Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Dəniz platformalarında çalışan və vertolyot nəqliyyatından istifadə edən bütün personal.
- T-BOSIET, T-HUET və ya T-FOET sertifikatını tamamlamaq istəyən mütəxəssislər.
Niyə bu təlim?
Sıxılmış Hava ilə İşləyən Qəza Nəfəsalma Aparatı (CA-EBS) üzrə əlavə təlimin məqsədi, dənizdə yerləşən neft və qaz obyektlərinə vertolyotla səfər edən işçilər üçün nəzərdə tutulmuş ilkin və təkmilləşdirilmiş təhlükəsizlik və fövqəladə hallara cavab təlimlərini (məsələn, T-BOSIET, T-HUET və ya T-FOET) tamamlayaraq, iştirakçılara CA-EBS avadanlığı təqdim edildiyi hallarda onun düzgün istifadəsini mənimsətməkdir. Bu təlim dinləyicilərin sıxılmış hava ilə işləyən qəza nəfəsalma aparatının istifadəsi ilə bağlı bilik və bacarıqlara yiyələnməsini, vertolyotla bağlı fövqəladə hallar zamanı CA-EBS istifadə edilərək görülməli olan əsas təxliyə və fövqəladə reaksiya tədbirlərini aydın şəkildə anlamasını təmin edir.
Sertifikatlaşdırma
OPITO (Offshore Petroleum Industry Training Organization)
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlim nəticəsində işçi heyəti qəza zamanı CA-EBS avadanlığından düzgün istifadə etməyi bacarır ki, bu da suya eniş hallarında xilasolma ehtimalını əhəmiyyətli dərəcədə artırır və insan itkisi riskini azaldır.
Bununla yanaşı, fövqəladə vəziyyətlərdə düzgün və operativ reaksiya verilməsi panikanın qarşısını alır, təxliyə prosesinin daha koordinasiyalı və effektiv həyata keçirilməsini təmin edir. Nəticədə qəza hallarının təsiri minimuma endirilir və əməliyyat fasilələrinin qarşısı alınır.
İştirakçı üçün yaratdığı dəyər
OPITO CA-EBS (Shallow Water) təlimi iştirakçılara vertolyot qəzaları zamanı, xüsusilə suya məcburi eniş hallarında həyati əhəmiyyətli bilik və praktiki bacarıqlar qazandırır. Təlim nəticəsində iştirakçılar sıxılmış hava ilə işləyən nəfəsalma aparatı (CA-EBS) avadanlığından düzgün istifadə etməyi, sualtı şəraitdə nəfəs almağı və təhlükəsiz şəkildə təxliyə olunma texnikalarını mənimsəyirlər.
Təlim Proqramı (Günlər Üzrə)
- Element 1.1 - Use of Compressed Air Emergency Breathing System (CA-EBS)/ Sıxılmış Hava ilə Qəza Nəfəsalma Sistemindən
(CA-EBS) istifadə - Element 1.2 - Practical Helicopter Escape / Praktiki helikopterdən təxliyə
- Element 1.3 - CA-EBS Training (In-Water)/ CA-EBS təlimi (suda)