Menyu

“Peşəkar səviyyəli ilk yardım”

Kateqoriya: SƏTƏM Müddət: 2 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Kurs tibbi yardım briqadası gələnə qədər zərərçəkmişi həyatda saxlamağın zəruri olduğu şəraitdə müvafiq peşəkar yardımın göstərilməsi üçün səfərbər edilə biləcək işçi heyəti üçün nəzərdə tutulmuşdur.

Niyə bu təlim?

“Peşəkar səviyyəli ilk yardım” maarifləndirmə kursunun əsas məqsədi ilk yardım sahəsində beynəlxalq standartlara uyğun biliklərin iştirakçılara çatdırılması, peşəkar tibbi yardım göstərilənədək insan həyatının qorunması, əlillik riskinin azaldılması və mümkün fəsadların qarşısının alınmasıdır. Eyni zamanda, təlim iştirakçılarında yalnız nəzəri biliklərin deyil, həm də stress şəraitində soyuqqanlı davranmaq, vəziyyəti düzgün qiymətləndirmək və komanda ilə effektiv işləmək bacarıqlarının formalaşdırılması hədəflənir. Kurs çərçivəsində ilk yardımın davamlı yenilənən və öyrənilən bir sahə olduğu vurğulanaraq, cəmiyyət daxilində tibbi savadlılığın artırılması və bu biliklərin hər kəs üçün əlçatan olması təşviq edilir.

Eləcə də iştirakçılarda panikaya düşmədən hadisə yerində vəziyyəti düzgün qiymətləndirmək, operativ və doğru qərar vermək vərdişlərinin inkişaf etdirilməsi, ən çox rast gəlinən təcili hallarda peşəkar ilk yardımın əsas prinsiplərinin mənimsədilməsi və bədbəxt hadisələr zamanı xəsarət almış şəxslərə düzgün müdaxilə etməklə ölüm və ya əlillik risklərinin minimuma endirilməsinə nail olmaqdır.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlim kursunun təşkilata faydası iş yerlərində baş verə biləcək qəza və fövqəladə hallara operativ və düzgün müdaxilə imkanlarının artırılması ilə özünü göstərir. İşçi heyətin ilk yardım biliklərinin yüksəldilməsi nəticəsində bədbəxt hadisələrin ağır nəticələrinin qarşısı alınır, əməkdaşların sağlamlığı və təhlükəsizliyi daha effektiv qorunur. Bu isə insan resurslarının itkisinin azalmasına, iş prosesinin fasiləsizliyinin təmin olunmasına və istehsalatda dayanmaların minimuma endirilməsinə səbəb olur.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçılar üçün ilk növbədə həyatqurtaran bilik və bacarıqların əldə olunmasına şərait yaradır. Onlar fövqəladə hallarda panikaya düşmədən vəziyyəti düzgün qiymətləndirməyi, operativ qərar verməyi və peşəkar səviyyədə ilk yardım göstərməyi öyrənirlər. Bu biliklər sayəsində iştirakçılar həm iş mühitində, həm də gündəlik həyatda baş verə biləcək qəza və ya sağlamlıq problemləri zamanı insan həyatını qorumaq və ağır fəsadların qarşısını almaq imkanına malik olurlar.

Təlim Proqramı (Günlər Üzrə)

1. Peşəkar səviyyəli ilk yardım anlayışı və ilk yardımın əsaslarından fərqi / Beynəlxalq və milli standartlar 
2. Sənaye müəssisələrində ən çox yayılmış qəzalar və risklər / 2-ci səviyyəli ilk yardım çantası ilə tanışlıq
3. Huşsuz insana yardım və ona təhlükəsiz vəziyyətin verilməsi  / Xəsarət nahiyəsinə sadə və müxtəlif növ sarğıların qoyulması / Qanla keçən xəstəliklərdən və digər təhlükələrdən qorunma 
4. Astma, anafilaksiya, allergik reaksiyalar zamanı ilk yardım 
5. Sınıqlar, çıxıq və burxulmalar zamanı immobilizasiya üsulları / Kütləvi xəsarətlər zamanı (Mass Casualty Incident - MCI) triage prinsipləri
6. Ürək tutması (stenokardiya tutmaları, miokard infarktı) / insult (FAST şkalası ilə tanınması), qıcolma və epileptik tutmalar, şəkər düşməsi və yüksəlməsi (hipo və hiperglikemiya), zəhərlənmələr (dərman, qida, inhalasiya) zamanı peşəkar ilk yardım
7. Qanaxma dayandırma üsullarının tətbiqi
8. Sarğı və immobilizasiya praktiki məşğələləri
9. Kütləvi xəsarətlər zamanı triage prinsiplərinin simulyasiyası
10. Biliklərin yoxlanılması