Menyu

“Liderlik və idarəetmə bacarıqlarından istifadə”

Kateqoriya: Davranış-idarəetmə və yumşaq bacarıqlar Müddət: 6 gün Format: Əyani Təlim dili: İngilis, Azərbaycan, Rus

Kimlər üçündür?

  • Gəmi kapitanı
  • Baş köməkçi
  • Baş mexanik
  • 2-ci mexanik və qeyri dənizçilər

Niyə bu təlim?

“Liderlik və idarəetmə bacarıqlarından istifadə” təliminin məqsədi məqsədi gəmi heyətinin və digər müvafiq şəxslərin liderlik və idarəetmə bacarıqlarını inkişaf etdirmək, gəmidə təhlükəsiz və effektiv əməliyyatların təşkili üçün zəruri olan komanda idarəetməsi, resursların düzgün bölgüsü, qərarvermə və ünsiyyət bacarıqlarını formalaşdırmaqdır. Təlim iştirakçılara vəzifə və iş yükünün səmərəli idarə olunması, risklərin qiymətləndirilməsi, standart əməliyyat prosedurlarının hazırlanması və tətbiqi, həmçinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq fəaliyyətin təşkili üzrə bilik və bacarıqlar qazandırır.

Sertifikatlaşdırma

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi

CTCC və RİNN DDLA

Təlim necə keçirilir?

Mühazirələr,
Praktiki məşğələlər

Təşkilata faydalası

Bu təlim təşkilatda idarəetmə keyfiyyətinin yüksəldilməsinə və əməliyyatların daha səmərəli təşkilinə əhəmiyyətli töhfə verir. Rəhbər vəzifəli şəxslərin liderlik bacarıqlarının inkişafı nəticəsində komanda işi güclənir, iş bölgüsü daha effektiv aparılır və insan resurslarından optimal istifadə təmin olunur. Təlim həmçinin qərarvermə proseslərinin daha sistemli və əsaslandırılmış şəkildə həyata keçirilməsinə, risklərin vaxtında müəyyən edilərək azaldılmasına və fövqəladə hallara operativ reaksiya verilməsinə imkan yaradır.

Bununla yanaşı, beynəlxalq dənizçilik konvensiyalarının və milli qanunvericiliyin tələblərinə uyğun fəaliyyətin təşkili təmin olunur, bu isə təşkilatın uyğunluq səviyyəsini artırır və hüquqi riskləri minimuma endirir. Standart əməliyyat prosedurlarının düzgün hazırlanması və tətbiqi əməliyyatlarda sabitliyi və təhlükəsizliyi gücləndirir, nəticədə qəza və insidentlərin sayı azalır, ümumi performans və məhsuldarlıq yüksəlir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçının liderlik və idarəetmə sahəsində bilik və bacarıqlarını inkişaf etdirərək, onun peşəkar fəaliyyətində daha effektiv və inamlı qərarlar qəbul etməsinə imkan yaradır. Təlim nəticəsində iştirakçı komandanın idarə olunması, iş bölgüsünün düzgün təşkili, resursların səmərəli istifadəsi və prioritetlərin müəyyənləşdirilməsi üzrə praktiki bacarıqlar qazanır.

Bununla yanaşı, iştirakçı risklərin qiymətləndirilməsi, fövqəladə hallarda düzgün reaksiya verilməsi, effektiv ünsiyyət və konfliktlərin idarə olunması sahəsində səriştəsini artırır. Təlim həmçinin standart əməliyyat prosedurlarının hazırlanması və tətbiqi, beynəlxalq tələblərə uyğun fəaliyyətin təşkili üzrə biliklər qazandıraraq, iştirakçının iş mühitində məhsuldarlığını və məsuliyyətli qərarvermə qabiliyyətini gücləndirir.

Təlim Proqramı (Günlər Üzrə)

Giriş
1. Əlaqəli beynəlxalq dənizçilik konvensiyaları və tövsiyələr, həmçinin milli qanunvericilik.
2. Gəmi heyətinin idarə edilməsi və təlimi.
3. Vəzifə və iş yükünün idarə edilməsi.
4. Resursların effektiv idarə olunması.
5. Qərar qəbul etmə metodları.
6. Standart əməliyyat prosedurlarının hazırlanması, tətbiqi və nəzarəti.
Qiymətləndirmə