Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən nəzarət-ölçü cihazları və avtomatika üzrə mütəxəssislər
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən nəzarət-ölçü cihazları və avtomatika üzrə mütəxəssislərə müasir tipli sayğacların (məişət və sənaye təyinatlı) quraşdırılması, sazlanması və texniki servis qaydalarını, onların konstruktiv quruluşunu, işləmə prinsiplərini və tətbiq xüsusiyyətlərini müasir texnologiyalar əsasında tədris etməklə iştirakçıların bu sahə üzrə nəzəri biliklərini və praktiki bacarıqlarını inkişaf etdirmək, istehsalat proseslərində ölçmə dəqiqliyinin və etibarlılığın artırılmasını, avadanlıqların düzgün istismarını və fasiləsiz iş rejiminin təmin olunmasını dəstəkləməkdən ibarətdir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlim kursunun keçirilməsi nəticəsində təşkilatda istifadə olunan müasir tipli sayğacların quraşdırılması, sazlanması və texniki servis işləri daha keyfiyyətli və standartlara uyğun şəkildə həyata keçiriləcək, ölçmə dəqiqliyi və etibarlılığı artırılacaqdır. Bu isə enerji və resurs itkilərinin qarşısının alınmasına, istehsalat proseslərinin daha səmərəli idarə olunmasına və əməliyyat xərclərinin optimallaşdırılmasına şərait yaradacaqdır. Eyni zamanda, avadanlıqların düzgün istismarı və vaxtında texniki xidmətin təmin edilməsi qəza və nasazlıqların azalmasına, istehsalatın fasiləsizliyinin qorunmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcəkdir.
İştirakçı üçün yaratdığı dəyər
Bu təlim kursu iştirakçılara müasir tipli sayğacların quraşdırılması, sazlanması və texniki servis qaydaları üzrə dərin nəzəri biliklər və praktiki bacarıqlar qazandırır. İştirakçılar müxtəlif tipli sayğacların (məişət və sənaye təyinatlı) işləmə prinsiplərini, konstruktiv xüsusiyyətlərini, nasazlıqların diaqnostikasını və aradan qaldırılması üsullarını mənimsəyərək gündəlik iş fəaliyyətlərində daha səmərəli və peşəkar şəkildə fəaliyyət göstərmək imkanı əldə edirlər. Bu isə onların iş keyfiyyətinin yüksəlməsinə, texniki qərarvermə bacarıqlarının inkişafına müsbət təsir göstərir.
Təlim Proqramı (Günlər Üzrə)
1. Müasir tipli sayğaclar haqqında ümumi məlumat
2. Müasir tipli məişət sayğaclarının növləri və istismar qaydaları
3. Müasir tipli sənaye sayğaclarının növləri və istismar qaydaları
4. Məişət sayğaclarının quraşdırılması, sazlanması və texniki servis qaydaları
5. Sənaye sayğaclarının quraşdırılması, sazlanması və texniki servis qaydaları
6. Məişət və sənaye sayğaclarının işləmə xüsusiyyətləri
7. Sərf ölçən cihazları. Diferensial, Koriolis, turbinli və s. tipli unifikasiya çıxışlı müasir sərfölçənlər
8. ROC-407 sərf ölçən cihazlar haqqında ümumi məlumat
9. Müasir avtomatik idarəetmə sistemləri. Avtomatik qazpaylayıcı qurğular
10. Avtomatik qaz tənzimləyiciləri
11. İnterfeyslər. Kontrollerlər. Modemlər. Mikrokompüterlər. HART protokolu haqqında məlumat
12. Biliklərin yoxlanılması