək fövqəladə hallara hazırlıq səviyyəsini artıraraq həyati əhəmiyyətli bilik və bacarıqlar qazandırır. Təlim nəticəsində iştirakçılar ilk yardım, yanğınla mübarizə, tüstü ilə dolmuş mühitdə hərəkət və özünü xilasetmə üsullarını praktiki şəkildə tətbiq etməyi öyrənirlər.

Təlim Proqramı (Günlər Üzrə)

  • MODULE 5: Helicopter Safety and Escape / Helikopter təhlükəsizliyi və xilas olma 
  • MODULE 6: Further Firefighting and Self Rescue / Geniş şəkildə yanğınsöndürmə və özünü xilasetmə 
  • MODULE 7: Further Emergency First Aid / Fövqəladə hallarda geniş ilk yardım