Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Mexanika sahəsində çalışan mühəndis - texniki işçilər
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan mühəndis-mexaniklərə yeni texnika və texnologiyaların, müasir konstruksiyalı texnoloji avadanlıqların, qurğuların, metalkəsən dəzgahların, aparatların, kolonların, tutumların, istilik dəyişdiricilərin, hərəkət ötürücülərinin, yükqaldırıcı maşın və mexanizmlərin, armaturların istehsalata tətbiqinin əhəmiyyətini tədris etməklə onların bilik və bacarıqlarını artırmaq, eyni zamanda mühəndis-mexaniklərin vəzifə təlimatlarına uyğun işləri sərbəst yerinə yetirmə qabiliyyətlərini inkişaf etdirmək və hər bir tapşırığın icrası zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmə vərdişlərini formalaşdırmaqdır.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu ixtisasartırma kursunun keçirilməsi nəticəsində mühəndis-mexaniklərin peşəkar bilik və bacarıqları artır, yeni texnika və texnologiyaların istehsalata düzgün və səmərəli tətbiqi təmin olunur. Nəticədə avadanlıqların istismarı daha effektiv təşkil edilir, texniki nasazlıqların və qəza hallarının başvermə ehtimalı azalır. Eyni zamanda, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət səviyyəsi yüksəlir, istehsalat prosesində fasilələr və itkilər minimuma enir, resurslardan daha optimal istifadə olunur.
İştirakçı üçün yaratdığı dəyər
Bu ixtisasartırma kursu iştirakçılara müasir texnika və texnologiyalar, eləcə də müxtəlif mexaniki avadanlıqların quruluşu və istismar xüsusiyyətləri üzrə dərin nəzəri və praktiki biliklər qazandırır. İştirakçılar vəzifə təlimatlarına uyğun olaraq işləri daha müstəqil və effektiv şəkildə yerinə yetirməyi, texniki məsələləri operativ həll etməyi və düzgün qərarvermə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmə vərdişləri möhkəmlənir, nəticədə onların peşəkar səriştəsi, məsuliyyətlilik səviyyəsi və iş mühitində inamlı fəaliyyəti əhəmiyyətli dərəcədə artır.
Təlim Proqramı (Günlər Üzrə)
1 XÜSUSİ TEXNOLOGİYA
1.1 Maşınlara, qovşaqlara və onların detallarına qoyulan texniki tələblər / Standartlar haqqında məlumat
1.2 Materialşünaslıq
1.3 Sökülən və sökülməyən birləşmələr
1.4 Ötürmələr və tətbiq sahələri / Dişli çarxlar, reduktorlar və güc ötürmə sistemləri
1.5 Maşın və mexanizmlərin yağlanma prosesi
1.6 Yastıqlar və onların növləri
1.7 Oturtma və müsaidələr
1.8 Fontan armaturları və texnoloji boru kəmərləri üzərindəki armaturlar haqqında məlumat
1.9 Nasoslar və kompressorlar haqqında ümumi məlumat
1.10 Turbin mühərrikləri haqqında ümumi məlumat
1.11 Təzyiq altında olan qablar haqqında ümumi məlumat
1.12 Avadanlıqlarda korroziyanın yaranma səbəbləri və onun yaratdığı fəsadlar
1.13 Avadanlıqlarda səs və titrəyişin yaranma səbəbləri və aradan qaldırılma yolları
1.14 Avadanlıqların təmirə hazırlanma texnologiyası
1.15 Təmirdən sonra avadanlığın işə buraxılma qaydaları
1.16 Şərti işarələr və cizgilərin oxunması
1.17 SAP PM modulunda texniki xidmətin idarə edilməsi haqqında ümumi məlumat
2 ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI 12
2.1 Təhlükəsizlik texnikası
2.2 İlk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası
2.3 Yanğından mühafizə sistemləri haqqında ümumi məlumat
2.4 Ətraf mühitin mühafizəsi
2.5 Elektrik təhlükəsizliyi
2.6 Dəniz təhlükəsizliyi
3 Biliklərin qiymətləndirilməsi