Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Rəhbər heyət
- Mühəndislər
- Texniki işçilər
Niyə bu təlim?
Bu təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən mühəndislərə müasir və effektiv kompüter texnologiyalarını, xüsusilə istehsalat proseslərində geniş tətbiq olunan AutoCAD və digər mühəndis proqramlarını tədris etməklə onların bu sahədə nəzəri bilik və praktiki bacarıqlarının artırılmasını təmin etmək və iştirakçıların AutoCAD proqramından səmərəli və peşəkar şəkildə istifadə bacarıqlarını formalaşdırmaq və inkişaf etdirməkdir. Bu məqsədlə iştirakçılara proqramın interfeysi, alət panelləri, menyular və qısa yollarla işləmə prinsipləri öyrədilir, texniki tələblərə uyğun ölçüləndirmə və annotasiya qaydalarının tətbiqi bacarıqları aşılanır.
Bununla yanaşı, 3D modelləşdirmə üzrə biliklərin verilməsi, həcmi modellərin qurulması, səth və bərk cisimlərlə işləmə prinsiplərinin mənimsədilməsi təmin edilir. Təlimin sonunda iştirakçılar mühəndislik, memarlıq və istehsalat sahələrində real layihələr üzərində AutoCAD proqramından istifadə etməklə praktiki iş bacarıqlarını təkmilləşdirirlər.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlim kursu təşkilatda mühəndis heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, layihələndirmə və texniki sənədləşmə işlərinin daha dəqiq, sürətli və səmərəli həyata keçirilməsinə şərait yaradır. AutoCAD proqramından düzgün və effektiv istifadə bacarıqları iş proseslərində standartlaşdırmanı gücləndirir, səhvlərin və vaxt itkisinin azalmasına səbəb olur. Nəticə etibarilə, istehsalat fəaliyyətinin keyfiyyəti artır, resurslardan daha səmərəli istifadə təmin edilir.
İştirakçı üçün yaratdığı dəyər
Bu təlim kursu iştirakçılara AutoCAD proqramından peşəkar səviyyədə istifadə bacarığı qazandıraraq onların mühəndislik və layihələndirmə sahəsində bilik və səriştələrini inkişaf etdirir. İştirakçılar texniki çertyojların hazırlanması, ölçüləndirmə, annotasiya və 3D modelləşdirmə üzrə praktiki təcrübə əldə edir, real layihələr üzərində işləmə qabiliyyətlərini artırırlar. Nəticədə onların iş effektivliyi yüksəlir, fərdi inkişaf imkanları genişlənir.
Təlim Proqramı (Günlər Üzrə)
1. AutoCAD proqramına giriş və interfeysin tanıdılması
2. Koordinat sistemləri
3. 2D Çizimin əsasları, əsas çizim alətləri və obyektlərin yaradılması
4. Obyektlərin redaktə edilməsi
5. Laylar (Layer) və xüsusiyətləri
6. Ölçülər və xüsusiyətləri
7. Mətnlər, qeydlər və xüsusiyətləri
8. Bloklar və atributlar
9. Layout və çap hazırlığı
10. Təcrübə və praktiki layihə tapşırığı
11. 3D modeləşdirmənin əsasları və 3D obyektlərin yaradılması
12. 2D obyektlərin 3D-yə çevirilməsi
13. 3D obyektlərin redaktəsi
14. Səthlər (Surface)
15. Torlar (Mesh)
16. Görünüşlər və proyeksiyalar (Views) , WCS və UCS kordinat sistemləri
17. İmport / Export və Nöqtə Buludunun (Point Cloud) AutoCad proqramına gətirilməsi
18. Səhnə və işıqlandırma
19. Materiallar və vizuallaşdırma (Render)
20. Təcrübə və praktiki iş
21. Biliklərin qiymətləndirilməsi