Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- İstehsalat sahələrində çalışan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlərin 4-cü dərəcədən 5-ci dərəcəyə ixtisas səviyyəsinin artırılmasını təmin etmək, onlara müasir nəzarət-ölçü cihazları və avtomatika sistemlərinin konstruktiv quruluşu, işləmə prinsipləri, texniki xarakteristikaları, diaqnostika, texniki xidmət və təmir texnologiyaları, eləcə də sistemlərin işə salınması və dayandırılmasının texnoloji ardıcıllığı üzrə dərinləşdirilmiş bilik və praktiki bacarıqlar aşılamaqdan ibarətdir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu ixtisasartırma kursu nəticəsində təşkilatda nəzarət-ölçü cihazları və avtomatika sahəsində çalışan çilingərlərin peşə dərəcəsi yüksələrək onların daha mürəkkəb və məsuliyyətli işləri yerinə yetirmə qabiliyyəti formalaşır. Bu isə avtomatika sistemlərinin daha dəqiq, etibarlı və fasiləsiz işləməsinə, istehsalat proseslərinin optimallaşdırılmasına və operativ idarə olunmasına şərait yaradır. Kurs çərçivəsində əldə olunan bilik və bacarıqlar sayəsində nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması təmin edilir, avadanlıqların istismar müddəti uzanır və qəza halları ilə bağlı risklər azalır. Eyni zamanda əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət səviyyəsi yüksəlir, istehsalat itkiləri minimuma endirilir və müəssisənin ümumi səmərəliliyi və məhsuldarlığı artır.
İştirakçı üçün yaratdığı dəyər
Bu ixtisasartırma kursu iştirakçıların nəzarət-ölçü cihazları və avtomatika sahəsində bilik və bacarıqlarını daha yüksək səviyyəyə çatdıraraq onların 4-cü dərəcədən 5-ci dərəcəyə yüksəlməsini təmin edir. İştirakçılar müasir avtomatika sistemlərinin quruluşunu, işləmə prinsiplərini, diaqnostika və təmir texnologiyalarını dərindən mənimsəyir, mürəkkəb nasazlıqların aşkarlanması və aradan qaldırılması üzrə praktiki vərdişlər əldə edirlər. Eyni zamanda texnoloji proseslərin idarə olunması, qərarvermə və məsuliyyətli yanaşma bacarıqları formalaşır. Bu isə onların peşəkar inkişafını sürətləndirir, əmək bazarında rəqabət qabiliyyətini artırır, karyera yüksəlişi üçün imkanlar yaradır və iş yerində daha müstəqil, səmərəli və etibarlı fəaliyyət göstərmələrinə şərait yaradır.
Təlim Proqramı (Günlər Üzrə)
1. XÜSUSİ TEXNOLOGİYA
1.1 Nəzarət-ölçü cihazları və avtomatika qurğuları
1.2 Nəzarət-ölçü cihazlarının təmiri texnologiyası
1.3 Nəzarət-ölçü cihazlarının quraşdırılması, sökülməsi və sazlanması
1.4 Ölçü vəsaitlərinin metroloji təminatı
1.5 Neft və qaz çıxarma müəssisələrinin avtomatlaşdırılmasının prinsipial texnoloji sxemi
1.6 Neft və qaz çıxarma müəssisələrinin obyektlərinin telemexanizasiyası, məlumat-nəzarət və idarəetmə sistemləri
1.7 Təzyiqin, temperaturun, maye və qazların sərfi və miqdarının ölçülməsi üçün nəzarət-ölçü cihazları
1.8 Yanğın təhlükəsizliyinə, partlayış təhlükəli qazların konsentrasiyasına və sanksiyasız müdaxilədən qorunmaya nəzarət qurğu və sistemləri
1.9 Çilingərlik işi
1.10 Materialşünaslıq
2. ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI
2.1 Təhlükəsizlik texnikası
2.2 Elektrik təhlükəsizliyi
2.3 İlk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası
2.4 Yanğından mübarizə
2.5 Dəniz təhlükəsizliyi
2.6 Ətraf mühitin mühafizəsi
3. İSTEHSALAT TƏCRÜBƏSİ
3.1 Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırma
3.2 Nəzarət-ölçü cihazlarının yığılması, təmiri və sazlanması
3.3 Elektrik və istilik ölçü cihazlarının təmiri
3.4 Neft və qaz quyularının qazılmasında avtomatik idarəetmə sistemləri
3.5 NÖC çilingərinin sərbəst işi