Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Rəhbər heyət
- Mühəndislər
- Texniki işçilər
Niyə bu təlim?
“C++” proqramı üzrə təkmilləşdirmə kursunun məqsədi dinləyicilərə C++ program dilinin əsas və qabaqcıl imkanlarını sistemli şəkildə öyrətmək, onların proqramlaşdırma məntiqini, alqoritmik düşünmə qabiliyyətini və praktik kod yazma bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Kurs çərçivəsində iştirakçılara dəyişənlər, operatorlar, funksiyalar, obyekt-yönlü proqramlaşdırma prinsipləri (siniflər, miraslılıq, kapsulyasiya), yaddaşın idarə olunması, şablonlar və giriş-çıxış əməliyyatları kimi mövzular üzrə biliklər verilir, eyni zamanda real tapşırıqlar vasitəsilə bu biliklərin praktik tətbiqi təmin olunur. Təlimin sonunda dinləyicilərin mürəkkəb proqramların hazırlanması, optimallaşdırılması və səhvlərin aşkarlanaraq aradan qaldırılması üzrə müstəqil işləmə bacarığı formalaşdırılır.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
“C++” proqramı üzrə təkmilləşdirmə kursu təşkilat daxilində proqramlaşdırma və texniki problemlərin həlli üzrə peşəkar kadr potensialının gücləndirilməsinə xidmət edir. Bu təlim nəticəsində əməkdaşlar C++ program dilində daha səmərəli və optimallaşdırılmış proqramlar hazırlamaq, mövcud proqram təminatını təkmilləşdirmək və texniki nasazlıqları operativ şəkildə aradan qaldırmaq bacarığı qazanırlar. Bu isə təşkilatda rəqəmsallaşma proseslərinin sürətlənməsinə, iş proseslərinin avtomatlaşdırılmasına və əməliyyat xərclərinin azaldılmasına müsbət təsir göstərir. Eyni zamanda, daxili resurslar hesabına proqram təminatının hazırlanması və dəstəklənməsi mümkün olur ki, bu da xarici xidmətlərdən asılılığın azalmasına və informasiya təhlükəsizliyinin gücləndirilməsinə şərait yaradır.
İştirakçı üçün yaratdığı dəyər
Təlim nəticəsində dinləyicilər alqoritmik düşünmə qabiliyyətlərini gücləndirir, strukturlaşdırılmış və optimallaşdırılmış kod yazmağı öyrənir, obyekt-yönlü proqramlaşdırma prinsiplərini tətbiq etmə bacarığı qazanırlar.
Kurs iştirakçılara real layihələr üzərində işləmək imkanı yaradaraq onların problem həll etmə, səhvləri analiz edib aradan qaldırma və proqramların effektivliyini artırma bacarıqlarını formalaşdırır. Eyni zamanda, proqram təminatının hazırlanması və inkişafı sahəsində müstəqil işləmək, yeni texnologiyalara daha tez adaptasiya olmaq və peşəkar inkişaf üçün möhkəm baza əldə etmək imkanı yaradır.
Təlim Proqramı (Günlər Üzrə)
1. Dil haqqında ilkin məlumatlar
2. Adlar, dəyişənlər və konstantalar
3. Əməliyyatlar və ifadələr
4. İfadə operatoru və şərt operatorları
5. Dövr operatorları
6. Funksiyalar
7. Daxili (standart) verilən tipləri
8. Siniflər və obyektlər
9. Mürəkkəb verilən tipləri
10. Yaddaşın paylanması
11. Siniflərin yaradılması, miraslılıq
12. Obyektə müraciyətin idarə olunması
13. Siniflər-konstruktor və destruktor
14. Siniflərin əlavə imkanları
15. Proqramın yığılması, preprosessor
16. Böyük proqramlarda dəyişənlərin mövcudluq vaxtı və görünmə oblastının təyini
17. Səhflərin emalı
18. Giriş-çıxış
19. Şablonlar
20. C++ dilində praktiki tapşırıqların yerinə yetirilməsi
21. Biliklərin yoxlanılması