Menyu

“Elektrik qaz qaynaqçısı” peşəsi üzrə 5-ci dərəcədən 6-cı dərəcəyə

Kateqoriya: Qaynaq və inspeksiya Müddət: 15 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Qaynaq sahəsində çalışan texniki işçilər və qaynaqçılar 

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan elektrik qaz qaynaqçılarına 5-ci dərəcədən 6-cı dərəcəyə yüksəlmə üçün tələb olunan yüksək səviyyəli peşə bilik və bacarıqlarının aşılanması, müasir və mütərəqqi elektrik qaz qaynaq texnologiyalarının, məhsuldar qaynaq avadanlıqlarının və ləvazimatlarının konstruktiv quruluşu, işləmə prinsipləri, sazlanması, texniki xidməti və təmir texnologiyalarının öyrədilməsi, mürəkkəb konstruksiyalı detalların və məsuliyyətli metal birləşmələrinin keyfiyyətli qaynaq üsulları ilə icra olunmasının təmin edilməsi, eləcə də əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına tam riayət etməklə qaynaqçıların peşə ustalığının artırılması və onların 6-cı dərəcə üzrə müstəqil, səmərəli və təhlükəsiz fəaliyyət göstərmələrinin təmin olunmasından ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu ixtisasartırma kursunun keçirilməsi nəticəsində təşkilatda yüksək ixtisaslı 6-cı dərəcəli elektrik qaz qaynaqçılarının formalaşması təmin olunur, mürəkkəb və məsuliyyətli qaynaq işlərinin keyfiyyətlə və standartlara uyğun yerinə yetirilməsi mümkün olur, istehsalat proseslərinin fasiləsizliyi və etibarlılığı artır, avadanlıqların istismar müddəti uzanır və nasazlıqların qarşısı vaxtında alınır. Eyni zamanda müasir qaynaq texnologiyalarının tətbiqi məhsuldarlığın yüksəlməsinə, material və enerji itkilərinin azalmasına, təmir və istehsal xərclərinin optimallaşdırılmasına şərait yaradır. Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması istehsalat qəzalarının və risklərin minimuma endirilməsinə, iş mühitində təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.

İştirakçı üçün yaratdığı dəyər

Bu ixtisasartırma kursu iştirakçılara elektrik qaz qaynaq sahəsində bilik və bacarıqlarını daha yüksək səviyyəyə çatdırmaq, müasir qaynaq texnologiyalarını, avadanlıqlarını və iş üsullarını dərindən mənimsəmək imkanı yaradır. Kurs müddətində əldə olunan nəzəri və praktiki biliklər sayəsində iştirakçılar mürəkkəb konstruksiyaların qaynaq işlərini sərbəst, keyfiyyətli və təhlükəsiz şəkildə yerinə yetirməyi öyrənir, optimal qaynaq rejimlərini seçmək və tətbiq etmək bacarığı qazanırlar. Eyni zamanda əməyin mühafizəsi, təhlükəsizlik texnikası və risklərin idarə olunması üzrə bilikləri genişlənir ki, bu da onların iş mühitində daha etibarlı fəaliyyət göstərməsinə şərait yaradır. Nəticədə iştirakçının peşə ustalığı artır, 6-cı dərəcə üzrə fəaliyyət göstərmək imkanı əldə edir, əmək bazarında rəqabət qabiliyyəti yüksəlir.

Təlim Proqramı (Günlər Üzrə)

