Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- SOCAR-ın neft və neft məhsulları ilə işləyən müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən sahə rəhbərləri, mühəndislər, texniki işçilər
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR-ın neft və neft məhsulları ilə işləyən müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən rəhbər heyətə və mütəxəssislərə qəza nəticəsində baş verən neft dağılmalarının idarə olunması sahəsində zəruri nəzəri bilik və praktiki bacarıqların aşılanmasıdır. Bu çərçivədə iştirakçılara neft dağılmalarının səbəbləri, ətraf mühitə təsirləri və riskləri barədə məlumat verilməsi, fövqəladə hallar zamanı operativ idarəetmə və düzgün qərarvermə bacarıqlarının inkişaf etdirilməsi təmin edilir.
Eyni zamanda, NDİOP tələbləri, aidiyyəti qanunvericilik, normativ sənədlər, əmrlər və fəaliyyət planları üzrə biliklərin mənimsədilməsi, neft dağılmalarına qarşı mübarizədə istifadə olunan texniki vasitə və avadanlıqlardan (bum, skimmer, sorbent və s.) düzgün istifadə qaydalarının öyrədilməsi, həmçinin simulyasiya və praktiki məşqlər vasitəsilə real vəziyyətlərə hazırlığın artırılması bu təlimin əsas məqsədlərindən biridir. Bununla yanaşı, ətraf mühitin mühafizəsi üzrə milli və beynəlxalq tələblərə uyğun fəaliyyət göstərmək bacarıqlarının formalaşdırılması təmin olunur.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlimin təşkilata əsas faydası neft dağılmalarının qarşısının alınması, baş vermiş halların operativ və effektiv şəkildə idarə olunması, eləcə də ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinin təmin edilməsidir. Təlim nəticəsində işçi heyətin NDİOP tələbləri, mövcud qanunvericilik və fəaliyyət planları üzrə bilik və bacarıqları artırılaraq fövqəladə hallara hazırlıq səviyyəsi yüksəldilir.
Eyni zamanda, neft dağılmalarına qarşı mübarizə tədbirlərinin düzgün təşkili və texniki vasitələrdən səmərəli istifadə sayəsində ekoloji risklərin və qəza nəticəsində yarana biləcək maliyyə itkilərinin azaldılması mümkün olur. Bu isə təşkilatın əməliyyat davamlılığını təmin edir, hüquqi öhdəliklərə uyğunluğu gücləndirir
İştirakçı üçün yaratdığı dəyər
Bu təlim iştirakçılara neft dağılmalarının səbəblərini, təsirlərini və risklərini dərindən anlamaq, fövqəladə hallarda operativ və düzgün qərarlar qəbul etmək, eləcə də neft dağılmalarının idarə olunması üzrə praktiki bacarıqlar qazanmaq imkanı yaradır. Təlim zamanı iştirakçılar texniki vasitələrdən düzgün istifadə qaydalarını öyrənir, real şəraitə uyğun simulyasiya və praktiki məşqlər vasitəsilə təcrübə əldə edirlər.
Təlim Proqramı (Günlər Üzrə)
1• SOCAR NDİOP və SOCAR BVFHİOP qarşılıqlı əlaqəsi
• SOCAR-da neft dağılmalarının idarə olunması sahəsində görülmüş işlər və cari vəziyyət, regional və milli planlar
• Neft dağılmalarına qarşı mübarizə sahəsində qanunvericilik bazası və SOCAR-ın korporativ tələbləri
• NDİOP məqsədi, əhatə dairəsi və tətbiq sahəsi
• Neft dağılması riski olan müəssisələrin infrastrukturu, önləyici tədbirlər və plan üzrə mövcud tələblər.
2• Qəza neft dağılmaları anlayışı və növləri
• Cavab tədbirlərinin məqsədi, dağılma amilləri, səbəbləri və mənbələri.
• Neft dağılmaların səviyyələri, qəzaların ləğvi strategiyası, taktikaları
• Cavab tədbirlərinin idarə edilməsi və qəza ləğvetmə əməliyyatları, Neft dağılmalarının nəticələrinin ləğvi və ekoloji təsirlərin minimallaşdırılması.
3• Real hadisələrin (case study) təhlili və müzakirəsi.
• Qəza neft dağılmalarına qarşı qabaqlayıcı tədbirlər
• Neft dağılması risklərinin qiymətləndirilməsi və idarə olunması
• Ləğvetmə əməliyyatlarına cəlb olunan vasitələr, ləvazimatlar, avadanlıqlar, mobilizasiya və demobilizasiya.
4• Neft dağılması riski olan müəssisələrin NDİOP əsasında fəaliyyət planının hazırlanması
• Təlim-məşq proqramlarının hazırlanması, razılaşdırılması və təşkili
• Təlim-məşq proqramlarının SOCAR müəssisələri və dövlət qurumları ilə əlaqələndirilməsi, təlim-məşq proqramlarının praktiki aspektləri
5• Neft dağılması risklərinin qiymətləndirilməsi, neft və neft məhsulları dağılması ehtimalı yüksək olan obyektlərdə qurğular, boru kəmərləri, çənlər, infrastrukturun texniki qiymətləndirilməsi və ekspertizası.
• Neft dağılmalarına qarşı cavab tədbirləri üzrə mövcud imkanların qiymətləndirilməsi, müəssisənin hazırlığı
• Spill-kit dəstləri və avadanlıqları
• Dağılmış neftin həssas sosial-ekoloji ərazilərə təsirləri və onların mühafizəsi
• Ekoloji və sosial-iqtisadi həssaslıq xəritəsi üzrə qiymətləndirmə.
6 • Resursların öncədən müəyyən edilməsi
• Peyk texnologiyalarından istifadə etməklə monitorinq məlumatlarının əlçatanlığı
• Dəniz nəqliyyatı, adı və texniki vasitələri qeyd olunmaqla ilk çağırış əsasında cəlb edilməsi
• Neft dağılmasının qarşısının alınması və ləğvi üçün ixtisaslaşmış təşkilatın cəlb olunması
7 • Neft dağılmasının proqnoz modelləşdirilməsi
• Neft dağılmaları zamanı ətraf mühitin monitorinqi və ekoloji hesabatlar.
• Dağılmalar zamanı daxili və xarici kommunikasiya, maraqlı tərəflərlə əlaqə, KİV və ictimaiyyətlə münasibətlərin idarə olunması.
• Neft dağılmaları zamanı vəhşi təbiətin qorunması, xilası və bərpa edilməsi, könüllülərin vəhşi təbiətin xilasetmə əməliyyatlarına cəlb edilməsi.
9• Neft dağılmalarında formalaşan tullantıların idarə olunması. Neftlə çirklənmiş ərazilərin bərpa edilməsi (Neftlə çirklənmiş torpağın təmizlənməsi metodları (in-situ, ex-situ yanaşmalar), Çirklənmiş suyun təmizlənməsi üsulları və s.)
10 Biliklərin qiymətləndirilməsi