Menyu

Qazma əməliyyatları üçün-“Giriş” səviyyəsi üzrə quyuya nəzarət

Kateqoriya: Neft-qaz və neft-kimya texnologiyaları Müddət: 5 gün Format: Əyani Təlim dili: İngilis, Azərbaycan

Kimlər üçündür?

  • Qazmaçı köməkçiləri
  • Qazma nasosuna cavabdeh işçi
  • Vibro-ələyə cavabdeh işçi
  • BOP mühəndisi
  • Məhlul mühəndisi
  • Maili qazmaçı
  • MPD servis heyəti

Niyə bu təlim?

Qazma əməliyyatları üçün “Giriş” səviyyəsi üzrə quyuya nəzarət kursunun məqsədi, iştirakçılara quyu nəzarətinin əsas prinsipləri və anlayışları barədə fundamental biliklərin verilməsi, hidrostatik təzyiq ilə formasiya təzyiqi arasındakı balansın mahiyyətinin mənimsədilməsi, lay mayelərinin quyuya arzuedilməz daxilolmasının (kick) erkən və gecikmiş əlamətlərinin tanıdılması və bu halların düzgün qiymətləndirilməsi bacarıqlarının formalaşdırılmasıdır.

Bununla yanaşı, kurs çərçivəsində iştirakçılara quyunun sirkulyasiya sisteminin əsas komponentləri, onların həcmlərinin hesablanması (tələb olunan gedişlərin sayı və zaman), həmçinin aktiv, rezerv və doldurma çənlərinin idarə olunması barədə biliklər təqdim olunur.

Təlim zamanı quyunun bağlanması prosedurları və istifadə olunan avadanlıqlar izah edilir, fövqəladə və təhlükəli vəziyyətlərdə düzgün və operativ reaksiya vermə bacarıqları inkişaf etdirilir.

Eyni zamanda, iştirakçılar quyunu boğma üsullarının əsas növləri ilə tanış edilir, boğma məhlulu anlayışı və onun hesablanması prinsipləri izah olunur.

Sertifikatlaşdırma

International Association of Drilling Contractors

International Association of Drilling Contractors

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar
Qrup işləri və müzakirələr

Təşkilata faydalası

Qazma əməliyyatları zamanı quyudibi təzyiq balansının təmin edilməsi, quyu təhlükəsizliyinin qorunması və quyu fontanı risklərinin qarşısının alınması ilə yanaşı, bu təlim təşkilat üçün bir sıra əlavə üstünlüklər yaradır. Bu üstünlüklərə əməliyyatların fasiləsiz və səmərəli icrası, qeyri-planlı dayanmaların və qəza hallarının azalması, maliyyə itkilərinin minimuma endirilməsi, avadanlıqların istismar müddətinin uzadılması və texniki nasazlıqların qarşısının alınması daxildir.

Bundan əlavə, işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi və beynəlxalq IADC standartların uyğun fəaliyyətin təmin olunması təşkilatın ümumi nüfuzuna və rəqabət qabiliyyətinə müsbət təsir göstərir.

İştirakçı üçün yaratdığı dəyər

Quyu təzyiqini düzgün izləmək və ilkin riskləri vaxtında aşkar etmək bacarıqları qazandırır.Bununla yanaşı, iştirakçılar quyunun sirkulyasiya sisteminin komponentlərinin həcmlərinin hesablanması, tələb olunan gedişlərin sayı və vaxtın müəyyən edilməsi, həmçinin aktiv, rezerv və doldurma çənlərinin həcmlərinin qeyd olunması üzrə praktiki biliklər əldə edirlər. Kurs zamanı quyunun bağlanması prosedurları və istifadə olunan avadanlıqlar haqqında məlumat verilir, təhlükəli vəziyyətlərdə düzgün və soyuqqanlı reaksiya vermək bacarığı formalaşdırılır.

Təlim Proqramı (Günlər Üzrə)

1-ci gün 
• Giriş təlimatının keçirilməsi və dinləyicilərin qeydiyyatı
• Kursun icmalı
• Quyuya nəzarətin konsepsiyaları
• Hesablamalar
• Qazma məhlulu çəninin idarə edilməsi
• Təzahürün səbəbləri, xəbərdarlıq nişanələri və pozitiv əlamətləri
 

2-ci gün
• Ev tapşırıqlarının yoxlanılması
• Riskin idarə edilməsi
• Anormal təzyiqin xəbərdarlıq nişanələri
• Təzahürün aşkarlanması
• Quyunun bağlanması prosedurları və təsdiq edilməsi
• Quyunun boğulması metodları
• Qoruyucu kəmərin endirilməsi və sementlənməsi əməliyyatları zamanı quyuya nəzarət
• Quyunun bağlanması prosedurları
• Quyunun boğulması metodları
 

3-cü gün
• Ev tapşırıqlarının yoxlanılması
• Quyunu bağladıqdan sonra quyuya nəzarət, müşahidə və tədbirlər
• Atqıya qarşı avadanlıq Preventorlar
• Quyuya nəzarətə dair avadanlıqlar
• Drossel manifoldu, köməkçi avadanlıqlar
• Quyuya nəzarət məşqləri
• Köməkçi avadanlıqlar
 

4-cü gün
• Ev tapşırıqlarının yoxlanılması
• Neqativ testin aparılması
• Atqıya qarşı avadanlığın idarəetmə sisteminin test edilməsi
• Quyuya nəzarət metodları
• Quyunu boğma əməliyyatlarına başlamazdan əvvəl vacib məlumatların toplanması, boğma vərəqəsi və endirmə-qaldırma əməliyyatları zamanı quyuya nəzarət vərəqələrinin tamamlanması
• Yenidən nəzərdən keçirmə (təkrar) və qrup işləri
• Boğma vərəqəsi və endirməqaldırma əməliyyatları zamanı quyuya nəzarət vərəqələrinin doldurulması
• Atqıya qarşı avadanlığın idarəetmə sisteminin test edilməsi
 

5-ci gün
• Ev tapşırıqlarının yoxlanılması
• Onlayn imtahan