1. XÜSUSİ TEXNOLOGİYA
1.1 Metal və ərintilər. Dəmir-karbon ərintiləri
1.1.1 Poladların markaları və tətbiq sahələri
1.1.2 Çuqunların markaları və tətbiq sahələri
1.2 Metalların qaynaqolunma qabiliyyəti
1.2.1 Poladların qaynaqolunma qabiliyyəti üzrə qruplaşdırılması
1.2.2 Əlvan metalların qaynaqolunma qabiliyyəti
1.3 Qaynaq birləşmələri və qaynaq tikişlərinin fəza vəziyyətləri. Qaynaq simvolları
1.3.1 Qaynaq birləşmələri Qaynaq tikişlərinin fəza vəziyyətləri
1.3.2 Qaynaq simvolları və onların cizgilərdə oxunması
1.4 Qaynaq üsulları haqqında ümumi məlumat
1.5 Qaynaq qövsü və onun əsas xassələri. Əl ilə elektrik qövs qaynağının texnikası
1.5.1 Qaynaq qövsü və onun əsas xassələri. Qövsün yanma dayanıqlılığı
1.5.2 Əl ilə elektrik qövs qaynağının texnikası
1.6 Çuqunların qaynaq edilməsi
1.7 Qaynaq işləri üçün sərfiyyat materialları
1.8 Elektrik qövs qaynağı üçün qida mənbələri, onların tipləri və işləmə prinsipləri
1.9 Qoruyucu qaz mühitində (MİG-MAG və TİG) qaynaq üsulları
1.9.1 MİG və MAG qaynaq üsulları, onların üstünlükləri və çatışmayan cəhətləri
1.9.2 Əriməyən volfram elektrodla arqon (TİG) qaynağı
1.10 Qaynaq zamanı yaranan deformasiya və gərginliklər, onların azaldılması üçün görülən tədbirlər 
1.10.1 Qaynaq zamanı yaranan deformasiya və gərginliklər
1.10.2 Deformasiya və gərginliklərin azaldılması üçün görülən tədbirlər
1.11 Qaynaq rejiminin əsas parametrləri. Rejim parametrlərinin tikişin forma və ölçülərinə təsiri
1.11.1 Qaynaq rejiminin əsas parametrləri
1.11.2 Rejim parametrlərinin tikişin forma və ölçülərinə təsiri
1.12 Metalların qaz qaynağının texnologiyası
1.11.1 Qaz qaynağı üçün alət və avadanlıqlar
1.11.2 Qaz qaynağı üçün sərfiyyat materialları
1.13 Metalların kəsmə prosesləri
1.13.1 Oksigenlə kəsmənin əsas mahiyyəti, kəsmənin əsas şərtləri, poladın tərkibinin kəsməyə təsiri.
1.13.2 Kəsmə zamanı yaranan deformasiyalar və onların qarşısının alınma üsulları 
1.14 Qaynaqçıların bilik və bacarıqlarının yoxlanılması, Qaynaq prosedurunun spesifikasiyası
1.15 Qaynaq tikişlərində yaranan qüsurlar və onların yaranma səbəbləri. Qaynaq tikişlərinin təmir edilməsi
1.15.1 Qaynaq tikişlərində yaranan qüsurlar və onların yaranma səbəbləri
1.15.2 Qaynaq tikişlərinin təmir edilməsi
1.16 Qaynaq birləşmələrinin müayinə metodları
1.16.1 Qaynaq birləşmələrinin dağılmayan (fiziki sınaq) metodlarla müayinə olunması
1.16.2 Qaynaq birləşmələrinin dağılan (mexaniki sınaq) müayinə metodları ilə müayinə edilməsi

2. ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI
2.1 Təhlükəsizlik  texnikası
2.2 Ətraf mühitin mühafizəsi
2.3 İlk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası
2.4 Yanğından mühafizə
2.5 Dəniz təhlükəsizliyi qaydaları
2.6 Elektrik təhlükəsizliyi

3. İSTEHSALAT TƏCRÜBƏSİ
3.1 Elektrik qaynaq işlərinin texnologiyası və qaynaq rejiminin seçilməsi
3.2 Elektrik qövs qaynağında istifadə edilən materiallar və avadanlıqlar
3.3 Qaz qaynağı üçün sərfiyyat materialları, alət və avadanlıqlar
3.4 Qaynaq tikişlərinin müxtəlif fəza vəziyyətlərində qaynaq edilməsi
3.5 Metalların elektrik qövsü və qaz alovu ilə kəsilməsi
3.6 Qaynaq işlərinin 6-cı dərəcənin normativlərinə uyğun sərbəst yerinə yetirilməsi