Menyu

“İnteqrasiya edilmiş idarəetmə sistemləri (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) üzrə baş auditor” təlim kursu

Kateqoriya: Davranış-idarəetmə və yumşaq bacarıqlar Müddət: 5 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • İnteqrasiya edilmiş idarəetmə sistemləri üzrə daxili audit prosesində iştirak edən rəhbər, mühəndis heyəti
  • Keyfiyyət, ətraf mühit və təhlükəsizlik sahəsində monitorinq prosesində iştirak edən rəhbər və mühəndis heyəti

Niyə bu təlim?

"İnteqrasiya edilmiş idarəetmə sistemləri (ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018) üzrə baş auditor” təlim kursunun məqsədi iştirakçılara bu standartların tələblərini dərindən mənimsətmək, audit metodologiyasını və baş auditorun vəzifələrini öyrətmək, uyğunsuzluqların müəyyən edilməsi və təhlili bacarıqlarını inkişaf etdirmək, liderlik və effektiv kommunikasiya bacarıqlarını gücləndirmək, həmçinin risk əsaslı düşüncə yanaşması ilə audit ssenarilərini idarə etmə qabiliyyətlərini formalaşdırmaqdır.

Sertifikatlaşdırma

The Exemplar Global Integrated Management Systems

Exemplar Global

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar
Qrup işləri və müzakirələr

Təşkilata faydalası

“İnteqrasiya edilmiş idarəetmə sistemləri (ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018) üzrə baş auditor” təlim kursu təşkilatda ISO 9001, ISO 14001 və ISO 45001 standartlarına uyğunluq səviyyəsinin artırılmasına və auditlərə hazırlığın gücləndirilməsinə şərait yaradır.  Eyni zamanda, inteqrasiya edilmiş audit yanaşması müxtəlif idarəetmə sistemlərini birləşdirərək proseslərin daha koordinasiyalı və səmərəli idarə olunmasını təmin edir. Bu yanaşma ayrı-ayrı auditlərə nisbətən vaxt, insan resursları və maliyyə baxımından optimallaşdırma yaradaraq resurslara qənaət etməyə kömək edir. Nəticə etibarilə, uyğunsuzluqların vaxtında aşkar olunması və düzəldici tədbirlərin tətbiqi təşkilatda davamlı təkmilləşdirmə mühitinin formalaşmasına və ümumi fəaliyyətin daha da inkişafına töhfə verir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçılar üçün beynəlxalq standartların tələblərini dərindən mənimsəmək və audit proseslərini peşəkar səviyyədə idarə etmək bacarıqlarını formalaşdırır. Təlim iştirakçılara audit metodologiyasını praktik şəkildə tətbiq etməyi, uyğunsuzluqları düzgün müəyyən edib təhlil etməyi və effektiv düzəldici tədbirlər planlaşdırmağı öyrədir. Eyni zamanda, risk əsaslı düşüncə tərzini inkişaf etdirərək müxtəlif audit ssenarilərində düzgün qərarvermə qabiliyyətini gücləndirir. Təlim müddətində əldə olunan liderlik və kommunikasiya bacarıqları iştirakçıların komanda ilə daha effektiv işləməsinə və audit prosesində rəhbər rolunu uğurla icra etməsinə imkan yaradır. Nəticə etibarilə, bu təlim iştirakçıların peşəkar inkişafına, karyera imkanlarının genişlənməsinə və beynəlxalq standartlara uyğun auditor kimi formalaşmasına mühüm töhfə verir.

Təlim Proqramı (Günlər Üzrə)

• İnteqrasiya edilmiş idarəetmə sistemləri
• İnteqrasiya edilmiş idarəetmə sistemlərinin prinsipləri
• İnteqrasiya edilmiş idarəetmə sistemlərinin 4, 5, 6-cı maddələrinin təfsiri
• İnteqrasiya edilmiş idarəetmə sistemlərinin 7-ci maddəsinin təfsiri
• İnteqrasiya edilmiş idarəetmə sistemlərinin 8-ci maddəsinin təfsiri
• İnteqrasiya edilmiş idarəetmə sistemlərinin 9 və 10-cu maddələrinin təfsiri
• ISO 19011:2018 standartı – terminlər, təriflər və audit prinsipləri
• Audit proqramının idarə edilməsi
• Audit fəaliyyətləri və audit proqramının tətbiqi
• Audit fəaliyyətinin hazırlanması və başladılması
• Audit fəaliyyətinin icrası
• Audit hesabatının hazırlanması
• Audit təcrübəsi və rollu oyunlar
• Audit səriştəliliyinin idarə olunması
• Audit ssenariləri və çətinliklər
• Rəqəmsal audit və interaktiv yanaşmalar