Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- NDT (Qeyri-destruktiv müayinə) sahəsində çalışan operatorlar, mütəxəssislər, texniki işçilər və rəhbərlər
Niyə bu təlim?
Təlimin məqsədi bu sahəsində çalışan mütəxəssislərə radioqrafiya müayinə metodu (Səviyyə II) üzrə nəzəri biliklərin və praktiki bacarıqların təkmilləşdirilməsini təmin etmək, rentgen və qamma şüaları vasitəsilə materialların daxili quruluşunun qiymətləndirilməsi, qaynaq birləşmələri və müxtəlif sənaye materiallarında qüsurların aşkar edilməsi, filmlərin düzgün interpretasiyası və qiymətləndirilməsi bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Eyni zamanda kurs iştirakçılarına beynəlxalq standart və normativ tələblərə uyğun olaraq müayinə prosesinin planlaşdırılması, icrası və nəticələrin sənədləşdirilməsi üzrə peşəkar yanaşmanın formalaşdırılması, eləcə də əməyin mühafizəsi və radiasiya təhlükəsizliyi qaydalarına riayət etməklə yüksək keyfiyyətli və etibarlı yoxlamaların aparılması vərdişlərinin aşılanması əsas məqsədlərdən biridir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Radioqrafiya müayinə metodu üzrə Səviyyə II bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması nəticəsində daxili qüsurların erkən mərhələdə aşkar olunması mümkün olur ki, bu da qəza risklərinin azalmasına, planlaşdırılmamış dayanma və itkilərin minimuma endirilməsinə gətirib çıxarır.
Bununla yanaşı, müəssisədə beynəlxalq standartlara uyğun keyfiyyətə nəzarət sisteminin gücləndirilməsi, audit və inspeksiya proseslərinin daha effektiv təşkili, istehsalın davamlılığının təmin olunması və ümumi əməliyyat xərclərinin azaldılması baxımından mühüm üstünlüklər yaradır. Kurs həmçinin təşkilatın peşəkar kadr potensialını artıraraq onun rəqabət qabiliyyətinin yüksəlməsinə və sənaye təhlükəsizliyi mədəniyyətinin inkişafına töhfə verir.
İştirakçı üçün yaratdığı dəyər
Bu ixtisasartırma kursu iştirakçılara radioqrafiya müayinə metodu (Səviyyə II) üzrə dərin nəzəri biliklər və praktik bacarıqlar qazandıraraq onların peşəkarlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırır. İştirakçılar rentgen və qamma şüaları ilə aparılan müayinələrin prinsiplərini, çəkiliş texnikalarını, görüntülərin interpretasiyası və qiymətləndirilməsi qaydalarını mənimsəyir, müxtəlif material və qaynaq birləşmələrində qüsurların düzgün aşkarlanması və təhlili üzrə kompetensiyalar əldə edirlər.
Bununla yanaşı, kurs iştirakçılara beynəlxalq standart və normativ tələblərə uyğun işləmək bacarığı qazandırır, radiasiya təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına düzgün riayət etməyi öyrədir.
Təlim Proqramı (Günlər Üzrə)
1. Radioqrafiya müayinəsinin fiziki prinsipləri
2. Rentgen və qamma şüaları ilə çəkiliş prinsipləri
3. Film və ekranların xüsusiyyətləri
4. Çəkiliş texnikaları
5. Poz diaqramları (nomoqram)
6. Film yuyulma prosesləri və kontrolu
7. Görüntü keyfiyyəti və kontrolu
8. Qaynaq tikişlərinin müayinəsi
9. Poladdan başqa materialların müayinəsi
10. Müayinə qalınlıq aralığının genişləndirilməsi və tökmələrin müayinəsi
11. Filmlərin incələnməsi
12. Filmlərin qiymətləndirilməsi
13. Qaynaq birləşmələrində, ştamplamada, tökmədə, prokat və döymədə defektlərin növləri
14. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları
15. Standart və qaydalar
16. Biliklərin yoxlanılması