Menyu

“Ofis təhlükəsizliyi”

Kateqoriya: SƏTƏM Müddət: 1 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Ofis əməkdaşları

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif idarə və müəssisələrinin ofislərində çalışan mütəxəssislərə ofis mühitində mövcud olan təhlükələr və risklər, onların yaranma səbəbləri, eləcə də baş verə biləcək fövqəladə hallar və qəzalar barədə geniş məlumat verməklə onların bu sahədə bilik və bacarıqlarının artırılmasını təmin etməkdir. Təlim çərçivəsində iştirakçılara ofis mühitində baş verə biləcək təhlükələri (yanğın, elektrik, sürüşmə-yıxılma, ergonomik risklər, texniki nasazlıqlar və s.) müəyyən etmə bacarıqları aşılanır, təhlükəsizlik qaydalarına əməl etməyin qəza risklərinin azaldılmasına təsiri izah olunur. Eyni zamanda zəlzələ, qaz sızması, elektrik çarpması kimi fövqəladə hallarda düzgün reaksiya vermə vərdişləri formalaşdırılır və əməkdaşların həm özlərinin, həm də iş yoldaşlarının təhlükəsizliyinə məsuliyyətli yanaşmaları təşviq edilir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlim kursunun həyata keçirilməsi nəticəsində ofis mühitində təhlükəsizlik səviyyəsi yüksəlir, potensial risklər vaxtında müəyyən edilərək aradan qaldırılır və qəza halları ilə bağlı itkilər minimuma endirilir. Əməkdaşların təhlükəsizlik qaydalarına riayət etməsi güclənir, fövqəladə hallara hazırlıq səviyyəsi artır və operativ reaksiya qabiliyyəti formalaşır. Bununla yanaşı, hüquqi və maliyyə riskləri azalır, əməliyyatların fasiləsizliyi təmin olunur və təşkilatda ümumi təhlükəsizlik mədəniyyəti möhkəmlənərək korporativ nüfuz yüksəlir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçıların ofis mühitində təhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırır, potensial riskləri tanıma və düzgün qiymətləndirmə qabiliyyətini inkişaf etdirir. Onlar yanğın, elektrik, sürüşmə-yıxılma və digər təhlükələrdən qorunma yollarını öyrənir, fövqəladə hallarda düzgün və operativ reaksiya vermə vərdişlərinə yiyələnirlər. Eyni zamanda, iştirakçılarda təhlükəsizlik qaydalarına məsuliyyətli yanaşma formalaşır, həm özlərinin, həm də iş yoldaşlarının təhlükəsizliyinin qorunmasına töhfə vermək bacarığı güclənir, nəticədə onların iş fəaliyyəti daha təhlükəsiz və səmərəli olur.

Təlim Proqramı (Günlər Üzrə)

1. Ofis şəraitində mövcud və potensial təhlükə və risklər, baş vermiş hadisələrin və öyrənilmiş dərslərin müzakirəsi
2. Sürüşmə, ilişmə və yıxılma riski yaradan təhlükəli şəraitin tanınması və məruzə edilməsi, keçidlərdən və  pilləkanlardan təhlükəsiz istifadə  
3. Ofis şəraitində yanğın təhlükəsizliyi, fövqəladə hallarda davranış və təxliyyə
4. Ofis avadanlığından təhlükəsiz istifadə və elektrik təhlükəsizliyi
5. Ofis şəraitində sanitar gigiyena və İlk yardım qaydaları