Menyu

Mexaniki avadanlıqların təmiri, istismarı və texniki qulluq

Kateqoriya: Mexanika və Energetika Müddət: 3 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • “Mexaniki avadanlıqların təmiri, istismarı və texniki qulluq” sahəsində çalışan işçi heyət

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan mütəxəssislərə müasir, məhsuldarlığı və dəqiqliyi yüksək olan mexaniki avadanlıqların konstruktiv quruluşu, işləmə və istismar xüsusiyyətləri, təmir texnologiyaları və texniki xidmət növləri haqqında geniş biliklər vermək, eyni zamanda onların peşəkar bilik və bacarıqlarını artıraraq iş prosesində baş verə biləcək qəzaların minimuma endirilməsinə nail olmaq və təşkilatda təhlükəsizlik mədəniyyətinin, o cümlədən SOCAR-ın əsas korporativ dəyərlərindən olan “Təhlükəsizlik” prinsipinin nəzəri əsaslarının möhkəmləndirilməsini təmin etməkdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlim kursunun keçirilməsi nəticəsində mexaniki avadanlıqların istismarı və texniki qulluğu zamanı təhlükəsizlik qaydalarına riayət səviyyəsi yüksəlir, qəza, nasazlıq və istehsalat xəsarətləri riski minimuma endirilir. İşçi heyətin bilik və bacarıqlarının artırılması avadanlıqların daha səmərəli və düzgün istismarına, texniki xidmət və təmir işlərinin keyfiyyətinin yüksəlməsinə şərait yaradır. Nəticədə istehsalat prosesində fasilələr azalır, avadanlıqların istismar müddəti uzanır, əlavə xərclərin və itkilərin qarşısı alınır, həmçinin hüquqi və maliyyə riskləri azalaraq təşkilatda təhlükəsizlik mədəniyyəti güclənir və ümumi fəaliyyət effektivliyi artır.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçılara mexaniki avadanlıqların quruluşu, işləmə prinsipləri, istismar xüsusiyyətləri, texniki qulluq və təmir qaydaları üzrə geniş nəzəri və praktiki biliklər qazandırır. İştirakçılar avadanlıqlarla təhlükəsiz işləməyi, nasazlıqları vaxtında aşkar etməyi və aradan qaldırma üsullarını, həmçinin texniki xidmət işlərini düzgün planlaşdırıb icra etməyi öyrənirlər. Nəticədə onların peşəkar səriştəsi artır, təhlükəsizlik səviyyələri yüksəlir və iş mühitində daha effektiv, məsuliyyətli və inamlı fəaliyyət göstərmələri təmin olunur.

Təlim Proqramı (Günlər Üzrə)

1. Neft - kimya istehsalında istismar olunan mexaniki avadanlıqlar haqqında məlumat
2. Mexaniki avadanlıqların konstruktiv quruluşları, təhlükəsiz istismar qaydaları və işləmə xüsusiyyətləri
3. Mexaniki avadanlıqlarda səsin, titrəyişin və yeyilmələrin baş vermə səbəbləri və onların azaldılması yolları
4. Mexaniki avadanlıqlarda istifadə olunan yağlar və yağlama üsulları
5. Mexaniki avadanlıqlarda nasazlıqların diaqnostikası və Root Cause Analysis (RCA) 
6. Mexaniki avadanlıqların təmir texnologiyası / Cari və əsaslı təmir / Təmir zamanı təhlükəsizlik qaydaları
7. Mexaniki avadanlıqların təmir cədvəlinin və qüsur aktının tərtib olunma qaydaları
8. Mexaniki avadanlıqların korroziyadan mühafizə qaydaları
9. Mexaniki avadanlıqların təmirdən sonra sınaqdan keçirilmə üsulları
10. Mexaniki avadanlıqların istismarında istifadə olunan nəzarət ölçü cihazları və avtomatika sistemi haqqında
11. Mexaniki avadanlıqlara göstərilən texniki xidmətin növləri və yerinə yetirilmə qaydaları / SAP PM modulunda texniki xidmətlərin  idarə olunması 
12. Biliklərin qiymətləndirilməsi