Menyu

"Dağılmalara qarşı cavab tədbirləri"

Kateqoriya: SƏTƏM Müddət: 2 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • SOCAR-ın müxtəlif istehsalat sahələrində təhlükəli maddələrlə çalışan sahə rəhbərləri, mühəndislər, texniki işçilər, fəhlə personalı

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində təhlükəli maddələrlə çalışan əməkdaşlara dağılma hallarının səbəbləri, riskləri və aradan qaldırılması üsulları barədə nəzəri və praktiki biliklərin verilməsi, eyni zamanda neft sənayesində baş verə biləcək istehsalat, texniki və təbii dağılmalar zamanı təhlükəsizliyin təmin olunması, istehsal proseslərinin davamlılığının qorunması və insan resurslarının mühafizəsi üzrə onların bilik və bacarıqlarının artırılmasını təmin etməkdən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlim kursunun həyata keçirilməsi nəticəsində təşkilatda təhlükəli maddələrin dağılması ilə bağlı risklərin vaxtında müəyyən olunması və effektiv idarə edilməsi təmin edilir, qəza və fövqəladə halların qarşısı alınır, əməliyyatların fasiləsizliyi qorunur və maddi itkilər minimuma endirilir. Eyni zamanda, əməkdaşların hazırlıq səviyyəsinin artırılması təşkilatda təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə, beynəlxalq standartlara uyğunluğun təmin olunmasına və ümumi istehsalat səmərəliliyinin yüksəldilməsinə kömək edir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçılara təhlükəli maddələrin dağılması hallarında düzgün və operativ qərarvermə bacarıqları qazandırır, risklərin qiymətləndirilməsi və idarə olunması üzrə biliklərini artırır. Onlar fövqəladə vəziyyətlərdə təhlükəsiz davranış qaydalarını mənimsəyir, dağılmaların aradan qaldırılması üçün tətbiq olunan müasir üsul və vasitələrdən istifadə etməyi öyrənirlər.

Təlim Proqramı (Günlər Üzrə)

1. Dağılma anlayışının və dağılmaların əsas növlərinin qısa izahı. Təhlükəli maddələrin sinifləri. İstehsalat prosesi zamanı istifadə olunan təhlükəli maddələr. Təhlükəli maddələrin daşınması və saxlanması qaydaları.
2. Dağılmaların baş vermə səbəbləri, potensial risk mənbələri (quyular, kəmərlər, nasos stansiyaları, kimyəvi anbarlar, yükləmə-boşaltma əməliyyatları və s). Potensial təhlükələr və təsirlər (insan sağlamlığına, ətraf mühitə və əməliyyatlara təsir).. 
3. Dağılmanın və sızmanın tanınması və qiymətləndirilməsi. Risklərin, miqdarın və potensial təsirlərin qiymətləndirilməsi. Çirklənmə riskinin qiymətləndirilməsi. Dağılmalara qarşı mühəndis və inzibati nəzarət variantları. Neft Dağılmalarına Qarşı Cavab, Kimyəvi Maddələrin Dağılması və Cavab , Qaz Sızmalarına Qarşı Cavab ayrılıqda qısa izahı.
4. Real neft və kimyəvi dağılma hadisələrinin nümunələrinin (case study) təhlili və müzakirəsi. 
5. Çirklənmə hadisəsinə cavab planının hazırlanması. Dağılmalara Qarşı Cavabın Ümumi Prinsipləri (“STOP – ASSESS – ACT” yanaşması)
6. Dağılma hallarında əlaqələndirmə və kommunikasiya mexanizmlərinin qurulması (dövlət qurumları, fövqəladə hallar xidməti və digər aidiyyəti tərəflərlə əməkdaşlıq və s.). Baş vermiş dağılmanın araşdırılması və öyrənilmiş dərslər. Praktiki dağılma hadisəsi üzrə simulyasiya (komanda koordinasiya məşqi).
7. Biliklərin qiymətləndirilməsi