Menyu

Batmaqda olan helikopteri tərketmə üzrə təlim (HUET)

Kateqoriya: Dənizdə sağqalma Müddət: 1 gün Format: Əyani Təlim dili: İngilis, Azərbaycan, Rus

Kimlər üçündür?

  • Dəniz neft-qaz platformalarına vertolyotla səfər edən işçilər

Niyə bu təlim?

HUET (Helicopter Underwater Escape Training) təliminin məqsədi dənizdəki obyektlərə vertolyotla səfər zamanı yarana biləcək fövqəladə hallarda, xüsusilə məcburi eniş etmiş vertolyotdan təxliyə zamanı iştirakçılara düzgün və operativ reaksiya vermək üçün zəruri bilik və bacarıqlar qazandırmaqdır. Təlim çərçivəsində iştirakçılar vertolyotla daşınma və qəza halları üzrə xüsusi biliklər əldə edir, simulyasiya mühitində texniki təhlükəsizlik avadanlıqlarından istifadəni praktiki olaraq tətbiq edir, məcburi eniş prosedurlarını və vertolyotdan xilasolma texnikalarını mənimsəyirlər. Bununla yanaşı, fövqəladə hallara hazırlıq və qəza zamanı müvafiq prosedurlara riayət etmə bacarıqları formalaşdırılaraq təhlükəsizliyin təmin olunmasına töhfə verilir.

Sertifikatlaşdırma

Offshore Petroleum Industry Training Organization

OPITO (Offshore Petroleum Industry Training Organization)

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar
Qrup işləri və müzakirələr

Təşkilata faydalası

HUET təlimi nəticəsində əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsi artır, bu da vertolyotla daşınma zamanı baş verə biləcək qəzalarda insan itkisi və xəsarət risklərini minimuma endirir. Bu isə təşkilat üçün ən kritik dəyər – insan həyatının qorunmasını təmin edir.

Bununla yanaşı, təlim fövqəladə hallarda düzgün və operativ reaksiyanı təmin etməklə panikanın qarşısını alır və qəza zamanı koordinasiyalı davranışı gücləndirir. Nəticədə hadisələrin idarə olunması daha effektiv olur və mümkün itkilər azalır.

HUET təlimi həmçinin beynəlxalq təhlükəsizlik standartlarına (məsələn, OPITO və offshore tələbləri) uyğunluğu təmin edərək təşkilatın reputasiyasını və etibarlılığını artırır.

İştirakçı üçün yaratdığı dəyər

HUET təlimi iştirakçılara vertolyotla səfər zamanı yarana biləcək fövqəladə hallarda, xüsusilə məcburi eniş və suya düşmə hallarında düzgün və operativ davranmaq üçün həyati əhəmiyyətli bilik və praktiki bacarıqlar qazandırır. Təlim nəticəsində iştirakçılar xilasolma texnikalarını real simulyasiya şəraitində tətbiq etməyi öyrənir, təhlükəsizlik avadanlıqlarından düzgün istifadə bacarıqlarını inkişaf etdirir və fövqəladə vəziyyətlərdə panikaya düşmədən soyuqqanlı qərar vermə qabiliyyəti əldə edirlər.

Təlim Proqramı (Günlər Üzrə)

  • Module 1 Helicopter Safety and Escape - EBS/Helikopter təhlükəsizliyi və xilas olma  - EBS