Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- “Qaz turbin qurğusu maşinisti” peşəsində çalışan işçi heyət
Niyə bu təlim?
Bu təlimin məqsədi müasir texnologiyalar əsasında hazırlanmış, yüksək məhsuldarlıq və dəqiqliyə malik qaz turbin qurğularının təhlükəsiz istismar qaydalarını dinləyicilərə aşılamaq, eyni zamanda onların bu sahə üzrə nəzəri biliklərini və praktiki bacarıqlarını artıraraq peşəkar fəaliyyət səviyyələrini yüksəltməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün “Qaz turbin qurğusu maşinisti” peşəsində çalışan işçi heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, istehsalat prosesində baş verə biləcək qəzaların minimuma endirilməsi və SOCAR qrupunun əsas korporativ dəyərlərindən biri olan “Təhlükəsizlik” prinsipinin nəzəri və praktiki əsaslarının möhkəmləndirilməsi hədəf kimi müəyyən edilir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlim kursunun təşkilata faydası ondan ibarətdir ki, qaz turbin qurğularının istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunması təmin edilir, qəza və nasazlıqların başvermə ehtimalı minimuma endirilir və istehsalat prosesinin fasiləsizliyi artırılır. Eyni zamanda işçi heyətin peşəkarlıq səviyyəsinin yüksəlməsi nəticəsində avadanlıqların daha səmərəli və düzgün istifadəsi təmin olunur, texniki xidmət xərcləri azalır və ümumi əməliyyat effektivliyi artır.
İştirakçı üçün yaratdığı dəyər
Bu təlim kursu iştirakçılara qaz turbin qurğularının quruluşu, işləmə prinsipi və təhlükəsiz istismar qaydaları barədə sistemli və praktik yönümlü biliklər qazandırır. Nəticədə iştirakçılar istehsalat şəraitində riskləri düzgün qiymətləndirməyi, potensial təhlükələrin qarşısını almağı və qəza vəziyyətlərində operativ və düzgün qərar verməyi bacarırlar. Eyni zamanda onların peşəkar bilik və bacarıqları inkişaf edir, işə məsuliyyət yanaşmaları artır, təhlükəsizlik qaydalarına riayət vərdişləri formalaşır.
Təlim Proqramı (Günlər Üzrə)
1. Qazlar haqqında ümumi məlumat. Termodinamik əsaslar, qaz qanunları, termodinamik proseslər, adiabata, izoxora, izobara, izoterma
2. Qaz turbin qurğuları haqqında ümumi məlumat, onların iş prinsipi, qaz turbin qurğularının prinsipial sxemi, konstruktiv quruluşu, tipləri
3. Qaz turbin qurğularının tətbiq sahələri
4. Qaz turbin intiqallı, kompressor stansiyaları və onların işə salınması, işdən saxlanılması, qəza halları
5. Qaz turbin qurğularının avtomatik idarə etmə və tənzimləmə sistemləri. Qaz turbin qurğusunun avtomatik tənzimləmə sistemi
6. Qaz turbin qurğularının qəza halları və onların aradan qaldırılması. Nəzarət ölçü cihazları və avtomatika
7. Qaz turbin qurğularında köməkçi sistemlər haqqında məlumat
8. Qaz turbin mühərriklərinə texniki xidmətin növləri
9. Biliklərin qiymətləndirilməsi