Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Vəzifəsi təhlükəsiz və sağlam idarəetməni tələb edən menecerlər
- Supervayzerlər
- Sağlamlıq və təhlükəsizlik sahəsində çalışan əməkdaşlar
- Birbaşa təhlükəsizlik üzrə cavabdehliyi və öhdəlikləri olan digər şəxslər.
Niyə bu təlim?
IOSH Təhlükəsiz İdarəetmə (Managing Safely) təliminin məqsədi, iş yerlərində mövcud olan təhlükə və risklərin müəyyən edilməsini, risklərin qiymətləndirilməsi və effektiv nəzarət tədbirlərinin tətbiqini mənimsətmək, SƏTƏM sahəsində rəhbər şəxslərin hüquqi məsuliyyətləri barədə bilik vermək, qəza və insidentlərin araşdırılması metodlarını öyrətmək, həmçinin təşkilatın SƏTƏM fəaliyyətinin (performansının) ölçülməsi və davamlı təkmilləşdirilməsi üzrə bacarıqları inkişaf etdirməkdir.
Sertifikatlaşdırma
IOSH (Institution of Occupational Safety and Health)
Təlim necə keçirilir?
Təşkilata faydalası
IOSH Safety Management təlimi menecerlərin təhlükəsizlik sahəsində bilik və bacarıqları artaraq iş yerlərində daha təhlükəsiz, məhsuldar və hüquqi baxımdan uyğun mühitin formalaşdırılmasına töhfə verir. Təlim nəticəsində risklər daha sistemli şəkildə müəyyən olunur və idarə edilir, bu da qəza və insidentlərin sayının azalmasına səbəb olur.
Eyni zamanda, təşkilatın SƏTƏM sahəsində qanunvericiliyə uyğunluq səviyyəsi yüksəlir, mümkün hüquqi və maliyyə riskləri minimuma endirilir. Təhlükəsizlik mədəniyyətinin güclənməsi işçilərin motivasiyasını və işə bağlılığını artırır, əməliyyatların fasiləsiz və səmərəli aparılmasına şərait yaradır. Nəticə etibarilə, təşkilatın ümumi performansı yaxşılaşır və reputasiyası güclənir.
İştirakçı üçün yaratdığı dəyər
İştirakçı iş yerlərində təhlükə və riskləri daha dəqiq müəyyən etməyi və onları effektiv şəkildə idarə etməyi bacarır. Təlim nəticəsində o, SƏTƏM sahəsində hüquqi tələbləri və məsuliyyətlərini daha yaxşı anlayır, qərarvermə prosesində daha inamlı və peşəkar yanaşma nümayiş etdirir.
Bununla yanaşı, iştirakçı qəza və insidentlərin araşdırılması üzrə praktiki bacarıqlar əldə edir, təhlükəsizlik performansını qiymətləndirməyi və təkmilləşdirmə istiqamətində addımlar atmağı öyrənir.
Təlim Proqramı (Günlər Üzrə)
Module 1: Introduction to Managing Safely/Təhlükəsiz İdarəetməyə giriş
Module 2: Assessing risks/Risklərin qiymətləndirilməsi
Module 3: Controlling risks/Risklərə nəzarət edilməsi
Module 4: Understanding responsibilities/Məsuliyyətlərin bölüşdürülməsi
Module 5: Understanding hazards/Təhlükələrin müəyyənləşdirilməsi
Module 6: Investigating incidents/Hadisələrin araşdırılması
Module 7: Measuring performance/Performansın ölçülməsi