Menyu

SOCAR-ın Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzinin (CTCC) mühüm beynəlxalq nailiyyəti

10.09.2026

CTCC regionda ilk təlim provayderi olaraq ABŞ-ın Beynəlxalq Qazma Podratçıları Assosiasiyası (IADC) tərəfindən WellSharp proqramı çərçivəsində “Well Servicing Workover Well Control” təliminin keçirilməsi üzrə beynəlxalq akkreditasiya əldə edib.

Bu akkreditasiya CTCC-nin beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli neft-qaz təlimlərinin təşkili istiqamətində fəaliyyətinin daha bir mühüm göstəricisidir.

Yeni istiqamət üzrə CTCC-nin Təlimçisi Müşviq Şıxəlizadə IADC tərəfindən Təlimçi və Qiymətləndirici (Instructor/Assessor) olaraq təsdiqlənib.

Əldə edilmiş akkreditasiya sayəsində neft-qaz quyularına xidmət göstərən şirkətlərin əməkdaşları, xüsusilə quyuların əsaslı təmiri (workover) zamanı quyuya nəzarət üzrə zəruri bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə “Well Servicing Workover Well Control” təliminə qatılaraq, təlimin sonunda IADC tərəfindən tanınan beynəlxalq sertifikat əldə etmək imkanı qazanırlar.

Bu imkan quyuların əsaslı təmiri və quyuya nəzarət əməliyyatlarında çalışan mütəxəssislərin beynəlxalq səviyyədə tanınan standartlara uyğun hazırlanmasına və onların peşəkar kompetensiyalarının daha da inkişaf etdirilməsinə xidmət edir.

Beləliklə, CTCC beynəlxalq səviyyədə tanınan akkreditasiyalarını daha da genişləndirərək, Azərbaycanın neft-qaz sektorunda beynəlxalq standartlara cavab verən peşəkar təlim və sertifikatlaşdırma xidmətlərinin inkişafına töhfəsini davam etdirir.

Bu mühüm nailiyyət münasibətilə CTCC kollektivini təbrik edir, qarşıdakı fəaliyyətində yeni uğurlar arzulayırıq!