Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Sahə supervayzerləri
- Ofisdə çalışan qazma supervayzerləri
- Üzən qazma qurğularının menecerləri
- Qazma qurğusu rəisləri
Niyə bu təlim?
Qazma əməliyyatları üçün “Supervayzer” səviyyəsi üzrə quyuya nəzarət kursunun məqsədi, iştirakçılara quyunun bağlanmasından sonra qazmaçı tərəfindən toplanılmış məlumatlar əsasında quyuya nəzarətin əsas prinsiplərinə uyğun olaraq ilkin quyu nəzarətinin bərpası və kill əməliyyatlarının effektiv şəkildə idarə olunması üzrə bilik və bacarıqların qazandırılmasıdır.
Təlim çərçivəsində iştirakçılara fövqəladə vəziyyətlərdə reaksiya planlarının hazırlanması və idarə olunması, mürəkkəb əməliyyat şəraitində komanda fəaliyyətinin koordinasiyası və risklərin sistemli şəkildə qiymətləndirilməsi öyrədilir.
Bununla yanaşı, DS-20 qazma simulyatorunda müxtəlif mürəkkəblik səviyyələrinə malik ssenarilər üzrə praktiki məşğələlər vasitəsilə qərarvermə və operativ idarəetmə bacarıqları inkişaf etdirilir.
Təlim zamanı iştirakçılar IADC WellSharp və API standartlarının tələblərinə uyğun olaraq quyuya nəzarət proseslərinin planlaşdırılması, icrasına nəzarət və nəticələrinin qiymətləndirilməsi üzrə biliklərini təkmilləşdirirlər.
Sertifikatlaşdırma
International Association of Drilling Contractors
Təlim necə keçirilir?
Təşkilata faydalası
“Supervayzer” səviyyəsi üzrə quyuya nəzarət təlimi təşkilata mürəkkəb quyu nəzarəti ssenarilərinin effektiv idarə olunmasını, fövqəladə hallarda operativ qərarverməni təmin edir. Bu isə əməliyyatların təhlükəsizliyini və fasiləsizliyini artırmaqla yanaşı, beynəlxalq standartlara uyğunluq və təşkilatın nüfuzunun güclənməsinə töhfə verir.
İştirakçı üçün yaratdığı dəyər
İştirakçılar üçün bu təlim mürəkkəb quyu nəzarəti vəziyyətlərində düzgün analiz aparmaq, qərarvermə məsuliyyətini üzərinə götürmək və liderlik bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Bu, onların peşəkar səviyyəsini yüksəldir və karyera inkişafına ciddi töhfə verir.
Təlim Proqramı (Günlər Üzrə)
1-ci gün
• Qazma, Əsaslı təmir, Tamamlama Planı-Ümumi məlumatlandırma
• Quyuya Nəzarətin Konsepsiyaları
2-ci gün
• Qazma məhlulu və qazma məhlulu çənlərinə nəzarət və idarəedilməsi
• Əvvəlcədən məlum olan məlumatlar
• Qazma, kəmər endirmə və sementləmə əməliyyatları zamanı təzahürün qarşısının alınması
3-cü gün
• Baryerlər
• Dayaz dərinlikdə yerləşən qaz layı, su axınları (təzahürləri) və quyunun yuxarı seksiyasının (dayaz dərinlik-başlanğıc) qazılması
• Anomal yüksək təzyiqin xəbərdaredici nişanələri
4-cü gün
• Təzahürün aşkarlanması
• Quyuya nəzarət üzrə təlim məşqləri
• Quyunun bağlanması prosedurları və təsdiqlənmələr
• Quyu bağlandıqdan sonra aparılan müşahidələr və fəaliyyətlər
5-ci gün
• Riskin idarə edilməsi
• Quyuya nəzarət metodları (Quyunu boğma üsulları)
6-cı gün
• Avadanlıq
• Nəzarət edilən təzyiqlə qazma
7-ci gün
• Ev tapşırıqlarının yoxlanılması və əlavə sualların cavablandırılması
• Simulyator biliklərinin yoxlanılması
8-ci gün
• Dinləyicilərə giriş və parolların verilməsi
• Onlayn biliklərin yoxlanılması