Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Rəhbər
- Mühəndis-texniki heyət
Niyə bu təlim?
Təlimin məqsədi iş yerlərində təhlükəli və riskli işlərin icrasından əvvəl İşin İcrasına İcazə sisteminin düzgün və effektiv tətbiq olunması üzrə bilik və bacarıqların dinləyicilərə aşılanması, icazə sənədlərinin düzgün tərtibi, yoxlama və təsdiq prosedurlarının mənimsədilməsi, məsul şəxslərin, rəhbərlərin və icraçıların öhdəlik və məsuliyyətlərinin aydın şəkildə dərk etdirilməsi, işlərin təhlükəsiz aparılması üçün əməkdaşlıq və koordinasiya qaydalarının formalaşdırılması, eləcə də qəza, xəsarət və yanğın hallarının qarşısının alınmasına yönəlmiş profilaktik təhlükəsizlik tədbirlərinin tətbiqinin təmin edilməsindən ibarətdir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlimin təşkili nəticəsində təşkilatda İşin İcrasına İcazə sisteminin vahid və effektiv tətbiqi təmin olunur, təhlükəli və riskli işlər üzərində nəzarət gücləndirilir, icazə prosedurlarına riayət səviyyəsi yüksəlir, qəza, xəsarət və yanğın hallarının başvermə ehtimalı əhəmiyyətli dərəcədə azalır, məsul şəxslər arasında koordinasiya və kommunikasiya yaxşılaşır, iş prosesləri daha planlı və təhlükəsiz şəkildə həyata keçirilir.
İştirakçı üçün yaratdığı dəyər
Bu təlim iştirakçılara İşin İcrasına İcazə sisteminin mahiyyətini dərindən anlamaq, icazə sənədlərini düzgün tərtib etmək və tətbiq etmək bacarıqları qazandırır, işə başlamazdan əvvəl riskləri müəyyən edib qiymətləndirmə vərdişlərini inkişaf etdirir, təhlükəsiz qərarvermə və məsuliyyətli yanaşmanı formalaşdırır, iş prosesində digər əməkdaşlarla effektiv koordinasiya və kommunikasiya qurmağa imkan yaradır, eyni zamanda qəza və xəsarət risklərini minimuma endirməklə həm şəxsi təhlükəsizliyi, həm də peşəkar səriştəni artırır.
Təlim Proqramı (Günlər Üzrə)
1. Mövcud qanunvericilik və standartlar / Bizi qoruyan qaydalar
2. İşə İcazə Sistemi ilə bağlı vəzifələr və rollar
3. SOCAR - da tətbiq edilən İşə İcazə Sənədlərinin növləri:
4. Köməkçi sertifikat və naryadlar:
5. İşə icazə sənədi verilməzdən öncə işin xüsusiyyətinə uyğun olaraq tələb edilə biləcək köməkçi sənədlər:
6. İşə İcazə Sənədinin doldurulması qaydası
7. Dəyişikliklərin idarə olunması
8. Baş vermiş hadisələrin müzakirəsi və Öyrənilmiş Dərslər
9. İşə Nəzarət prosesi ardıcıllığı / İşə İcazə Sisteminin tətbiqi / İİS üzrə gündəlik planlaşdırma iclasları
10. İşin İcrasına İcazə tələblərinin pozulması / İşə İcazə ofisinin işinin təşkili / İcazə və sertifikatların əhatə dairəsi / İcazələrin və sertifikatların paylanması / İşə icazənin etibarlılıq müddəti
11. İİS-nin dondurulması (müvəqqəti dayandırma) / İcazələrin təhvil-təslimi (yenidən verilməsi və qaytarılması) / Qəza dayandırılması və Fövqəladə halların idarə olunması
12. Risklərin qiymətləndirilməsi:
13.Eyni vaxtda aparılan toqquşma potensiallı paralel əməliyyatların (SIMOPs) idarə olunması
14.Təlim və səriştəlilik / Monitorinq, özünü qiymətləndirmə və auditlər
15. Biliklərin yoxlanılması