Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
mühəndis-texniki personalı üçün təlimlər
Niyə bu təlim?
“Texniki İngilis dili” kursunun məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan mütəxəssislərin, mühəndislərin, texniki işçilərin və operatorların ingilis dili biliklərini peşə fəaliyyətlərinə uyğun şəkildə inkişaf etdirmək, onların texniki ingilis dilində effektiv ünsiyyət qurma, ixtisas sahəsinə aid terminologiyanı düzgün anlama və istifadə etmə, texniki sənədləri oxuma və təhlil etmə, eləcə də təqdimat və məruzə bacarıqlarını təkmilləşdirməkdir. Kurs eyni zamanda iştirakçıların beynəlxalq standartlara uyğun texniki mühitdə sərbəst fəaliyyət göstərməsinə, iş prosesində xarici tərəfdaşlarla peşəkar ünsiyyət qurmasına və müasir texniki məlumatları ingilis dilində mənimsəməsinə şərait yaratmağı hədəfləyir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
“Texniki İngilis dili” təkmilləşdirmə kursunun təşkili SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan əməkdaşların beynəlxalq texniki mühitdə daha effektiv fəaliyyət göstərməsinə şərait yaradır. Kurs nəticəsində işçilərin texniki sənədləri, təlimatları və standartları ingilis dilində düzgün anlama və tətbiq etmə bacarıqları artır, bu da istehsalat proseslərində səhvlərin azalmasına və işin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Eyni zamanda, xarici tərəfdaşlarla və beynəlxalq layihələrdə operativ və peşəkar ünsiyyətin qurulması təmin edilir, şirkətin qlobal əməkdaşlıq imkanları genişlənir. Əldə olunan dil bacarıqları yeni texnologiyaların və innovativ yanaşmaların daha sürətli mənimsənilməsinə, ümumilikdə isə təşkilatın rəqabət qabiliyyətinin və korporativ inkişafının güclənməsinə müsbət təsir göstərir.
İştirakçı üçün yaratdığı dəyər
Bu kurs iştirakçılara ixtisas sahələrinə uyğun ingilis dili biliklərini inkişaf etdirmək, texniki terminologiyanı düzgün anlama və istifadə etmə bacarıqları qazanmaq imkanı yaradır. Kurs nəticəsində dinləyicilər texniki sənədləri, təlimatları və standartları sərbəst oxuyub anlamağı, iş prosesində ingilis dilində effektiv ünsiyyət qurmağı, müzakirələrdə və təqdimatlarda aktiv iştirak etməyi bacarırlar. Eyni zamanda, iştirakçıların dinləmə və danışıq qabiliyyətləri inkişaf edir, beynəlxalq iş mühitinə uyğunlaşma imkanları artır və peşəkar inkişafları üçün yeni karyera perspektivləri formalaşır. Bu bilik və bacarıqlar onların gündəlik iş fəaliyyətində daha səmərəli və inamlı fəaliyyət göstərməsinə şərait yaradır.
Təlim Proqramı (Günlər Üzrə)
1. Ice-breaker: İntroduction to the course. Technical Communication.Basic Technical Vocabulary.
2. Listening: Working in industry Part 1
3. Basic Technical Vocabulary. Tools in the Workshop .Listening: Working in industry Part 2
4. The Content of a Toolbox. Measuring tools.
5. Basic Technical Vocabulary. Common Units Listening: Tools and Equipment
6. Working in a Workshop. Hand-held and mechanical equipment
7. Oil and Gas Fields in my Country
8. Measuring Oil and Gas
9. Oil and Gas Industry Sectors
10. Upstream Sector. Upstream Jobs
11. Downstream Sector. Downstream Sector Products
12. Finding Oil and Gas
13. Drilling
14. Working Offshore
15. Oil and Environment.
16. Environmental protection. Technical Vocabulary in Context. Writing Proposals and Project Reports
17. Work and jobs. Ways of working. Recruitment and selection. Skills and qualification
18. Writing a CV and a cover letter. Outline and planning for writing a CV and resume
19. Basics of health and safety. Hazards and risk assessment
20. Personal Protective Equipment (PPE). Discussion of the topic/or a situation
21. Hazards and risk assessment. Chemical safety and hazardous substances
22. Transport safety. Working at height
23. Welding hazards and precautions
24. Fire safety. Electrical safety
25. First-aid and injury
26. Documentation. Incident reports
27. Drawings. Design Development. Design solutions and Calculations
28. Measuring. Horizontal and Vertical Measurements
29. Locating and Setting Out. Dimensions of Circles. Dimensional Accuracy
30. Pipes and Pipelines. Pipe Dimensions.
31. Numbers and Calculations. Presenting Technical İnformation. Prepare a talk around a technical subject
32. Material Types.Corrosion
33. Listening: Buildings and Installations
34. Machining
35. Listening: Maintenance
36. New kinds of engineering. Kinds of engineer which are in demand or likely to be in the future
37. Listening: Suppliers and Sub-contractors
38. The world’s biggest/ most successful engineering companies.
39. Moving from engineering to management
40. Test