Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Rəhbər heyət
- Mühəndislər
- Texniki işçilər
Niyə bu təlim?
“MS Project proqramı” təkmilləşdirmə kursunun məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən mühəndis və mütəxəssislərə Microsoft Project proqramının funksional imkanlarını sistemli şəkildə öyrətmək, onların layihələrin planlaşdırılması, idarə olunması və nəzarəti üzrə bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Kurs çərçivəsində iştirakçılara layihə fəaliyyətlərinin düzgün planlaşdırılması, vaxt və resursların effektiv idarə olunması, Gantt qrafiklərinin qurulması, kritik yolun təyini, xərclərin hesablanması və layihə nəticələrinin təhlili istiqamətində nəzəri biliklər və praktik vərdişlər aşılanır. Təlimin sonunda dinləyicilərin layihələri daha səmərəli təşkil etmə, riskləri öncədən müəyyənləşdirmə və layihələrin vaxtında və keyfiyyətlə icrasını təmin etmə bacarıqlarının formalaşdırılması nəzərdə tutulur.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
“MS Project proqramı” təkmilləşdirmə kursu təşkilatda layihələrin planlaşdırılması, icrası və nəzarətinin daha sistemli və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Təlim nəticəsində əməkdaşlar Microsoft Project proqramından istifadə etməklə layihə fəaliyyətlərini dəqiq planlaşdırır, vaxt, resurs və xərcləri optimal şəkildə idarə edirlər.
Bu isə layihələrin vaxtında və büdcə çərçivəsində icrasını təmin edir, gecikmələrin və artıq xərclərin qarşısını alır. Eyni zamanda, resursların düzgün bölüşdürülməsi və yüklənmələrin balanslaşdırılması nəticəsində işçi qüvvəsindən daha səmərəli istifadə olunur. Layihələrin monitorinqi və hesabatlılığın təkmilləşdirilməsi isə rəhbərliyin daha əsaslandırılmış və operativ qərarlar qəbul etməsinə imkan yaradır.
İştirakçı üçün yaratdığı dəyər
“MS Project proqramı” təkmilləşdirmə kursu iştirakçıların layihələrin planlaşdırılması və idarə olunması sahəsində peşəkar bilik və bacarıqlarını inkişaf etdirir. Təlim nəticəsində dinləyicilər Microsoft Project proqramında fəaliyyət planlarının hazırlanması, Gantt qrafiklərinin qurulması, fəaliyyətlərarası əlaqələrin düzgün təyin edilməsi və kritik yolun müəyyənləşdirilməsi üzrə praktiki vərdişlər əldə edirlər.
Kurs iştirakçılara vaxtın, resursların və xərclərin effektiv idarə olunması, layihələrin mərhələlər üzrə izlənməsi və gecikmə risklərinin öncədən müəyyənləşdirilməsi bacarıqları qazandırır. Eyni zamanda, layihə məlumatlarının təhlili, hesabatların hazırlanması və qərarvermə prosesində məlumatlardan düzgün istifadə etmə qabiliyyətləri formalaşır.
Nəticədə iştirakçıların layihə idarəetməsi sahəsində müstəqil işləmə bacarıqları artır, peşəkar kompetensiyaları güclənir.
Təlim Proqramı (Günlər Üzrə)
1. Layihə haqqında ilkin anlayışlar. MS PROJECT ümumi təqdimat
2. Təqvim planının hazırlanması. Fəaliyyət planının tərtibi
3. Fəaliyyətlər arasında əlaqələrin qurulması
4. Gantt qrafikinin tərtibi. Kritik fəaliyyətlərin təyini
5. Layihənin ümumi zaman qrafiki. Resursların planlanması
6. Xərclərin hesablanması. Resursların xərc planının hazırlanması
7. Resursların layihə boyunca sayının tənzimlənməsi. Artıq yüklənmələrin təyini və təkrar planlanması
8. Resursların təyin olunması. Layihə statistik təhlili
9. Layihənin monitorinqi. Layihə hesabatlarının hazırlanması
10. Hesabatların digər proqramlara eksport edilməsi
11. Biliklərin yoxlanılması