Menyu

CTCC-nin Exemplar Global akkreditasiyası növbəti bir il müddətinə uzadılıb.

25.09.2026

SOCAR-ın Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzinin (CTCC) idarəetmə sistemləri üzrə auditorların hazırlanması və peşəkar səriştələrinin qiymətləndirilməsi sahəsində beynəlxalq səviyyədə tanınmış Exemplar Global təşkilatı tərəfindən verilmiş akkreditasiyası növbəti bir il müddətinə uzadılıb.

Exemplar Global auditorların hazırlanması, qiymətləndirilməsi və sertifikatlaşdırılması sahəsində beynəlxalq səviyyədə tanınan nüfuzlu təşkilatlardan biridir və müxtəlif ölkələrdə idarəetmə sistemləri üzrə mütəxəssislərin peşəkar inkişafına töhfə verir.

Qeyd edək ki, 5 sentyabr 2025-cı il tarixindən etibarən CTCC “İnteqrasiya edilmiş idarəetmə sistemləri (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) üzrə Baş Auditor” təlim kursunun keçirilməsi üzrə tam hüquqlu akkreditasiya əldə edib. Hazırda sözügedən təlim kursunun tədrisi CTCC tərəfindən uğurla davam etdirilir.

Akkreditasiyanın növbəti bir il müddətinə uzadılması CTCC-nin beynəlxalq standartlara uyğun təlim imkanlarının və idarəetmə sistemləri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması sahəsində fəaliyyətinin davamlı inkişafını nümayiş etdirir.

CTCC beynəlxalq akkreditasiya və sertifikatlaşdırma qurumları ilə əməkdaşlığını genişləndirərək, müasir tələblərə cavab verən təlim imkanlarını inkişaf etdirməyə və peşəkar kadr potensialının formalaşdırılmasına davam edir.