Menyu

“Arqon qaynaqçısı” peşəsi üzrə

Kateqoriya: Qaynaq və inspeksiya Müddət: 25 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

Qaynaq sahəsində çalışan texniki işçilər və qaynaqçılar 

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan və “Arqon qaynaqçısı” peşəsi üzrə yenidənhazırlanmaya cəlb olunan işçilərə müasir və mütərəqqi arqon qaynaq texnologiyalarının, qabaqcıl avadanlıq və ləvazimatların konstruktiv quruluşunun, işləmə prinsiplərinin, texniki xidmət və təmir qaydalarının, eləcə də müxtəlif metalların qaynaq olunma xüsusiyyətlərinin nəzəri və praktiki şəkildə öyrədilməsi, onların peşə bilik və bacarıqlarının artırılması və istehsalatda təhlükəsiz, keyfiyyətli və səmərəli fəaliyyət göstərmələrinin təmin edilməsindən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu kursun keçirilməsi nəticəsində SOCAR-ın istehsalat sahələrində arqon qaynaq işlərinin keyfiyyəti və etibarlılığı artır, qaynaq proseslərində müasir texnologiyaların tətbiqi genişlənir və avadanlıqlardan səmərəli istifadə təmin olunur. Yenidənhazırlanmış ixtisaslı qaynaqçıların formalaşdırılması istehsalatda nasazlıqların və qüsurların azalmasına, təmir və istismar xərclərinin optimallaşdırılmasına, iş proseslərinin fasiləsizliyinin təmin edilməsinə və ümumi məhsuldarlığın yüksəlməsinə şərait yaradır. Eyni zamanda əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət səviyyəsi artırılaraq istehsalatda qəza və risklərin minimuma endirilməsinə töhfə verilir.

İştirakçı üçün yaratdığı dəyər

Bu kurs iştirakçılara arqon  qaynaq texnologiyaları üzrə müasir bilik və praktiki bacarıqlar qazandıraraq onların peşəkar səviyyəsinin yüksəlməsinə şərait yaradır. Dinləyicilər müxtəlif materialların və konstruksiyaların keyfiyyətli və təhlükəsiz qaynaq olunması üsullarını, optimal qaynaq rejimlərinin seçilməsini, avadanlıqlardan düzgün istifadə və onlara texniki xidmət göstərilməsi qaydalarını mənimsəyirlər. Eyni zamanda, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair biliklərini təkmilləşdirərək riskləri düzgün qiymətləndirmə və qarşısını alma bacarıqları formalaşdırırlar. Bu isə onların istehsalatda daha səmərəli, müstəqil və məsuliyyətli fəaliyyət göstərmələrinə  müsbət təsir göstərir.

Təlim Proqramı (Günlər Üzrə)

1.XÜSUSİ TEXNOLOGİYA
1.1 Elektrotexnika
1.2 Poladların növləri, təyinatı və markalanması
1.3 Metalların qaynaq olunma qabiliyyəti
1.4 Qaynaq birləşmələrinin növləri və fəza vəziyyətləri, qaynaq simvolları
1.5 Qaynaq prosesləri haqqında məlumat
1.6 Elektrik qövs qaynağı üçün avadanlıqlar və onlara xidmət edilməsi qaydaları
1.7 Qaynaq qövsü və onun xassələri
1.8 Qaynaq rejimi, rejim parametrləri. Rejim parametrlərinin tikişin forma və ölçülərinə təsiri
1.9 Arqon qaynağının texnologiyası
1.10 Qaynaq işləri üçün sərfiyyat materialları
1.11 Arqon qaynağında istifadə olunan qoruyucu qazlar
1.12 Müxtəlif markalı  poladların və əlvan metalların arqon qaynağı ilə qaynaq olunması
1.13 Qaynaq birləşmələrinin termiki emalı
1.14 Qaynaqçıların bilik və bacarıqlarının yoxlanılması, qaynaq prosedurunun spesifikasiyası
1.15 Qaynaq zamanı yaranan deformasiya və gərginliklər, onların aradan qaldırılma yolları
1.16 Qaynaq tikişlərində yaranan qüsurlar, onların yaranma səbəbləri.
1.17 Qaynaq birləşmələrinin müayinə metodları. Qaynaq tikişlərinin təmir texnologiyası


2. ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI
2.1 Təhlükəsizlik  texnikası
2.2 Elektrik təhlükəsizliyi
2.3 İlk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası
2.4 Yanğından mühafizə
2.5 Dəniz təhlükəsizliyi 
2.6 Ətraf mühitin mühafizəsi


3. İSTEHSALAT TƏCRÜBƏSİ
3.1 Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırma
3.2 Qaynaq işlərinin texnologiyası və qaynaq rejiminin seçilməsi
3.3 Arqon qaynağında sərfiyyat materialları 
3.4 Qaynaq prosesində istifadə olunan alət və avadanlıqlar
3.5 Müxtəlif fəza vəziyyətlərində qaynaq işlərinin aparılma texnologiyası
3.6 Karbonlu poladların qaynaq edilməsi
3.7 Yüksək legirli paslanmayan poladların qaynaq edilməsi
3.8 Əlvan metalların arqon qaynağı ilə qaynaq olunması
3.9 Qaynaqçının işi sərbəst yerinə yetirməsi