Məmnuniyyətlə bildiririk ki, CTCC Böyük Britaniyanın Lifting Equipment Engineers Association (LEEA) təşkilatı tərəfindən “Takelaj və Qaldırma – Səviyyə 3” (Rigging and Lifting Level 3 – Refresher) təkrar təlimi üzrə beynəlxalq akkreditasiyaya layiq görülüb.
Akkreditasiya prosesi çərçivəsində təlim materialları və zəruri sənədlər LEEA tərəfindən təsdiqlənmiş, təlim isə LEEA-nın təlim portalında aktivləşdirilmişdir.
Təlimin müddəti 3 gün olmaqla, 2 gün nəzəri və 1 gün praktiki hissədən ibarətdir. Təlim çərçivəsində iştirakçılar üçün həm nəzəri, həm də praktiki məşğələlər təşkil olunacaqdır.
Təlimdə iştirakçı sayı maksimum 6 nəfər olaraq təsdiqlənmişdir.
Təlimçi və qiymətləndirici qismində Yaşar Quluyev LEEA tərəfindən təsdiq edilmişdir.
Prerekvizitlər:
- LEEA, OPITO və digər ekvivalent beynəlxalq qurumlar tərəfindən verilmiş, etibarlılıq müddəti bitməmiş və ya etibarlılıq müddətinin bitməsindən 6 aydan çox vaxt keçməmiş Takelaj və Qaldırma Səviyyə 3 sertifikatı.
- Bu akkreditasiya ilə CTCC yükqaldırma və takelaj sahəsində beynəlxalq standartlara uyğun peşəkar hazırlıq imkanlarını daha da genişləndirir.
“Takelaj və Qaldırma – Səviyyə 3” təkrar təlimi (Refresher) sahə üzrə müvafiq kvalifikasiyaya və praktiki təcrübəyə malik mütəxəssislərin mövcud bilik və bacarıqlarının yenilənməsi, təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunluğunun qorunması məqsədilə nəzərdə tutulmuşdur. Təlim iştirakçıların mürəkkəb takelaj və qaldırma əməliyyatlarının təhlükəsiz və peşəkar şəkildə həyata keçirilməsi üzrə mövcud kompetensiyalarının gücləndirilməsinə xidmət edir.