Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- İstehsalat sahələrində çalışan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində nəzarət-ölçü cihazları və avtomatika üzrə fəaliyyət göstərən çilingərlərin yenidənhazırlanmasını təmin etmək, onlara müasir texnoloji proseslərə uyğun bilik və bacarıqların aşılanması, avtomatika və telemexanika cihazlarının konstruktiv quruluşunun, işləmə prinsiplərinin və istismar xüsusiyyətlərinin öyrədilməsi, həmçinin texniki xidmət, diaqnostika və təmir işlərinin təhlükəsiz və səmərəli icrasını təmin edəcək peşəkar hazırlıq səviyyəsinin artırılmasından ibarətdir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu kurs nəticəsində təşkilatda nəzarət-ölçü cihazları və avtomatika sahəsində çalışan çilingərlərin peşəkar bilik və bacarıqları artırılır, müasir texnoloji proseslərə uyğun işləmək qabiliyyəti formalaşdırılır və istehsalat proseslərinin fasiləsiz, dəqiq və etibarlı idarə olunması təmin edilir. Kurs, avadanlıqların düzgün istismarı və vaxtında texniki xidmətinin təşkili sayəsində nasazlıqların və qəza hallarının qarşısının alınmasına, istehsalat itkilərinin minimuma endirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət səviyyəsinin yüksəldilməsinə xidmət edir. Nəticədə müəssisədə ümumi məhsuldarlıq artır, avadanlıqların istismar müddəti uzanır və insan resurslarının səmərəli istifadəsi təmin olunur.
İştirakçı üçün yaratdığı dəyər
Bu kurs iştirakçılara nəzarət-ölçü cihazları və avtomatika sahəsində müasir bilik və bacarıqlar qazandırır, onların peşəkar səviyyəsini artıraraq istehsalat proseslərində daha səmərəli və təhlükəsiz fəaliyyət göstərmələrinə imkan yaradır. İştirakçılar avtomatika və telemexanika cihazlarının quruluşunu, işləmə prinsiplərini, texniki xidmət və təmir qaydalarını mənimsəyir, nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə praktiki vərdişlər əldə edirlər. Eyni zamanda əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarına düzgün əməl etmə bacarıqları formalaşır.
Təlim Proqramı (Günlər Üzrə)
1. XÜSUSİ TEXNOLOGİYA
1.1 İstehsal obyektinin ümumi xüsusiyyətləri
1.2 İstehsal obyektinin texnoloji prosesinin və texnoloji sxeminin təsviri
1.1 Ölçmə haqqında məlumat
1.2 Ölçmə xətaları
1.3 Texnoloji rejim normaları və metroloji təminat
1.4 Ölçmə vasitələrinin ümumi strukturu, tərkib hissələri
1.5 Pnevmatika və hidravlika
1.6 Kimya sənayesində ölçülən əsas parametrlər
1.7 Təzyiq cihazları. Manometrlər. Elektrik kontaktlı manometrlər. QİV-6 hidravlik çəki indikatorları. Təzyiqlər fərqinin ölçülməsi. Pnevmatik cihazlar (DSS, 13DD və s.) Unifikasiyalı çıxış siqnallı müasir təzyiq cihazları
1.8 Temperatur cihazları. Termocütlər (TXK,TXA və s). Termomüqavimətlər (TSM, TSP və s.) Manometrik termometrlər. Unifikasiyalı çıxış siqnallı müasir temperatur cihazları.
1.9 Sərf cihazları. Kütlə və həcm sayğacları (Diferensial, Koriolis, turbinli və s. tipli unifikasiyalı çıxış siqnallı müasir sərfölçənlər).
1.10 Səviyyə ölçən cihazlar. Pnevmatik (UDU-10,UB-P və s.), ultrasəs, radar və s. tipli unifikasiyalı çıxış siqnallı müasir səviyyə ölçən cihazlar.
1.11 İki mühitin sərhədini (“faz razdel”) təyin edən cihazlar. (Pnevmatik və elektron cihazlar)
1.12 Avtomatika elementləri
1.13 Tənzimləyicilər (pnevmatik və elektrik intiqallı)
1.14 Fontan armaturlarının avtomatik idarəetmə stansiyaları (SUFA-12, SUAP, SUE-35, Marubeni, Beyker və s.).
1.15 Pnevmatik və hidravliki kəsici siyirtmələr (klapanlar) və dərinlik kəsici qoruyucu və tənzimləyici klapanlar
1.16 Texnoloji proseslərin avtomatik idarə olunması
1.17 Avtomatik qazpaylayıcı qurğular
1.18 Telemexaniki sistemlər (ÇTP və s.).
1.19 İnterfeys. Kontroller. Modemlər. Mikrokompüter. HARD protokol haqqında məlumat
1.20 Yanğın xəbərvericiləri, növləri, istismarı, metroloji yoxlanması
1.21 Qazanalizatorlar, qaz siqnalizatorlar
1.22 Nəzarət ölçü cihazları vasitələrinin, vericilərin quraşdırılması qaydaları
1.23 Daraldıcı quruluşların hazırlanması və planimetriya üsulu ilə sərfin hesablanması
2. ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI
2.1 Təhlükəsizlik texnikası
2.2 Elektrik təhlükəsizliyi
2.3 İlk tibbi yardım, istehsalatın sanitariyası və gigiyenası
2.4 Yanğından mühafizə
2.5 Zəhərli və aşındırıcı maddələr ilə davranış qaydaları
2.6 Ətraf mühitin mühafizəsi
2.7 Dəniz təhlükəsizliyi
3. İSTEHSALAT TƏCRÜBƏSİ
3.1 Təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə təlimatlandırma, texnoloji proses və istehsalın ümumi xüsusiyyətləri ilə tanışlıq
3.2 Təzyiq cihazları. Quraşdırılması, sökülməsi, onlara texniki xidmət, nasazlıqlar və onların aradan qaldırılması yolları
3.3 Temperatur cihazları. Quraşdırılması, sökülməsi, onlara texniki xidmət, nasazlıqlar və onların aradan qaldırılması yolları
3.4 Sərf cihazları. Quraşdırılması, sökülməsi, onlara texniki xidmət, nasazlıqlar və onların aradan qaldırılması yolları
3.5 Səviyyə cihazları. Quraşdırılması, sökülməsi, onlara texniki xidmət, nasazlıqlar və onların aradan qaldırılması yolları
3.6 Tərkib və keyfiyyət cihazları. Quraşdırılması, sökülməsi, onlara texniki xidmət, nasazlıqlar və onların aradan qaldırılması yolları
3.7 Klapanlar. Quraşdırılması, sökülməsi, onlara texniki xidmət və təmiri
3.8 Nəzarət qurğu və sistemləri, siqnallama və bloklama sistemləri üzrə praktiki işlər
3.9 Neft - kimya sənayesində avtomatik idarəetmə sistemləri üzrə praktiki işlər