Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Yükqaldrıcı kranların, qaldırıcı qurğuların və avadanlıqların istismarında çalışan işçi heyət
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində yükqaldırma əməliyyatlarında çalışan işçilərə yükqaldırıcı kranların, qaldırıcı qurğuların və avadanlıqların istismarı zamanı əməyin mühafizəsi qaydaları, təhlükəsiz əmək şəraitinin təşkili və yükqaldırma vasitələrindən təhlükəsiz istifadə prinsipləri üzrə zəruri bilik və bacarıqların aşılanmasıdır.
Eyni zamanda, işçi heyətin peşə səriştəsinin artırılması, istehsalat prosesində baş verə biləcək qəzaların və risklərin minimuma endirilməsi, eləcə də SOCAR-ın əsas korporativ dəyərlərindən olan “Təhlükəsizlik” prinsipinin nəzəri və praktiki əsaslarının möhkəmləndirilməsi təmin edilir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlimin təşkilata əsas faydası yükqaldırma əməliyyatlarının təhlükəsiz və effektiv şəkildə həyata keçirilməsinin təmin olunması, əməyin mühafizəsi qaydalarına riayət səviyyəsinin yüksəldilməsi və istehsalat prosesində baş verə biləcək qəzaların və insidentlərin minimuma endirilməsidir. Təlim nəticəsində işçi heyətin bilik və bacarıqlarının artırılması sayəsində risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması mümkün olur.
Eyni zamanda, yükqaldırıcı kranların, qaldırıcı qurğuların və avadanlıqların düzgün istismarı təmin edilərək texniki nasazlıqların və avadanlıq zədələnmələrinin qarşısı alınır, bununla da istehsalatın fasiləsizliyi və əməliyyatların səmərəliliyi artır. Bu isə təşkilat üçün həm maliyyə itkilərinin azalmasına, həm də əmək mühafizəsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğunluğun təmin edilməsinə şərait yaradır.
İştirakçı üçün yaratdığı dəyər
Təlim nəticəsində iştirakçılar yükqaldırma əməliyyatları zamanı yarana biləcək təhlükələri əvvəlcədən müəyyən etməyi, təhlükəsiz qərarlar qəbul etməyi və fövqəladə hallara düzgün reaksiya verməyi öyrənirlər.
Eyni zamanda, iştirakçılar təhlükəsiz əmək davranış vərdişlərini formalaşdıraraq özlərinin və ətrafdakıların sağlamlığının qorunmasına töhfə verir, avadanlıqlardan düzgün və səmərəli istifadə bacarıqlarını inkişaf etdirirlər. Bu isə onların peşəkar səriştəsini artırır, iş yerində etibarlılığını yüksəldir və karyera inkişafına müsbət təsir göstərir.
Təlim Proqramı (Günlər Üzrə)
1. Yerli qaydalar və beynəlxalq standartlar, SOCAR-ın Bizi Qoruyan Qaydaları
2. Yükqaldırma avadanlıqlarının təhlükəsiz istismar qaydaları
3. Yükqaldırma əməliyyatlarında siqnal ötürülməsi və ünsiyyət standartları
4. Yüklərin yükqaldırıcı maşın və mexanizmlərlə yerinin dəyişdirilməsi, daşınması, yükləmə - boşaltması əməliyyatları zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları
5. Yükqaldırma əməliyyatlarına başlamazdan əvvəl istifadə edilən yük tutucu vasitələrin və qaldırıcı qurğuların saz vəziyyətdə olmasının yoxlanılma qaydaları
6. Yükqaldırıcı maşın və mexanizmlərdə istifadə olunan təhlükəsizlik qurğuları və cihazları
7. İlməkləmə və takelaj işlərinin yerinə yetirilməsində təhlükəsizlik tələbləri
8. Yükqaldırma əməliyyatları zamanı yarana biləcək təhlükələr - Atəş Xətti, düşən əşyalar, mexaniki və elektrik enerjisi və s. ilə bağlı risklər / Aradan qaldırılması yolları
9. Yükqaldırma əməliyyatlarında baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında məlumat / İstifadə edilən fərdi mühafizə vasitələri
10. Biliklərin qiymətləndirilməsi