Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Neft, qaz və kimya sənayesində çalışan sahə rəhbərləri, mühəndislər, texniki işçilər
Niyə bu təlim?
Təlimin məqsədi neft, qaz və kimya sənayesində çalışan işçilərin sağlamlığının və həyatının qorunmasını təmin etmək üçün onlara əməyin mühafizəsi normaları, təhlükəsizlik qaydaları və fövqəladə hallarda düzgün davranış bacarıqları üzrə biliklərin aşılanmasıdır. Eyni zamanda kurs çərçivəsində iştirakçıların hüquqi və praktiki təhlükəsizlik biliklərinin artırılması, sənaye risklərini tanıma və qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi, avadanlıqlarla təhlükəsiz işləmə vərdişlərinin təkmilləşdirilməsi və iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması təmin edilir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlim kursunun həyata keçirilməsi nəticəsində müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik səviyyəsi yüksəlir, istehsalat proseslərində baş verə biləcək qəza və bədbəxt hadisələrin sayı azalır, risklərin effektiv idarə olunması təmin edilir. Eyni zamanda beynəlxalq standartlara uyğunluq güclənir, hüquqi və maliyyə riskləri minimuma endirilir, təhlükəsizlik mədəniyyəti formalaşaraq əməliyyatların davamlılığı və təşkilatın ümumi nüfuzu artır.
İştirakçı üçün yaratdığı dəyər
Təlim iştirakçıları əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində nəzəri və praktiki biliklərini artırır, riskləri tanıma və düzgün qərarvermə bacarıqlarını inkişaf etdirir. Onlar avadanlıqlarla təhlükəsiz işləmə, fövqəladə hallarda düzgün davranış və təhlükələrin qarşısının alınması üzrə zəruri vərdişlərə yiyələnərək öz iş fəaliyyətlərini daha təhlükəsiz, səmərəli və məsuliyyətli şəkildə həyata keçirmək imkanı qazanırlar.
Təlim Proqramı (Günlər Üzrə)
1. Əməyin mühafizəsinin hüquqi əsasları
2. İşə başlamazdan əvvəl təhlükəsizlik yoxlamaları:
3. SOCAR-ın Bizi Qoruyan Qaydaları
4. Təhlükəsizlik müşahidəsi və müzakirəsi / İş yerində təlimatlandırma və nəzarət
5. Təhlükəsizlik nişanları və xəbərdarlıq sistemləri
6. Neft, qaz və kimya sənayesinin risk profili
7.Təhlükələrin müəyyən edilməsi və tapşırıq ilə əlaqədar risklərin qiymətləndirilməsi (praktiki tapşırıq)
8. İstehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması
9. Fövqəladə hallarda davranış
10. Biliklərin qiymətləndirilməsi