Menyu

Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat

Kateqoriya: Dənizdə sağqalma Müddət: 1 gün Format: Əyani Təlim dili: İngilis, Azərbaycan, Rus

Kimlər üçündür?

  • Gəmi kapitanı
  • Komandir və sıravi heyət üzvləri və qeyri dənizçilər

Niyə bu təlim?

“Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat” təliminin məqsədi iştirakçılara gəmi mühafizəsi üzrə əsas prinsipləri, potensial təhlükə və təhdidləri tanımaq, təhlükəsizlik risklərini qiymətləndirmək və onların qarşısının alınması üçün müvafiq tədbirləri tətbiq etmək bacarıqları qazandırmaqdır.

Təlim çərçivəsində iştirakçılara gəmidə təhlükəsizlik prosedurları, girişə nəzarət, şübhəli fəaliyyətlərin aşkar edilməsi və bildirilməsi, eləcə də fövqəladə təhlükəsizlik hallarında düzgün reaksiya verilməsi qaydaları öyrədilir.

Eyni zamanda bu təlim, iştirakçıların beynəlxalq tələblərə (xüsusilə ISPS Code və STCW tələblərinə) uyğun şəkildə gəmi mühafizəsinin təmin edilməsində effektiv rol oynamasını və ümumi təhlükəsizlik mədəniyyətinin gücləndirilməsini təmin etməyi hədəfləyir.

Sertifikatlaşdırma

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi

CTCC və RİNN DDLA

Təlim necə keçirilir?

Mühazirələr

Təşkilata faydalası

Bu təlim təşkilatda gəmi mühafizəsi ilə bağlı risklərin effektiv idarə olunmasına imkan yaradaraq qeyri-qanuni müdaxilə, sabotaj, oğurluq və digər təhlükəsizlik təhdidlərinin qarşısının alınmasına kömək edir. Təlim keçmiş heyət sayəsində təhlükəsizlik prosedurlarına riayət səviyyəsi yüksəlir və potensial risklər vaxtında aşkar edilərək zərərsizləşdirilir.

Eyni zamanda, təlim beynəlxalq tələblərə (xüsusilə ISPS Code və STCW standartlarına) uyğunluğun təmin edilməsinə dəstək verir, audit və yoxlamalara hazırlıq səviyyəsini artırır və hüquqi riskləri minimuma endirir.

Təhlükəsizlik tədbirlərinin düzgün tətbiqi nəticəsində gəmi və yükün qorunması təmin olunur, əməliyyatların fasiləsizliyi və etibarlılığı artır. 

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçıya gəmi mühafizəsi ilə bağlı əsas anlayışları və potensial təhlükə mənbələrini düzgün tanımaq bacarığı qazandırır, onun təhlükəsizlik risklərini daha dəqiq qiymətləndirməsinə imkan yaradır. İştirakçı girişə nəzarət, şübhəli davranışların aşkar edilməsi və vaxtında bildirilməsi üzrə praktiki vərdişlər əldə edir.

Eyni zamanda, o, gəmidə tətbiq olunan təhlükəsizlik prosedurlarına uyğun hərəkət etməyi, fövqəladə təhlükəsizlik hallarında düzgün və operativ reaksiya verməyi öyrənir. Bu bacarıqlar iştirakçının həm öz təhlükəsizliyini, həm də gəmi və heyətin təhlükəsizliyini qorumasına imkan verir.

Təlim Proqramı (Günlər Üzrə)

Giriş. 
1. Maarifləndirmə vasitəsilə dənizdə mühafizənin gücləndirilməsi
1.1 Dəniz mühafizəsi şərtləri və bu mövzu üzrə təriflər, o cümlədən dəniz quldurluğu və silahlı soyğunçuluğa aid ola biləcək elementlər
1.2 Beynəlxalq dəniz Mühafizə təhlükəsizliyi siyasəti və hökumətlərin, şirkətlərin və şəxslərin öhdəlikləri
1.3 Dənizdə mühafizə səviyyələri və onların gəmidə və liman vasitələrində mühafizə tədbirləri və prosedurlarına təsiri
1.4 Mühafizə hesabatlarının prosedurları
1.5 Fövqəladə hallar zamanı mühafizə planları 

2. Mühafizə təhdidlərinin tanınması
2.1 Mühafizə tədbirlərinin qarşısını almaq üçün istifadə edilən üsullar
2.2 Potensial Mühafizə təhdidlərinin, o cümlədən piratçılıq və silahlı quldurluqla əlaqəli elementlərin tanınması
2.3 Silahların, təhlükəli maddələrin və cihazların tanınması və onların vura biləcəyi zərərin fərqinə varılması
2.4 Mühafizə ilə əlaqəli məlumatların  və kommunikasiyaların idarə edilməsi

3. Mühafizəyə dair məlumatlılığın və sayıqlığın qorunmasının zəruriliyi və üsullarının dərk edilməsi
3.1 Müvafiq konvensiyalar, kodekslər və BDT sirkulyarlarına əsasən məşq və təlimləri 

4. Qiymətləndirmə