Menyu

TTSİ-də tətbiq edilən standartlar

Sənaye üçün peşəkar təlim və sertifikatlaşdırma xidmətləri təqdim edirik.

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzində (CTCC) fəaliyyətlərin effektiv, şəffaf və beynəlxalq tələblərə uyğun şəkildə həyata keçirilməsi məqsədilə müasir idarəetmə yanaşmaları tətbiq edilir. İdarədə keyfiyyət, ətraf mühitin mühafizəsi və əməyin mühafizəsi və təhlükəsizliyi sahələrini əhatə edən inteqrasiya olunmuş idarəetmə sistemi qurulmuşdur. Bu sistem ISO 9001 (Keyfiyyətin idarə edilməsi), ISO 14001 (Ətraf mühitin idarə edilməsi) və ISO 45001 (Əməyin mühafizəsi və təhlükəsizliyi) beynəlxalq standartlarının tələblərinə uyğun olaraq inteqrə edilmiş şəkildə tətbiq olunur.

İnteqrasiya olunmuş idarəetmə sistemi CTCC-nin bütün fəaliyyət istiqamətlərində risklərin idarə olunmasını, proseslərin davamlı təkmilləşdirilməsini, ətraf mühitə təsirlərin minimuma endirilməsini və əməkdaşlar üçün təhlükəsiz iş şəraitinin təmin edilməsini hədəfləyir.

Bununla yanaşı, CTCC tərəfindən həyata keçirilən sertifikatlaşdırma fəaliyyətlərinin etibarlılığını və beynəlxalq səviyyədə tanınmasını təmin etmək məqsədilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən AZS ISO/IEC 17024 standartı üzrə akkreditasiya əldə edilmişdir. Bu akkreditasiya personalın sertifikatlaşdırılması sahəsində fəaliyyətlərin obyektivlik, qərəzsizlik və peşəkarlıq prinsipləri əsasında həyata keçirildiyini təsdiq edir.

CTCC-də tətbiq olunan idarəetmə sistemləri xidmət keyfiyyətinin yüksəldilməsinə, maraqlı tərəflərin məmnunluğunun təmin olunmasına və fəaliyyətlərin beynəlxalq ən yaxşı təcrübələrə uyğun şəkildə təşkilinə xidmət edir.