Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Takelajçı peşəsi üzrə çalışan işçilər, yükqaldırma sahəsinə cəlb edilmiş işçilər
Niyə bu təlim?
“Takelajçı” (qoşma və qaldırma) ixtisası üzrə təlim kursunun məqsədi, müxtəlif istehsalat sahələrində çalışan işçilərə takelaj avadanlıqlarının quruluşu və təhlükəsiz istismarı qaydalarını öyrətmək, yükqaldırma və takelaj əməliyyatlarının təhlükəsiz, düzgün və səmərəli yerinə yetirilməsi üçün zəruri bilik və praktiki bacarıqları aşılamaqdan ibarətdir. Bu kurs vasitəsilə iştirakçıların əməyin mühafizəsi, texniki təhlükəsizlik tələbləri, risklərin qiymətləndirilməsi və yükün düzgün idarə olunması üzrə peşəkar səriştələrinin artırılması təmin edilir.
Sertifikatlaşdırma
CTCC və FHN
Təlim necə keçirilir?
Təşkilata faydalası
“Takelajçı” təlim kursunun təşkilata faydası ondan ibarətdir ki, yükqaldırma və takelaj əməliyyatlarının təhlükəsiz və düzgün icrası təmin olunur, istehsalat sahələrində qəza və insidentlərin başvermə riski minimuma endirilir. Bu təlim vasitəsilə işçilərin peşəkarlıq səviyyəsi və məsuliyyət hissi artır, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət güclənir. Nəticədə insan resurslarının qorunması, avadanlıqların zədələnməsinin qarşısının alınması, iş proseslərinin fasiləsiz və səmərəli təşkili təmin edilir.
İştirakçı üçün yaratdığı dəyər
İştirakçılar yükqaldırma və takelaj əməliyyatlarının təhlükəsiz və düzgün icrası üzrə nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnirlər. Bu təlim onların əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun işləmək səriştəsini artırır, riskləri düzgün qiymətləndirmə və qarşısını alma bacarığını formalaşdırır. İştirakçılar yükün çəkisinin və ağırlıq mərkəzinin müəyyən edilməsi, uyğun avadanlıqların seçilməsi və düzgün istifadə olunması kimi vacib peşə vərdişlərini mənimsəyirlər.
Təlim Proqramı (Günlər Üzrə)
1 Nəzəri hissə
1.1 Dinləyicilərin qeydiyyatı və İlkin təlimatın keçirilməsi. Yükqaldırma əməliyyatları haqqında ümumi məlumat
1.2 LOLER qaydaları haqqında ümumi məlumat (İzahı,Tətbiqi). Güc və sabitlik. İnsan qaldıran yükqaldırma avadanlıqları
1.3 Yerləşdirmə və Quraşdırma. İşarələnmə. İşin təşkili və Planlaşdırma. Əsaslı yoxlama və inspeksiya
1.4 Yükqaldırma əməliyyatları zamanı Takelajçının vəzifə və öhdəlikləri. Takelajçının təhlükəsizliyi
1.5 Qaldırıcı tirin yoxlanılması. Qulaqcıqların yükə uyğun düzgün seçilməsi. Tir arabaların növləri
1.6 Tir arabalarından düzgün istifadə qaydaları. İtələməklə hərəkətə gələn tir arabaları. Çarxla işləyən tir arabaları
1.7 Tir qapmalarının növlərinə görə təhlükəsiz istifadə qaydaları. Zəncirli tallar haqqında ətraflı məlumat
1.8 Zəncirli talın minimum və maksimum bucaqda istifadə qaydaları. Zəncirli talın istifadəyə yararlığının yoxlanılması. Çarpaz ötürmələr zamanı icazə verilən bucaq
1.9 Qollu tallar. Qollu talın istifadəyə yararlığının yoxlanılması. Təhlükəsizlik faktoru
1.10 Troslar, Zəncirlər, Lifli burazlar, Talreplər, Pazlı sıxaclar haqqında məlumat
1.11 Sırğalar, rımboltlar, qarmaqlar, qaldırıcı tirlər haqqında məlumat.
1.12 Üfüqi lövhə qaldıran sıxaclar. Şaquli lövhə qaldıran sıxaclar. Sıxacların yararsızlıq kriteriyaları
1.13 Çəkilər və ölçü vahidləri. Qoşqu nöqtələrinin sayına görə aksesuarın SWL - WLL-nin təyin olunması. İlgəklərin növləri. ilgəklərin istifadə qaydaları, ilgəklərin düzgün istiqaməti. Qoşqu nöqtələri üçün tələb olunan tələblər
1.14 Takelaj anbarından aksesuarların qeydiyyata alınaraq təhvil alınması. Avadanlıqların qeydiyyatı. Rəng kodları. İstifadədən sonra aksesurların takelaj anbarına qaytarılması. Sertifikatların yoxlanılması
1.15 Ümumi Qaydalar.
Fərqli konfiqurasiyalarda TİY-də (SWL) dəyişikliklər. Həddən artıq yükləmə
1.16 Nəzəri biliklərin yoxlanılması
2 Praktiki hissə
2.1 Fərdi qoruyucu vasitələrdən düzgün istifadə (əlcək, dəbilqə, qoruyucu ayaqqabı və s.). Takelajçının aparılacaq əməliyyat haqqında iş öncəsi təlimat keçməsi
2.2 İşin planlaşdırılması. Vəzifə bölgüsü. Risklərin düzgün qiymətləndirilməsi. Yükün çəkisini və mərkəzini düzgün qiymətləndirmək. Ərazinin baryerə alınması
2.3 Yükə uyğun aksesuarın seçilməsi. Avadanlığın yükə uyğunluğunun yoxlanması
2.4 Yükqaldırma əməliyyatlarından öncə aksesuarların yoxlanılması. Yükün düzgün ilməklənməsi
2.5 Yüklərin maneələrdən təhlükəsiz şəkildə keçirilməsi
2.6 Çarpaz ötürmələr zamanı düzgün mövqe seçimi. Düzgün göstərişlərin verilməsi
2.7 Yükün qoyulacaq yerinin hazırlanması. Əməliyyatın sonunda aksesuarların yoxlanıb anbara təhvil verilməsi
2.8 Praktiki biliklərin yoxlanılması