Menyu

Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET)

Kateqoriya: Dənizdə sağqalma Müddət: 3 gün Format: Əyani Təlim dili: İngilis, Azərbaycan, Rus

Kimlər üçündür?

  • Dəniz neft-qaz platformalarına vertolyotla səfər edən işçilər

Niyə bu təlim?

Təliminin məqsədi iştirakçılara dəniz neft-qaz qurğularında mövcud olan spesifik ümumi təhlükələri və potensial riskləri müəyyənləşdirmək, bu risklərin aradan qaldırılması və ya azaldılması üçün effektiv nəzarət tədbirlərinin necə tətbiq olunmalı olduğunu öyrətməkdir. Təlim çərçivəsində dənizə aid əsas təhlükəsizlik texnikası qaydalarının müəyyənləşdirilməsi və əməyin mühafizəsinin idarə edilməsinə dair ilkin konsepsiyaların mənimsədilməsi təmin edilir.

Bununla yanaşı, iştirakçılar simulyasiya mühitində texniki təhlükəsizlik avadanlıqlarından istifadə bacarıqlarını nümayiş etdirir, vertolyotla bağlı fövqəladə hallara hazırlıq prosedurlarını tətbiq etməyi öyrənir, suya məcburi eniş edən vertolyotun təhlükəsiz şəkildə tərk edilməsi texnikasını mənimsəyir və tüstü ilə dolmuş mühitdə özünü xilasetmə üsullarını praktiki olaraq tətbiq etmək bacarığı əldə edirlər.

Sertifikatlaşdırma

Offshore Petroleum Industry Training Organization

OPITO (Offshore Petroleum Industry Training Organization)

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar
Qrup işləri və müzakirələr

Təşkilata faydalası

BOSIET təlimi təşkilatda SƏTƏM sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, mövcud risklərin minimuma endirilməsinə və bədbəxt hadisə ilə qəza hallarının qarşısının alınmasına əhəmiyyətli töhfə verir. Bu təlim vasitəsilə dəniz sahəsində çalışan əməkdaşlar fövqəladə hallarda düzgün davranış və reaksiya qaydaları üzrə təlimatlandırılır, nəticədə insan resurslarının qorunması təmin olunur. Eyni zamanda, risklərin sistemli şəkildə idarə olunması qəza ehtimallarını azaldır, təşkilatın beynəlxalq standartların tələb və tövsiyələrinə uyğun fəaliyyət göstərməsinə şərait yaradır. Bu uyğunluq hüquqi və maliyyə risklərinin azalmasına, əməliyyatların fasiləsiz və təhlükəsiz şəkildə davam etməsinə imkan verir. Təlim, həmçinin təşkilat daxilində güclü təhlükəsizlik mədəniyyətinin formalaşmasına, əməkdaşlar arasında effektiv komanda işinin inkişafına və ümumilikdə təşkilatın nüfuzunun yüksəlməsinə xidmət edir.

İştirakçı üçün yaratdığı dəyər

BOSIET təlimi iştirakçılara dənizdə və offshore mühitdə təhlükəsiz işləmək üçün zəruri bilik və bacarıqları qazandırır. Təlim çərçivəsində iştirakçılar fövqəladə hallarda (yanğın, partlayış, suya düşmə, vertolyot qəzası və s.) düzgün və operativ reaksiya verməyi öyrənir, fərdi qoruyucu vasitələrdən və qəza-xilasetmə avadanlıqlarından düzgün istifadə bacarıqları əldə edirlər. Bu biliklər onların şəxsi təhlükəsizliyini artırmaqla yanaşı, stressli və riskli vəziyyətlərdə özünə inamla davranmalarına şərait yaradır. Eyni zamanda, iştirakçılar komanda daxilində koordinasiyalı işləmə, təhlükəsizlik prosedurlarına riayət etmə və riskləri öncədən tanıyaraq düzgün qərarvermə qabiliyyətlərini inkişaf etdirirlər. Nəticə etibarilə, bu təlim iştirakçıların peşəkar səriştəsini artırır, beynəlxalq standartlara uyğun fəaliyyət göstərmələrini təmin edir və onların offshore sahədə iş imkanlarını genişləndirir.

Təlim Proqramı (Günlər Üzrə)

  • Module 1 “Safety Induction” Introduction/Təhlükəsizlik texnikası üzrə ilkin təlimatlandırma ilə tanışlıq
  • Module 2 Helicopter Travel / Helicopter emergencies/Vertolyotla daşınma / Vertolyotda qəza halları
  • Module 3 Evacuation / Emergency First Aid / Təxliyə / Təcili ilk yardım
  • Module 4 Firefighting and self-rescue /Yanğınla mübarizə və özünü xilasetmə