Menyu

Qarovul rəisi

Kateqoriya: Digər təlimlər Müddət: 5 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Mühafizə xidmətinin komanda rəisi vəzifəsini icra edən əməkdaşlar

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın Təhlükəsizlik İdarəsində “Komanda rəisi” vəzifəsini yerinə yetirən əməkdaşların peşəkar bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsi, onların idarəetmə qabiliyyətlərinin təkmilləşdirilməsi, fövqəladə hallar və ekstremal şəraitlərdə operativ, düzgün və effektiv qərar qəbul etmə bacarıqlarının formalaşdırılması, şəxsi heyətin fəaliyyətinin səmərəli təşkili və təhlükəsizliyin təmin olunması istiqamətində zəruri normativ-hüquqi, pedaqoji və psixoloji biliklərin mənimsədilməsi yolu ilə xidmət fəaliyyətinin keyfiyyətinin yüksəldilməsini təmin etməkdən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu kursunun təşkili SOCAR-ın təhlükəsizlik sahəsində idarəetmə keyfiyyətinin yüksəldilməsinə, komanda rəislərinin fövqəladə hallar və gündəlik fəaliyyət zamanı operativ və düzgün qərarvermə bacarıqlarının inkişafına, şəxsi heyətin koordinasiyalı və səmərəli fəaliyyətinin təmin olunmasına xidmət edir. Kurs nəticəsində müəssisələrdə təhlükəsizlik səviyyəsi artır, qəza və insidentlərin qarşısının alınması, onların nəticələrinin operativ aradan qaldırılması imkanları genişlənir, qəza-xilasetmə və bərpa işlərinin daha effektiv təşkili təmin olunur. Eyni zamanda, əmək mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası sahəsində tələblərə riayət olunması gücləndirilir, bu da ümumilikdə istehsalatın dayanıqlılığına, itkilərin azaldılmasına və təşkilatın ümumi fəaliyyət səmərəliliyinin yüksəldilməsinə müsbət təsir göstərir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçılara komanda rəhbərliyi və idarəetmə sahəsində zəruri bilik və bacarıqlar qazandıraraq onların peşəkar inkişafına töhfə verir. Kurs nəticəsində iştirakçılar fövqəladə hallar və ekstremal şəraitlərdə düzgün və operativ qərar qəbul etmə, şəxsi heyəti effektiv idarə etmə, tapşırıqları düzgün bölüşdürmə və icraya nəzarət etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda, pedaqoji və psixoloji yanaşmaların mənimsənilməsi onların liderlik keyfiyyətlərini gücləndirir, komandadaxili kommunikasiya və motivasiya bacarıqlarını artırır. İştirakçılar normativ-hüquqi sənədlərlə işləmək, təhlükəsizlik tələblərini düzgün tətbiq etmək və riskləri əvvəlcədən qiymətləndirmək sahəsində daha səriştəli olur,

Təlim Proqramı (Günlər Üzrə)

1. Peşə hazırlığı 
2. Obyektin mühafizəsini gücləndirən texniki və digər mühafizə vasitələri 
3. Yanğından mühafizə 
4. Sıra hazırlığı
5. Atəş hazırlığı
6. İlkin tibbi yardım hazırlığı
7. Psixoloji hazırlıq və peşə etikası 
8. Kütləvi qırğın silahlarından müdafiə
9. Topoqrafiya