Menyu

Mühafizəçi

Kateqoriya: Digər təlimlər Müddət: 9 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • İstehsalat və digər obyektlərin mühafizəsini həyata keçirən mühafizəçilər

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın Təhlükəsizlik İdarəsi üzrə fəaliyyət göstərən mühafizəçilərə mühafizənin təşkili, nəzarət-buraxılış rejiminin təmin olunması, obyektlərin təhlükəsizliyinin qorunması, fövqəladə və ekstremal hallarda düzgün davranış qaydalarının tətbiqi sahəsində zəruri nəzəri biliklərin və praktiki bacarıqların aşılanması, onların peşə hazırlığının yüksəldilməsi və vəzifə borclarını yüksək səviyyədə icra etmələrinin təmin edilməsindən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlim kursunun təşkili SOCAR-ın müəssisə və təşkilatlarında təhlükəsizlik sisteminin daha səmərəli və dayanıqlı şəkildə qurulmasına və idarə olunmasına töhfə verir. Təlim nəticəsində peşəkar hazırlıqlı mühafizəçilərin formalaşması obyektlərdə nəzarət-buraxılış rejiminin düzgün tətbiqini, maddi-texniki dəyərlərin etibarlı qorunmasını və potensial təhlükə və risklərin vaxtında aşkar edilərək qarşısının alınmasını təmin edir.

Eyni zamanda, fövqəladə və ekstremal hallarda operativ və düzgün reaksiyanın verilməsi müəssisədə qəza, itki və fasilələrin minimuma endirilməsinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına, ümumilikdə isə istehsalatın fasiləsizliyinin və korporativ təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçıların mühafizə sahəsində nəzəri bilik və praktiki bacarıqlarını inkişaf etdirərək onların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Təlim nəticəsində iştirakçılar mühafizənin təşkili, nəzarət-buraxılış rejiminin tətbiqi, təhlükəsizlik qaydalarına riayət olunması, fövqəladə və ekstremal hallarda düzgün və operativ qərarvermə bacarıqlarına yiyələnirlər.

Eyni zamanda, kurs iştirakçılarda etik davranış, ünsiyyət və məsuliyyət hissini gücləndirir, özünümüdafiə və ilkin tibbi yardım üzrə biliklərini artırır. Bu isə onların gündəlik xidmət fəaliyyətində daha inamlı, intizamlı və effektiv fəaliyyət göstərmələrinə töhfə verir.

Təlim Proqramı (Günlər Üzrə)

1. Xüsusi peşə hazırlığı 
2. Silah və atəş hazırlığı 
3. Hərbi mühəndis hazırlığı və topoqrafiya 
4. Kütləvi qırğın silahlarından mühafizə 
5. Sıra hazırlığı 
6. Azərbaycan Qanunvericiliyinin əsasları 
7. Psixoloji hazırlıq və peşə etikası 
8. Fiziki hazırlıq və özünümüdafiə 
9. Rabitə və informasiya 
10. Müşahidə və xəbərdarlıq etmə vasitələri 
11. Əməyin mühafizəsi. Yanğın və digər fövqəladə hallar zamanı şəxsi heyətin fəaliyyəti yanğına qarşı mübarizə 
12. İlk tibbi yardım 
13. Ümumi risklərin idarə olunması qaydaları