Menyu

“Hündürlükdə yerinə yetirilən işlər”

Kateqoriya: SƏTƏM Müddət: 2 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Hündürlükdə çalışan hər kəs

Niyə bu təlim?

Təlimin məqsədi hündürlükdə yerinə yetirilən işlər zamanı yarana biləcək risk və təhlükələri işçilərə izah etmək, istehsalat mühitində yıxılma nəticəsində baş verə biləcək xəsarət və ölüm hallarının qarşısını minimuma endirmək, həmçinin işçilərdə təhlükəsizlik mədəniyyətini formalaşdırmaqdır. Eyni zamanda, işçilərin “hündürlükdə iş” anlayışını düzgün qavramalarına, bu işlər zamanı istifadə olunan fərdi mühafizə vasitələrindən düzgün istifadə etmələrinə, işə başlamazdan əvvəl risk qiymətləndirilməsini düzgün aparmalarına və hündürlükdə iş zamanı əmək mühafizəsi qanunvericiliyinin tələblərinə tam riayət etmələrinə nail olunması nəzərdə tutulur.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar
 

Təşkilata faydalası

Bu təlim kursunun keçirilməsi nəticəsində təşkilatda əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri gücləndirilir, hündürlükdə işlər zamanı baş verə biləcək qəza və xəsarət halları minimuma endirilir. İşçilərin bilik və bacarıqlarının artırılması istehsalat proseslərinin daha təhlükəsiz və səmərəli icrasına şərait yaradır, fasilələrin və itkilərin qarşısını alır. Eyni zamanda, əmək mühafizəsi üzrə qanunvericiliyin tələblərinə uyğunluq təmin olunur, hüquqi və maliyyə riskləri azalır, təhlükəsizlik mədəniyyəti formalaşır.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçılara hündürlükdə işləyərkən qarşılaşa biləcəkləri risk və təhlükələri düzgün qiymətləndirməyi, fərdi mühafizə vasitələrindən (FMV) düzgün və effektiv istifadə etməyi öyrədir. İştirakçılar işə başlamazdan əvvəl risk qiymətləndirilməsi aparmaq, təhlükəsiz iş üsullarını tətbiq etmək və fövqəladə hallarda düzgün davranmaq bacarıqları əldə edirlər. Nəticədə onların peşəkar bilik və bacarıqları artır, şəxsi təhlükəsizlik səviyyələri yüksəlir.

Təlim Proqramı (Günlər Üzrə)

1. Hündürlükdə iş anlayışı  (Yerli qanunvericilikdə və beynəlxalq standartlarda)
2. İş planının hazırlanması və fövqəladə hallar üçün tədbirlər / İşə başlamazdan əvvəl icazə və yoxlama tələbləri
3. Hadisələrin əsas baş vermə səbəbləri:
-    Yıxılma (ən çox rast gəlinən səbəblər)
-    Hava şəraiti, səthin vəziyyəti, avadanlıq nasazlığı
-    İnsan faktorları: yorğunluq, diqqətsizlik, qaydalara əməl etməmək
4. Hündürlükdə iş zamanı baş vermiş bədbəxt hadisələrin və öyrənilmiş dərslərin  müzakirəsi
5. Risklərin idarə edilməsi:
-    Təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi
-    Təhlükələrin aradan qaldırılması və ya minimallaşdırılması üsulları
6. Praktiki tapşırıq: 
-    Hündürlükdə iş görən zaman formalaşan təhlükələrdən 4 -nü seçərək praktiki risk qiymətləndirməsi aparmaq
7. Kollektiv və Fərdi mühafizə vasitələri / avadanlıqlar:
-    Qoruyucu hasarlar və  məhəccərli iş meydançaları
-    Təhlükəsizlik kəməri və digər FMV-lar
-    Avadanlığın vizual yoxlanılması
-    Sadə nümayiş: kəmərin necə geyinilməsi və tənzimlənməsi
8. Təhlükəsiz davranış qaydaları:
-    “3 nöqtə qaydası”
-    Nərdivan və platformadan düzgün istifadə
-    Anker nöqtələrinin seçilməsi
-    Düşən əşyalarınn qarşısının alınması
9. Fövqəladə hal və ilk yardım:
-    Yıxılma anında və sonra nə etmək
-    Yaralıya ilkin yardım prinsipləri
-    Hadisənin məruzə olunması və təcili yardım çağırışı
10. Biliklərin yoxlanılması