Menyu

Sürətli xilasetmə qayıq mütəxəssisi

Kateqoriya: Dənizdə sağqalma Müddət: 3 gün Format: Əyani Təlim dili: İngilis, Azərbaycan, Rus

Kimlər üçündür?

  • Gəmi kapitanı
  • Komandir və sıravi heyət üzvləri və qeyri dənizçilər

Niyə bu təlim?

Sürətli xilasetmə qayıq mütəxəssisi təlimi iştirakçılara sürətli xilasetmə qayığının (SXQ) konstruksiyası və avadanlıqları haqqında ətraflı bilik vermək, qayığın təhlükəsiz şəkildə suya endirilməsi və qaldırılması prosedurlarını mənimsətmək, çətin hava və dəniz şəraitində effektiv manevr etmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Təlim çərçivəsində iştirakçılar axtarış və xilasetmə əməliyyatlarının planlaşdırılması və icrası, xilas edilmiş şəxslərə ilkin tibbi yardımın göstərilməsi üzrə praktiki vərdişlər əldə edir, həmçinin hazırlıq səviyyələri STCW Convention və SOLAS Convention tələblərinə uyğun şəkildə inkişaf etdirilir.

Sertifikatlaşdırma

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi

CTCC və RİNN DDLA

Təlim necə keçirilir?

Mühazirələr
Praktiki məşğələlər

Təşkilata faydalası

Təlimi təşkilat üçün təhlükəsizlik və əməliyyat effektivliyi baxımından əhəmiyyətli faydalar yaradır. Bu təlim nəticəsində heyətin axtarış və xilasetmə əməliyyatlarını operativ və peşəkar şəkildə icra etmək bacarığı artır, bu da fövqəladə hallarda insan həyatının xilas edilməsi imkanlarını yüksəldir və qəza nəticələrinin minimuma endirilməsinə kömək edir.

Təlim keçmiş personal sürətli xilasetmə qayığından düzgün və təhlükəsiz istifadə etməyi, çətin hava və dəniz şəraitində effektiv fəaliyyət göstərməyi bacardığı üçün əməliyyatların fasiləsizliyi və təhlükəsizlik səviyyəsi artır. Bununla yanaşı, təşkilatın fəaliyyəti STCW Convention və SOLAS Convention tələblərinə uyğunlaşır, bu da audit və yoxlamalarda müsbət nəticələrin əldə olunmasına və beynəlxalq standartlara uyğunluğun təmin edilməsinə şərait yaradır.

Nəticə etibarilə, təşkilat fövqəladə hallara hazırlıq səviyyəsini yüksəldir, hüquqi və maliyyə risklərini azaldır, işçi heyətin peşəkarlığını artıraraq ümumi fəaliyyətin etibarlılığını və nüfuzunu gücləndirir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçının praktiki bacarıqlarının və fövqəladə hallara hazırlıq səviyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına yönəlib. Təlim nəticəsində iştirakçı sürətli xilasetmə qayığının idarə olunmasını, onun təhlükəsiz şəkildə suya endirilməsi və qaldırılması prosedurlarını, həmçinin çətin hava və dəniz şəraitində effektiv manevr etmə bacarıqlarını mənimsəyir.

İştirakçı axtarış və xilasetmə əməliyyatlarının düzgün təşkili və icrası, xilas edilmiş şəxslərə ilkin tibbi yardımın göstərilməsi üzrə praktiki vərdişlər qazanır və fövqəladə hallarda operativ, düzgün qərar vermə qabiliyyətini inkişaf etdirir.

Təlim Proqramı (Günlər Üzrə)

1. Sürətli xilasetmə qayıqlarının quruluşu, texniki xidməti, təmiri və təchizatı
2. Hava ilə doldurulmuş sürətli xilasetmə qayıqlarının bölmələrinin doldurulub-boşaldılması, texniki xidməti və qəza təmirinə dair biliklər
3. Sürətli xilasetmə qayıqlarının dərhal suya buraxılması və istismarı üçün lazım olan endirmə və qaldırma qurğusunun hazırlığının qiymətləndirilməsi (suya endirmə və qaldırma qurğusuna məsul şəxs, sürətli xilasetmə qayıqlar üzrə məsul şəxs)  
4. Sürətli xilasetmə qayıqlarında quraşdırılan bucurğadların, əyləclərin, iplərin və digər avadanlıqların istismarı o cümlədən, məhdudiyyətlər
5. Suya endirmə və qaldırma zamanı təhlükəsizlik tədbirləri (suya endirmə avadanlıqları və qurğuları üzrə məsul şəxs, sürətli xilasetmə qayıqları üzrə məsul şəxs)  
6. Fırtınalı və pis hava şəraətində SXQ-nın suya endirilməsi və qaldırılması (suya endirmə avadanlıqları və qurğuları üzrə məsul şəxs, sürətli xilasetmə qayıqlar üzrə məsul şəxs)  
7. Sürətli xilasetmə qayıqlarının xüsusi xüsusiyyətləri, imkanları və məhdudiyyətləri
8. Çevrilmiş sürətli qayığın bərpa edilməsi üzrə prosedurlar 
9. Pis hava və dəniz şəraitində sürətli xilasetmə qayığının idarə edilməsi
10. Sürətli xilasetmə qayıqlarında naviqasiya və təhlükəsizlik avadanlıqları
11. Axtarış qurğuları və ətraf mühitin təsiri
12. Sürətli xilasetmə qayıqlarının və onun hissələrinin işə salınması və istifadəsi üsulları
13. Qiymətləndirmə